Məhkəmə qərarları › İş №2(067)-3492/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-3492/2023

20.11.2023 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-3492/2023 20.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, Ərizəçi icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi, əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi tələbi barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin “Qiymətləndiricinin dəvət edilməsi haqqında” qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı, əmlakın yenidən qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli imtinası qanunsuz hesab edilsin “Qiymətləndirmə Xidməti Mərkəzi “MMC-nin QXM-3556 saylı, xx.xx.2023-cü il tarixli Qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, Xaçmaz rayon notariat kontorunun 8210 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən mərhum yoldaşı X1 6000 manat alınaraq X2 verilməlidir. Tələb girov qoyulan Xaçmaz rayonu, Qaraqurtlu kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməlidir. Bildirir ki, yoldaşı 2022-ci ilin noyabr ayında uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Göstərilən ev vəsiyyətnamə ilə mənə vəsiyyət edilmişdir. Xaçmaz rayon icra və probasiya şöbəsi heç bir araşdırma aparmadan evimin qiymətləndirilməsi üçün “Qiymətləndirmə Xidməti Mərkəzi “MMC-nə sifariş verilmişdir. “Qiymətləndirmə Xidməti Mərkəzi “MMC səfalı yer olan, Xaçmaz şəhərinə 1-2 km məsafədə yerləşən iki mərtəbəli evimin yerləşdiyi çayın qıraqğında olan 0.12 ha torpaq sahəsinə cəmi 12000(on iki min)manat qiymət qoyulmuşdur. Qoyulan qiymətlə razı deyiləm və məndə hamıya məlum olan səbəblərdən qiymətin 4-5 dəfə aşağı qoyulması təəsüratı yaranmışdır. Qiymətləndirici təşkilat öz qiymətləndirmə rəyində Torpaq sahəsinin Xaçmaz rayonu, Şəkili kəndində torpağın 1 ha sahəsinin orta bazar qiymətinin 5000 manat olduğunu müəyyən etmişdir. Əvvəla bildirirəm ki, torpaq sahəsi Şəkili kəndində yox, Qaraqurtlu kəndində yerləşir. Qaraqurtlu kəndində isə elə bir qiymətin olması ağılasığmaz dərəcədə aşağıdır və qiymətin belə müəyyən edilməsi aşkar əkildə korrupsiya təəsüratı yaradır. Sonda cavabdeh apardığı araşdırmalar, təhlillər və hesablamalar nəticəsində Xaçmaz rayonu, Qaraqurtlu kəndi 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sashəsi 76 KV.M olan yaşayış evinin bazar dəyəri 12000(on iki min) manat müəyyən edilmişdir. Həmin evə faktiki olaraq tam baxış keçirilməyib yalnız uzaqdan çəkməklə qiymətləndirilmişdir. Əgər mənzilə dair qiymətləndirmə keçirilsəydi qiymətləndirmə hesabatında evə baxış keçirilməsinə dair fotoşəkillər olardı və rəydə ümumi şəkildə mənzilin təmirli və təmirsiz olması, təmirin nədən ibarət olması qeyd olunardı. Qeyd edim ki, əmlakın qiymətləndirilməyə göndərilməsi barədə məlumatım olmamış, əmlak qiymətləndirilən zaman qiymətləndirici mənimlə əlaqə saxlamamış, ümumiyyətlə, qiymətləndirici əmlaka yerində baxış belə keçirməmiş və hesabata əlavə etdiyi fotoşəkillər mənim torpaq sahəmə aid deyildir. Bütün bunlar qiymətləndiricinin işdə maraqlı olmasını, əmlaka baxış keçirmədən sifariş verildiyi gündən 3 gün sonra əmlakın real dəyərindən qat-qat aşağı qiymət təyin etməklə müvafiq qiymətləndirmə hesabatını yerli icra qurumuna təqdim etməsi qiymətləndiricinin korrupsiyaya şərait yaradan hallara yol verilməsini deməyə tam əsas verir. Halbu ki, icra prosesi zamanı cavabdeh rəhmətə getdiyi üçün mən vərəsə olduğumdan ”İcra haqqında”qanunun 31-ci maddəsinə əsasən tərəf kimi tanınmalı və bütün bu gedən proseslərdən məlumatlı olmalı idi.Mübahisəli əmlakın yenidən qiymətləndirilməsi üçün tərəfindən Xaçmaz rayon icra və probasiya şöbəsinə müraciət olunmuş,lakin icra və probasiya şöbəsinı müraciət olunmuş,lakin icra şöbəsi xx.xx.2023-cü il tarixli 803 saylı məktubla əmlakın yenidən qiymətləndiriciyə göndərilməsindən imtina etmişdir. Məlumat üçün bildirir ki, qiymətləndirmə hesabatının ləğvi barədə tərəflərindən həmin qiymətləndiricinin hüquqi ünvanının yerləşdiyi Səbail rayon məhkəməsinə müaciət olunmuş, Səbail rayon məhkəməsinin 2(009)-2225/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Əmlakın yenidən qiymətləndirilməsi ilə bağlı Xaçmaz rayon icra və probasiya şöbəsinə ünvanladığı müraciətə imtina verilmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının İİ bəndinə görə qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə Plenum Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda, məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Bu Qərarda göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. İcra icraatının dayandırılması ilə bağlı münasibətlər “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə görə, icra icraatı zamanı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən məhkəməyə narazılıq müvafiq şəxs tərəfindən iddia icraatı qaydasında bildirilməlideyil. Bu zaman mülki iş 8 indeksi ilə başlanır və yekunda məhkəmə mübahisə üzrə qərardad qəbul edir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə ünvanlandığı ərizədən görünür ki, hazırki iş məhkəmənin icraatına 2 indeksi ilə verilmişdir. Belə olan halda Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və sair tələbinə dair ərizə ilə iddianı qaldırması qüvvədə olan prosessual qanunvericiliyə görə yolverilməzdir və məhkəmə hesab edir ki, bu iddia ərizəsi məhkəmədə baxılmalı deyildir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki ərizə və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi, əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi tələbi barədə ərizəsi və ərizəyə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar