Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-357/2021 25.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X5, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və yolun açılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən mülkiyyətlərinə qəsd edən hərəkətlərə son qoylması, Xaçmaz rayonunun Nərəcan kəndində xüsusi mülkiyyətlərində olan 1,02 və 0,13 ha torpaq sahələrinə nəzərdə tutulmuş və cavabdeh tərəfindən bağlanılaraq istifadə edilən yolun cavabdehin hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı onunla əsaslandırmışlar ki, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Seriya RX, **********71 saylı Çıxarışa əsasən Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən İddiaçı1 xüsusi mülkiyyətində 1,02 ha torpaq sahəsi, torpağa mülkiyyət hüququna dair JN-460 seriyalı 30217018 saylı Dövlət aktına əsasən Xaçmaz rayonunun Nərəcan kəndində iddiaçılardan İddiaçı2 məxsus 0,13 ha torpaq sahəsi vardır. Cavabdeh qonşu torpaq mülkiyyətçisidir. O, iddiaçıların torpaq sahələrinə gedən təxminən 11 metr enliyində olan yolu bağlayaraq öz torpaq sahələrinə birləşdirib, istifadə edir. Bununla əlaqədar dəfələrlə aralarında mübahisələr baş vermişdir, lakin o, yolun açılmasına imkan verməmişdir. Onlar yerli bələdiyyə orqanına müraciət etsələr də bir nəticəsi olmamışdır. Bu vaxta qədər başqasına məxsus ərazidən müvəqqəti olaraq keçərək getsələr də hazırda həmin ərazi də mülkiyyətçi tərəfindən hasara alınmışdır. Cavabdehin özbaşına hərəkətləri nəticəsində mülkiyyət hüquqları pozulmaqda davam edir, belə ki cavabdeh yolu tutduğuna görə torpaq sahələrinə gedib-gələ və orada iş gördürə bilmirlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, əlavə olaraq göstərmişdir ki, vaxtilə atası cavabdehə qarşı iddia qaldırarkən JN-460 nömrəli 30217018 olan şəhadətnaməyə əsasən Xaçmaz rayonunun Nərəcan kəndində yerləşən 1,02 hektar torpaq sahəsinə nəzərdə tutulan yolun açılmasını xahiş etmişdi. Hazırda onlar da eyni ilə həmin torpaq sahəsinə nəzərdə tutulan yolun açılmasını xahiş edirlər. Onun iddia tələbi ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur. O, iddianın təmin olunmasını xahiş etrmişdir. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, vaxtilə atası cavabdehə qarşı iddia qaldırarkən JN-460 nömrəli 30217018 olan şəhadətnaməyə əsasən Xaçmaz rayonunun Nərəcan kəndində yerləşən 1,02 hektar torpaq sahəsinə nəzərdə tutulan yolun açılmasını xahiş etmişdi. Hazırda onlar da eyni ilə həmin torpaq sahəsinə nəzərdə tutulan yolun açılmasını xahiş edirlər. İddia tələbi ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etrmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında torpaqların 1999-cu ildə paylanıldığını, həmin vaxt Torpaq şöbəsinin əməkdaşı Vidadi Tağıyevin kənd camaatına torpaqlarına gedən yolun yerini göstərdiyini və hamının bununla razılaşdığını, həmin vaxtdan hamının öz yolundan istifadə etdiyini göstərmişdir. Sonra iddiaçılar həmin yolu özlərinə aid hissədə ləğv etmiş və orada ağaclar əkmişər. O, isə öz torpaq sahəsindən və bələdiyyədən aldığı torpaq sahəsindən istifadə edir, o, iddiaçıların torpağına gedən yolu bağlamamışdır. Cavabdeh, həmçinin, 1999-cu ildən öz torpaq sahəsindən istifadə edir və orada bağ salmışdır. Onların mübahisəli torpaq sahəsi ilə bağlı məhkəmədə əvvəl də mülki işləri olmuşdur və həmin işə baxılan ərəfədə ekspertlər 2 dəfə gəlib əraziyə baxış keçirmiş və hər dəfə də onun mübahisəli torpaq sahəsinə gedən yolu bağlamadığı, həmin sahəyə yolun nəzərdə tutulmadığı öz təsdiqini tapmışdır. İddiaçıların torpağına gedən yolu onların başqa torpaq qonşuları tutmuşlar. Göstərilənlərə əsasən cavabdeh iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin hallarını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX, **********71 saylı Çıxarışa əsasən Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən İddiaçı1 və onun ailə üzvilərinin xüsusi mülkiyyətinə,1,02 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-460 seriyalı, 30217018 saylı Dövlət aktına əsasən Xaçmaz rayonunun Nərəcan kəndində İddiaçı2 məxsus 0,13 ha torpaq sahəsi vardır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(067)- 1297/2013 saylı qətnaməsindən müəyyən olunur ki, X2 cavabdehlər Cavabdeh və X1 qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2014-cu il tarixli 2(067)- 622/2014 saylı qətnaməsindən müəyyən olunur ki, X2 Cavabdeh qarşı torpaq sahəsinə yolun açılması tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar hazırki mübahisə üzrə xüsusi mülkiyyətində olan qeyri yaşayış obyektinə mövcud olan yolun cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq bağlanılmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə tədqiqatı zamanı iddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə nəzərədə tutulmuş yolun cavabdeh tərəfindən bağlanıldığını iddia etsə də, bu halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydata daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşları mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torppaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən həyata keçirilir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli 2 №-li Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamə) rəsmiləşdirilir.Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, əvvəllər iddiaçıların atası X2 hazırkı mübahisənin predmeti olan torpaq sahəsinə dair ypolun açılması tələbinə dair iddiası olmuş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisə predmeti olan torpaq sahəsinə gediş-gəliş yolunun olmadığı müəyyən edilmişdir. Həm iddiaçılar, həm də cavabdeh hazırkı mübahisənin predmetinin də məhz əvvəllər mübahisə predmeti olmuş Xaçmaz rayonunun Nərəcan kəndində yerləşən 1,02 hektar torpaq sahəsi olması, torpağa mülkiyyət hüququna dair JN-460 seriyalı 30217018 saylı Dövlət aktına əsasən Xaçmaz rayonunun Nərəcan kəndində iddiaçılardan İddiaçı2 məxsus 0,13 ha torpaq sahəsinə gedən yolun açılmasının Xaçmaz rayonunun Nərəcan kəndində yerləşən 1,02 hektar torpaq sahəsinə gedən yolun açılması ilə eyni olması halını qəbul etmişlər. Məhkəmə tərəflərin razılaşdıqları hal kimi qeyd edilən halı müəyyən edilmiş hesab edir. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə mübahisə predmeti olan torpaq sahələrinə gediş-gəliş yolunun olmadığı müəyyən edildiyindən, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda sadalananlara məcmu halında hüquqi qiymət verərkən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və yolun açılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və yolun açılması tələbinə dair iddiaları təmin olunmasın. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-357/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-357/2021
25.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver