Məhkəmə qərarları › İş №2(067)-34/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-34/2024

08.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-34/2024 08.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Güləli qızının və X3, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Güləli qızının və X3 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Güləli oğluna qarşı ümumi mülkiyyətdə olan torpaq sahəsinin naturada paylara bölünməsi və paylarına düşən torpaq sahəsinin geri alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xaçmaz rayon AİK-nin xx.xx.1997-ci il tarixli 16 nömrəli qərarı ilə ümumi mülkiyyətlərinə verilmiş Xaçmaz rayon Yeni-Həyat qəsəbəsində yerləşən 3.02 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin naturada paylarının müəyyən edilməsi və iddiaçılara düşən pay sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon AİK-nin xx.xx.1997-ci il tarixli 16 nömrəli qərarına əsasən Xaçmaz rayon Yeni Həyat qəsəbəsində yerləşən 3.02 ha k/təsərrüfatlı təçyinatlı torpaq sahəsi onların ailələrinin yəni, Cavabdeh3, İddiaçı1, Cavabdeh1, İddiaçı2, İddiaçı4 Güləli qızı, Cavabdeh2 Güləli oğlu və İddiaçı3 Güləli qızının ümumi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin yeddi nəfər ailə üzvlərinin ümumi mülkiyyətinə verilməsinə dair JN595 nömrəli 30220087 kodlu xx.xx.1998-ci il tarixli Dövlət Aktı və **********87 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarış verilmişdir. Ailə münasibətlərinin pozulması ilə əlaqədar iddiaçılardan İddiaçı1 həyat yoldaşı Cavabdeh3 ayrı yaşayır. İddiaçı2 Xaçmaz rayon Yeni Həyat qəsəbəsində Dəmirova X6 rayonun Qullar kəndində, Mürsəlova X7 rayonun Atluxan kəndində kəndində öz ailələri ilə ayrı yaşayırlar. Xaçmaz rayon Aisi tərəfindən 7 nəfər ailəmizin ümumi mülkiyyətlərinə verilmiş 3.02 ha torpaq sahəsini iddiaçılar özləri istifadə edir. Onlar iddiaçılara öz paylarına düşən torpaq sahəsindən hissəsindən istifadə etməyə imkan vermirlər. Hər vasitə ilə çalışırlar ki, torpaq sahəmizdən istifadə etmələrinə maneəçilik yaratsınlar. Ona görə də məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək göstərmişdir ki, o paylı mülkiyyətlərində olan 3,02 ha torpaq sahəsindən payını istəmir, öz payını oğlu Ruslana bağışlayacaq. Amma qızları öz paylarının ayrılmasını istəyirlər. Əri də onların paylarını vermir. Ona görə iddia qaldırmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı2, İddiaçı3 Güləli qızı və İddiaçı4 Güləli qızı iddianı müdafiə edərək göstərmişlər ki, ümumi paylı mülkiyyətlərində olan 3,02 ha torpaq sahəsindən paylarının naturada ayrılaraq onlara verilməsini istəyirlər. Lakin cavabdehlər torpağı ayırıb vermirlər. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçılar onun həyat yoldaşı və qızlarıdır. X1 torpaq payını ayırıb verməyə etiraz etmir. Digər iki qızının torpağının ayrılmasına etiraz edir. Ona görə ki, onlara torpağın dəyərindən çox hörmət etmişdir. Həmin torpaq sahəsində o iki oğlu ilə birlikdə 13 il işləyib əziyyət çəkib fındıq bağı salmışdır. İddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək göstərmişdir ki, bacıları torpaq paylarını istəyirlərsə, ayrılıb verilməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barəsində digər Cavabdeh2 Güləli oğlu lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli, **********87 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində yerləşən 3,02 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh3 və qeyrilərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan mədaxil qəbzlərindən müəyyən edilir ki, iddiaçılar tərəfindən iddia tələbi ilə əlaqədar cəmi 400 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, məhkəmə rəyinin alınması üçün 95 manat pul DƏDRX-nin hesabına köçürülmüşdür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6624 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində yerləşən 3,02 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin paylı mülkiyyətçilər arasında naturada bölgüsü mümkündür. Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində yerləşən 3,02 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin paylı mülkiyyətçilər arasında naturada bölgüsü mümkündür və hansı variantlarda olması sxemdə əks olunur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.2.-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, ekspert və mütəxəssis rəylərini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. ********** qeydiyyat nömrəli, **********87 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində yerləşən 3,02 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Güləli qızının və X3 1/7 hissədə payları müəyyən edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Güləli qızının və X3 payına düşən (mütəxəssis sxemində şərti olaraq “A”, “B” və “C” hərfləri ilə işarələnmiş) torpaq sahəsi cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Güləli oğlunun qanunsuz sahibliyindən alınaraq iddiaçılara verilsin İş üzrə ödənilmiş 400 manat dövlət rüsumu, həmçinin mütəxəssis rəyi üçün ödənilmiş 95 manat və ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Güləli oğlundan müştərək qaydada alınaraq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar