Məhkəmə qərarları › İş №2(067)-3588/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-3588/2023

30.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-3588/2023 30.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızı İddiaçılar X3 və X1 cavabdeh qismində cəlb etdikləri 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı inzibati orqanın qəbul etdiyi qərarın ləğv edilməsinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X3 və X1 cabdeh qismində cəlb etdikləri 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı inzibati orqanın qəbul etdiyi qərarın ləğv edilmsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, verilmiş ərizə iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, ərizənin məzmunundan müəyyən olunur ki, X3 və X2 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən MN ******* və MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarları mübahisələndirərək həmin qərarların qanunsuz hesab edilməklə ləğv edilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.3 səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından- yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. X3 və X2 həmin qərarların ləğvi ilə bağlı inzibati icraat qaydasında şikayət verməli olduqları halda mülki mühakimə icraatı qaydasında iddia ərizəsi tərtib etməklə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Belə olan halda məhkəmə hesab edir ki, X3 və X1 iddia ərizələri iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməsi barədə qərardad çıxarılmalıdır. Ərizəçilərə izah edilməlidir ki, ərizəni qanunla müəyyən olunmuş formada və qaydada tərtib etməklə inzibati orqanın qəbul etdiyi qərarın ləğv edilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar X3 və X1 cavabdeh qismində cəlb etdikləri 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı inzibati orqanın qəbul etdiyi qərarın ləğv edilməsinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən edilsin. İddiaçılara izah olunsun ki, göstərilən noqsanlar aradan qaldırıldıqdan sonra yeni predmet barəsində və eyni əsslarla məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar