Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-326/2024 02.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı payın ayrılması və naturada bölgü tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Qıraqlı kəndindəki 1.87 ha torpaq sahəsinin onun, Cavabdeh1 və çıxarışda göstərilən digər ailə üzvlərinin arasında paylara ayrılaraq naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışlar ki, Cavabdeh1 onun doğma anasıdır. xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Qıraqlı kəndində 1.87 ha torpaq səhəsi onun, ata və anasının, həmçinin onların övladlarının ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin daşınmaz əmlak onun, anası Cavabdeh1, mərhum atası X5, bacısı Cavabdeh2 Binyami qızı, bacısı X6, bacısı Cavabdeh3 və bacısı Cavabdeh4 arasında bölünməlidir. Qeyd edilən torpaq sahəsinin naturada bölünərək ona və digərlərinə düşən torpaq sahəsinin ayrılıb verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, torpaq sahəsinin bölünməsini istəyir. Bölgü sxemində qeyd olunmuş çertyojda göstərilən B bölməsi faktiki onun istifadəsindədir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 izahatlarında göstərmişlər ki, iddianı qismən qəbul edirlər və onun qismən təmin edilməsinə etiraz etmirlər. İş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarıına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Çinartala kənd İƏD xx.xx.2023-cü il tarixli, 275 saylı Arayışından müəyyən olunur ki, X5 xx.xx.1949-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Xaçmaz rayonu Qıraqlı kəndində yaşamış və xx.xx.2019-cu il tarixdə də orada vəfat etmişdir. Vəfatından sonra adları çəkilən ailə tərkibi qalmışdır: arvadı- Cavabdeh1, övladları- İddiaçı, Cavabdeh2 Binyami qızı, X6, Cavabdeh3 və Cavabdeh4 qalmışlar. Ölümündən sonra evi və təsərrüfatı - Cavabdeh1 idarə edir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/27492/200 saylı İddiaçı ünvanladığı məktubundan müəyyən olunur ki, 1.87 ha torpaq sahəsi üçün nəzərdə tutulmuş bölgü sxeminin tərtib edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışından müəyyən olunur ki, Xaçmaz rayon Qıraqlı kəndində X3 xüsusi mülkiyyətinə 1.87 ha torpaq sahəsi verilmişdir. - A№ 092365 nömrəli, xx.xx.1998-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədindən müəyyən olunur ki, Xaçmaz rayonu, Qıraqlı kəndi ərazisindən 1.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsü X3 adına tərtib edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən müəyyən olunur ki, xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Qıraqlı kəndində (iddiaçının və digər cavabdehlərin mülkiyyətində olan) ümumi birgə 1.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1/7 hissədə payının naturada ayrılması mümkündür. (Payın ayrılması hansı qayda, ölçü və cizgidə bölgünün olması sxemdə əks olunur). - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/165 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Qıraqlı kəndində (iddiaçının və digər cavabdehlərin mülkiyyətində olan) ümumi birgə 1.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı 1/7 hissədə payının naturada ayrılması mümkündür. (Payın ayrılması hansı qayda, ölçü və cizgidə bölgünün olması sxemdə əks olunur). Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X4 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. - 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. - 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. - 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. - 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. - 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. - 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. -223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. - 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Məhkəmə araşdırması zamanı və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi tərəflərin ümumi paylı mülkiyyətindədir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, **********10 reyestr nömrəli çıxarışdan görünür ki, paylı mülkiyyət hüququ üzrə İddiaçı və cavabdehlərin mülkiyyətində Xaçmaz rayonu, Qıraqlı kəndində yerləşən, 1.87 ha torpaq sahəsi vardır. Bu barədə AN 092365 saylı, xx.xx.2016cı il tarixli torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Aparılmış ekspertiza tədqiqatı ilə müəyyən olunmuşdur ki, iddiaçının 1/7 hissədə payının naturada ayrılması mümkündür. Ekspert və mütəxəssis rəyini, tərəflərin izahatlarını və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və mübahisəli torpaq sahəsi tərəflərin paylarına uyğun rəydəki sxemə mütənasib olaraq naturada ayrılmalıdır. Məhkəmə hesab edir ki, məlum ekspert rəyi hazırki mübahisənin həll edilməsi üçün əsaslı sübutdur və əmlakın naturada ayrılması məhz həmin qaydada həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunun qeyd edilən normasına əsasən hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumundan 80 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri isə iddiaçı və cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlak reyestrindən xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Qıraqlı kəndində ümumi birgə 1.87 ha torpaq sahəsindən İddiaçı 1/7 hissədə payı müəyyən edilsin. Həmin əmlakdan iddiaçının 1/7 hissədə payı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əlavə edilmiş sxemdə “B” hərfi ilə işarələnmiş ölçüdə və konfiqurasiyada naturada ayrılsın. İddia qalan hissədə təmin olunmasın. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 alınaraq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumundan 80 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-326/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-326/2024
02.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver