Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-361/2021 26.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı əmlakın evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon icra və probasiya şöbəsi tərəfindən yazılan aktda göstərilən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X2 məxsus olan ev əşyalarının və digər daşınar əmlakların ona məxsus olan ünvan 1də yerləşən yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, atası X6 rayonu Müqtədir qəsəbəsi V.Yəhyəbəyov küçəsi ev 21-də yerləşən yaşayış evini ona bağışlamışdır. İcra sənədinə əsasən cavabdehlər evdən çıxarılmışlar. Lakin onlara məxsus olan əmlakları aktla anası Gülxanım Novruzbəyovaya təhvil verilmişdir. Lakin cavabdehlər əmlaklarını götürmürlər. Cavabdehlərə əmlaklarını götürmələrini bildirdikdə onlar əmlakıf götürməyəcəklərini bildirmişlər. Cavabdehlərin əmlakları ona məxsus olan evdə olduğu üçün o özünə aid əşyalarını evinə yığıb rahat yaşaya bilmir. İş üzrə iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon icra və probasiya şöbəsi tərəfindən yazılan aktda göstərilən 1 ədəd ağ rəngli «Pozis» markalı soyuducu, 1 ədəd «Wolf» markalı paltaryuyan maşın, 1 ədəd setkalı krovat, 1 ədəd su boçkası, 2 ədəd qazan, 1 ədəd köhnə kilim, 4 ədəd balış, 2 ədəd döşək, 2 ədəd yorğan, 1 ədəd «Hossoni» markalı elektrik tənzimləyici, 1 ədəd köşnə sarı rəngli ədyal, 1 ədəd köhnə taxta stol, 2 ədəd padnos, 1 ədəd oqab yığılan setka, 1 ədəd qırmızı rəngli xalça, 1 ədəd jurnal stolu, 2 ədəd balaca kreslo, 1 ədəd divan, 1 ədəd «panasonic» markalı televizor, 1 ədəd köşnə ütü, 1 ədəd köşnə televizor altı, 6 ədəd nalça, 1 ədəd «marqous» markalı su motoru, 1 ədəd çaynik, 1 ədəd çaydan, 1 ədəd lüstur, 2 ədəd pərdə, 1 ədəd köşnə güzgülü termo, 1 ədəd İnvaks 2090 markalı foto, 1 ədəd Star Track tv üçün, 9 ədəd xırda və böyük mişkalar, 1 ədəd çay servizi, 1 ədəd «Sacri» markalı balaca televizor, 1 ədəd samovar, 1 ədəd yataq taxtı, 4 ədəd yorğan, 1 ədəd matras, 1 ədəd pakrıval, 1 ədəd köhnə servant, 1 ədəd termo, 1 ədəd qırmızı rəngli xalça, 1 ədəd balıq suveniri, 6 ədəd qadın paltosu, 3 ədəd venetka, 1 ədəd Cavabdeh3 məxsus kompyuter kursları üzrə sertifikat, Cavabdeh1, Cavabdeh3 və X2 məxsus olan ev əşyalarının və digər daşınar əmlakların ona məxsus olan ünvan 1-də yerləşən yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiacı iddia tələbini müdafiə etməklə iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2(105)-2085/2018 nömrəli icra vərəqəsindən müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh3 və X1 rayonu Müqtədir qəsəbəsi V.Yəhyəbəyov küçəsi 21 saylı yaşayış evindən çıxarılmalıdırlar. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, cavabdehlərə məxsus əşyalar iddiaçının mülkiyyətində olan evdə saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Münasibətlər yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarına malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqların həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsinə uyğun olaraq yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırki, mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehlərin iddiaçının istifadəsində olan fərdi yaşayış evində qanuni əsas olmadan əmlaklarının saxlanılması iddiaçının öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Beləliklə, hazırki, mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehlər iddiaçının istifadəsində olan fərdi yaşayış evində qanuni əsas olmadan əmlaklarının saxlanılması iddiaçının öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 241-242, 252-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin olunsun. ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən Cavabdeh1, Cavabdeh3 və X2 məxsus əmlaklar-yəni 1 ədəd ağ rəngli «Pozis» markalı soyuducu, 1 ədəd «Wolf» markalı paltaryuyan maşın, 1 ədəd setkalı krovat, 1 ədəd su boçkası, 2 ədəd qazan, 1 ədəd köhnə kilim, 4 ədəd balış, 2 ədəd döşək, 2 ədəd yorğan, 1 ədəd «Hossoni» markalı elektrik tənzimləyici, 1 ədəd köhnə sarı rəngli ədyal, 1 ədəd köhnə taxta stol, 2 ədəd padnos, 1 ədəd qab yığılan setka, 1 ədəd qırmızı rəngli xalça, 1 ədəd jurnal stolu, 2 ədəd balaca kreslo, 1 ədəd divan, 1 ədəd «panasonic» markalı televizor, 1 ədəd köhnə ütü, 1 ədəd köhnə televizor altı, 6 ədəd nalça, 1 ədəd «marqous» markalı su motoru, 1 ədəd çaynik, 1 ədəd çaydan, 1 ədəd lüstur, 2 ədəd pərdə, 1 ədəd köşnə güzgülü termo, 1 ədəd İnvaks 2-90 markalı foto, 1 ədəd Star Track tv üçün, 9 ədəd xırda və böyük mişkalar, 1 ədəd çay servizi, 1 ədəd «Sachi» markalı balaca televizor, 1 ədəd samovar, 1 ədəd yataq taxtı, 4 ədəd yorğan, 1 ədəd matras, 1 ədəd pokrıval, 1 ədəd köhnə servant, 1 ədəd köhnə termo, 1 ədəd qırmızı rəngli xalça, 1 ədəd balıq suveniri, 6 ədəd qadın paltosu, 3 ədəd venetka, 1 ədəd Cavabdeh3 məxsus kompyuter kursları üzrə sertifikat çıxarılsın. Ödənilmiş 25 manat dövlət rüsumu cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilsin, 5 manat isə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-361/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-361/2021
26.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver