Məhkəmə qərarları › İş №2(067)-32/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-32/2024

03.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-32/2024 03.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, iddiaçı Abdullayeva Nurı̇ yyə Mövlan qızının, iddiaçının vəkili Vəkil iştirakı ilə, iddiaçı Abdullayeva Nurı̇ yyə Mövlan qızının cavabdehlər Səmədova Elmı̇ ra Şahbuz qızına, Səmədov İlkı̇ n Məzahı̇ r oğluna, Səmədov Yalçin Məzahı̇ r oğluna, Cavabdeh4 Məzahı̇ r qızına, Cavabdeh5 Məzahı̇ r oğluna, Səmədov Laçin Məzahı̇ r oğluna qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayonu Sərkərli kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN-1452 saylı 30209028 kodlu dövlət aktinda göstərilən “X1 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli YP№143 nömrəli satış protokolu üzrə əldə etdiyi 0,26 ha torpaq sahəsinin ona və cavabdehlər Cavabdeh1 Şahbaz qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 ayrılmış torpaq sahəsindən payının müəyyən edilərək naturada ayrılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, X8 ilə 05 sentyabr 2006-cı ildə rəsmi nikaha iaxil olmaqla ailə həyatı qurmuş, birgə nikahlarından Rüfət və Nihad adlı övladları anadan olmuşdur. Onunla bir müddət yaşadıqdan sonra xasiyyətləri uyğun gəlmədiyindən xx.xx.2014-cü il tarixdə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-541/2014 saylı qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X10 onun himayəsində qalmaqla onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat məbləğində pulun onun xeyrinə tutulmasını qət etmişdir. Məhkəmənin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. X2 aliment borcunu ödəməkdən qəsdən yayınmasına görə Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində tədbirlər görülməsinə baxmayaraq onun aliment borcu 12000 (on iki min) manat məbləğinə çatmışdır. Buna görə Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, tələbin X2nun və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu, Sərkərli kəndində yerləşən 2,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsi 8(067)-52/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə təqdimatı qismən təmin edərək torpağa mülkiyyət hüququna dair JN-1542, Kod 30209028 nömrəli dövlət aktına əsasən X2nun və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu, Sərkərli kəndində yerləşən 2,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin borclunun payına düşən 0,26 ha hissəsi üzərində sərəncam vermək hüququnun qadağan olunması və tələbi həmin torpaq sahəsinin borclunun payına düşən 0,26 ha hissəsinə yönəldilməsini qərara almışdır. Daha sonra Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borc tələbini təmin etmək məqsədi ilə həmin torpaq sahəsi hərraca çıxarılmışdır. “X1 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli YP-143 nömrəli satış protokolu ilə həmin torpaq sahəsi ona satılmışdır. Bundan sonra o xx.xx.2021-ci il tarixdə ərizə ilə Xaçmaz rayonu, Sərkərli kəndi ərazisində yerləşən həmin 0.26 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 5 saylı Xaçmaz Rayonu Ərazi İdarəsinə müraciət etmiş, oradan xx.xx.2021-ci il tarixli məktubla ona cavab verilərək bildirildi ki, “Sənədlərin ekspertizası və müayinəsi zamanı aşkar olunmuşdur ki, X1 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli YPNa- 143 nömrəli satış protokolu üzrə əldə olunmuş 0.26 ha torpaq sahəsinin bölgü istiqaməti göstərilməmişdir. Bundan əlavə əldə olunmuş torpaq sahəsinə dair tərəflər arasında razılaşdırılmış və notarial qaydada təsdiq olunmuş bölgü sxemi təqdim edilmədiyindən nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də, torpaq sahəsi üçün nəzərdə tutulmuş bölgü sxeminin hazırlanması mümkün olmamışdır. Bu qeyd olunan çatışmamazlıqların aradan qaldırılması üçün nə qədər cəhd etsə də, qarşı tərəflərin buna razılıq verməməsi səbəbindən bölgü sxemini həyata keçirmək mümkün olmamışdır. Hətta qarşı tərəflərlə ümumi razılığa gəlinməsi məqsədilə Mediasiya Şurasına müraciət etsə də, istəyinə nail ola bilməmişdir. İş üzrə iddiaçı iddia ərizəsinə əlavə (dəyişiklik) edərək Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(067)-52/2021 saylı qərardadına əsasən üzərinə həbs qoyulmuş Xaçmaz rayonu Sərkərli kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN-1452 saylı 30209028 kodlu dövlət aktinda göstərilən torpaq sahəsindən 0,26 ha hissəsini “X1 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli YP№143 nömrəli satış protokolu ilə əldə etdiyi torpaq sahəsinin koordinatlarının müəyyən olunması və onun mülkiyətinə verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehlər keçmiş əri Elçinin ailə üzvləridir. Elçinlə xx.xx.2006-cı ildə ailə qurmuş, 2 uşağı var. Xasiyyətləri uyğun gəlmədiyinə görə boşanmışlar, uşaqları onun himayəsinə verilib və onların saxlanılması üçün Elçindən onun xeyrinə aliment tutulması qət edilib. Elçin birgə nikahdan olan uşaqlarına görə ödəməli olduğu alimenti ödəmədiyinə görə, onun 12000 manat aliment borcu yığılmışdır. Bu səbəbdən icra məmuru tərəfindən tələb onun cavabdehlərlə birlikdə paylı mülkiyyətində olan torpaq sahəsindəki 0,26 ha payına yönəldilmişdir ki, aliment borcu həmin əmlakın satışından əldə edilmiş vəsaitlə əvəz edilsin. Torpaq sahəsi satışa çıxarılmış və 2021-ci ildə keçirilmiş hərracda torpaq sahəsini o satın almışdır. Lakin cavabdehlər əmlakın naturada bölgüsünə razı olmurlar. Bu səbəbdən torpaq sahəsinə öz adına mülkiyyət sənədi ala bilmir. Torpaq sahələri ayrıayrılıqda, lakin bir-birinə yaxın ərazilərdə yerləşir. Ona hərrac vasitəsi ilə verilən 0,26 ha torpaq sahəsi istifadə olunmayan yararsız bağdır. Həmin torpaq sahəsi qaynı Yalçının torpaq sahəsi ilə yanaşıdır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianın təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 5 saylı Xaçmaz Rayonu Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, sənədlərin ekspertizası və müayinəsi zamanı aşkar olunmuşdur ki, “X1 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli YPNa- 143 nömrəli satış protokolu üzrə əldə olunmuş 0.26 ha torpaq sahəsinin bölgü istiqaməti göstərilməmişdir. Bundan əlavə əldə olunmuş torpaq sahəsinə dair tərəflər arasında razılaşdırılmış və notarial qaydada təsdiq olunmuş bölgü sxemi təqdim edilmədiyindən nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də, torpaq sahəsi üçün nəzərdə tutulmuş bölgü sxeminin hazırlanması mümkün olmamışdır. İş materiallarında olan 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********05 nömrəli məktubda göstərilir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, bölgü sxemlərinin hazırlanması ilə bağlı müraciət etdiyi torpaq sahələri üzərində mübahisə mövcud olduğundan torpaq sahələri üçün nəzərdə tutulmuş bölgü sxemləri üçün hazırlanması mümkün olmamışdır. İş materiallarında olan “X1 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli YP-143 nömrəli satış protokolundan müəyyən olunur ki, Xaçmaz rayonu, Sərkərli kəndində yerləşən 0.26 ha torpaq sahəsi İddiaçı satılmışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-541/2014 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı ilə X8 arasında bağlanmış nikahları pozulmuş və birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2009-cu il təvəllüdlü X10 anasının himayəsində qalmaqla onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-1542 saylı 30209028 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli 12 saylı qərarı ilə X4 və ailə üzvlərinin mülkiyyətinə 2,10 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 8(067)-52/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından müəyyən olunur ki, torpağa mülkiyyət hüququna dair JN-1542, Kod 30209028 nömrəli dövlət aktına əsasən X2nun və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu, Sərkərli kəndində yerləşən 2,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin borclunun payına düşən 0,26 ha hissəsi üzərində sərəncam vermək hüququ qadağan olunmuş və tələb həmin torpaq sahəsinin borclunun payına düşən 0,26 ha hissəsinə yönəldilməsi qərara alınmışdır. İş materiallarında olan ilkin mediyasiya sessiyasının xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, iddiaçı X5 iştirak etmiş, cavabdehlər isə iştirak etməmişlər. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, mediasiya prosesində iştirakı ilə əlaqədar iddiaçı tərəfindən 50 manat rüsum köçürülmüşdür. İş materiallarında olan mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, məhkəmə rəyinin alınması üçün 95 manat pul DƏDRX-nin hesabına köçürülmüşdür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, Xaçmaz rayonu Sərkərli kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN-1542 saylı 30209028 kodlu dövlət aktinda göstərilən torpaq sahəsindən “X1 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli YP№143 nömrəli satış protokolu ilə əldə olunmuş 0,26 ha hissəsi olan torpaq sahəsinin koordinatları (bölgü istiqamətləri və sair) müəyyən olunmuşdur. Torpağa mülkiyyət hüququna dair JN-1542 saylı 30209028 kodlu dövlət aktına əsasən Cavabdeh1 Şahbaz qızının və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu Sərkərli kəndində yerləşən 2,10 ha torpaq sahəsindən İddiaçı 0,26 ha hissədə payının naturada ayrılması mümkündür. Payların hansı qayda, ölçülərdə və cizgilərdə bölünməsi sxemdə əks olunur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X7 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 215.1-ci maddəsi Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsi Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 223.2-ci maddəsi birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsi ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.4-cü maddəsi ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 220.2.-ci maddəsi paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsi paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, ekspert və mütəxəssis rəylərini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Torpağa mülkiyyət hüququna dair JN-1542 saylı 30209028 kodlu dövlət aktına əsasən Cavabdeh1 Şahbaz qızının və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu Sərkərli kəndində yerləşən 2,10 ha torpaq sahəsindən İddiaçı 1/5 hissədə (0,26 ha) payı müəyyən edilsin. Torpaq sahəsi mütəxəssis rəyinə əlavə olunan torpaq sahəsinin bölgü planına uyğun bölünərək, şərti olaraq “C” hərfi ilə işarələnmiş 0,26 ha torpaq sahəsi İddiaçı ayrıca mülkiyyətinə verilsin. Mütəxəssis rəyi üçün ödənilmiş 95 manat cavabdehlərdən alınaraq iddiaçıya verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh1 Şahbaz qızından, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 alınaraq X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar