Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-345/2023 14.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçı, Cavabdeh, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 və Maraqlı şəxs3 iştirakları ilə, İddiaçının Cavabdeh qarşı torpaq sahəsində payın ayrılması və naturada bölünmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Nərəcan kəndində ümumi birgə 0.16 ha xüsusi mülkiyyət torpaq sahəsi, həmin kənddə birgə JN-648F xx.xx.2003 tarixli Torpağın xüsusi mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.16 ha torpaq sahəsinin onun, Cavabdeh və çıxarışda göstərilən digər ailə üzvlərinin paylarının ayrılaraq, naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddianı onunla əsaslandırmışlar ki, Cavabdeh onun doğma oğludur. xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Nərəcan kəndində ümumi birgə 0.16 ha xüsusi mülkiyyət torpaq sahəsi, həmin kənddə birgə JN-648F xx.xx.2003 tarixli Torpağın xüsusi mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.16 ha torpaq sahəsinin Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən həmin torpaq sahəsi onun, arvadının və övladılarının mülkiyyətinə verilmişdir. O, və cavabdeh oğlu Cavabdeh İkram oğlu, qızı Maraqlı şəxs3, X8 və arvadı X6 yəni 5 nəfərin arasında bölünməlidir. Həmin torpaq sahəsinin naturada bölünərək ona və digərlərinə düşən torpaq sahəsinin ayrılıb verilməsini üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı izahatında göstərmişdir ki, iddianı müdafiə edərək təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, ekspert rəyi ilə tanış olmuşdur, lakin ekspert rəyinə etiraz edir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, ekspert rəyi ilə tanış olmuş və rəyə heç bir etirazı yoxdur. Torpaq üzərində ev, tikililər mövcuddur. Qarşılıqlı iddianın geri qaytarılmasını xahiş edir. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 və Maraqlı şəxs3 iddia tələbinin təmin olunmasına etiraz etmədiklərini bildirirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, mübahisə predmeti olan Xaçmaz rayon Nərəcan kəndində yerləşən 0.16 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/247 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Rəyin təsviri hissəsində qeyd olunanlara əsasən və Məhkəmə Tikinti-X4 Metodlarının tələblərinə uyğun olaraq xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X2 və ailə üzvlərinin mülkiyyətlərində olan Xaçmaz rayonu, Nərəcan kəndində 0.16 ha həyətyanı torpaq sahəsindən iddiaçı X2 1/5 hissədə payının naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.2.-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1.-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsəsən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümümi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə tərəflərin izahatlarını və ekspert rəyini nəzərə alaraq hesab edir ki, Xaçmaz rayonu, Nərəcan kəndində ümumi birgə 0.16 ha xüsusi mülkiyyət torpaq sahəsi, həmin kənddə birgə JN-648F xx.xx.2003 tarixli Torpağın xüsusi mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.16 ha torpaq sahəsinin tərəflər arasında naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından iddia tələbi təmin olunmamalıdır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsində payın ayrılması və naturada bölünməsi tələbinə dair iddiası təmin olunmasın. Ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul İddiaçı alınaraq X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-345/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-345/2023
14.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver