Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-363/2020 02.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X11, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh oğıunun vəkili Vəkil iştirakları ilə, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddiası və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X4 qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Həsənqala kəndində xüsusi mülkiyyətində olan torpaq sahəsinə əvvəllər mövcud olmuş su arxının cavabdehin hesabına bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Həsənqala kəndində xüsusi mülkiyyətində olan torpaq sahəsinə əvvəllər mövcud olmuş su arxının cavabdehin hesabına bərpa edilməsi, suvarma suyunun maneəsiz verilməsi və vurulmuş 64680 manat məbləğində ziyanın ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayonunun, Həsənqala kəndində xüsusi mülkiyyətində 0.14 ha həyətyanı torpaq sahəsi var. Hüququları torpağın mülkiyyətə verilməsinə dair JN 98A saylı, 30213078 kodlu şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Torpaq sahəsində 1990-1991ci illərdə yaşayış evi tikərək, bağ salaraq orada ailəsi ilə birlikdə yaşayır. Cavabdeh isə ata mülkiyyətində yaşayır və onun mülkiyyətinə keçən su arxını yuxarı hissədən qəsdən- 2015-ci ildən doldurub, onu və ailə üzvlərini ata mülkiyyətinə buraxmır. Nəticədə bağını, bostanını suvara bilmir, bağda meyvə ağacları məhv edilir.Dəfələrlə cavabdehdən qanunsuz əməllərindən əl çəkməsini tələb etsə də, nəticəsi olmayıb. Cavabdehlə aralarında dəfələrlə aralarındakı mübahisələrlə bağlı məhkəmə iclasları olub. 2015-ci ildə keçirilən məhkəmə iclasında cavabdeh onun həyətinə gedən su arxının istiqamətini 2002ci ildə dəyişdiyini bildirmişdir. Çünki, su arxı qonşunun tövləsinin yaxınlığından keçməklə, tövlənin altına gedərək, uçma təhlükəsi yaradırdı. Həmin iclasda cavabdeh suyun əvvəlki kimi onun həyətinə axdığını bildirmişdir. Lakin, cavabdeh xx.xx.2020-ci il tarixli məhkəmə iclasında qarşılıqlı iddia ərizəsi vermiş və qeyd edilənlərin ziddinə olaraq hər hansı su arxını doldurmadığını, çünki orada arx olmadığını, həm onun mülkiyyət sənədlərində, həm də ərazinin ümumi xəritələrində qeyd edilən yerdən su arxının nəzərdə tutulmadığı və xəritələrdə göstərilmədiyini bildirmişdir. Cavabdehin su arxını doldurması, onun həyətinə su verilməsinin qarşısını alması nəticəsində onun həyətində olan meyvə ağacları qurumuş, məhsuldarlıq aşağı düşmüşdür. Bunun nəticəsində xeyli maddi zərərə məruz qalmışdır. Cavabdeh əvvəlki məhkəmə proseslərində 2007-ci ildə onun razılığı ilə ona məxsus olan həyətyanı torpaq sahəsində 90 kv metr sahədə yaşayış evi tikdiyini, əvəzində ona öz mülkiyyətində olan torpaq sahəsindən 100 kv metrdən çox torpaq sahəsi verdiyini göstərməklə, onun torpaq sahəsini zəbt etdiyini göstərib. Cavabdehin ona məxsus olan torpaq sahəsini zəbt etməsi, onun həyətinə gedən suyu bağlaması nəticəsində onun həyətində olan meyvə ağacları quruyub, həyətdəki su quyusu və nasos yararsız vəziyyətə düşüb, o, başqa yerdən yol çəkməyə məcbur olub. Onun bu hərəkətləri nəticəsində ona ümumilikdə 64680 manat məbləğində maddi ziyan dəyib. Lakin, hazırda o, maddi ziyan tələb etmir, iddiasına Xaçmaz rayonu, Həsənqala kəndində xüsusi mülkiyyətində olan torpaq sahəsinə əvvəllər mövcud olmuş su arxının cavabdehin hesabına bərpa edilməsi, suvarma suyunun maneəsiz verilməsi tələbinə dair hissədə baxılaraq, qətnamə çıxarılmasını, qarşılıqlı iddianın təmin edilməməsini xahiş edir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X12 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 24000 manat maddi ziyanın və 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X12 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı ilk iddiasını qəbul etmir. Cavabdeh İddiaçı atasından miras qalmış evə və pay torpaq sahəsinə münasibətdə ondan pay tələb etmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(105)-3526/2017 -saylı qətnaməsi ilə iddiası rədd edilmiş, Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(102)-3564/2018 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(105)- 3526/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla kifayətlənməyən cavabdeh X5 adından bilə-bilə əsassız olaraq torpaq sahəsinin geri alınması və yaşayış evinin sökülməsi tələbinə dair iddia qaldırmış, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(067)-47/2019 saylı qətnaməsi ilə iddia rədd edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, habelə Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır.Bundan sonra da cavabdeh ondan əl çəkməmiş, hazırda əsassız iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.Cavabdeh iddia ərizəsində onun mülkiyyətində olan torpaq sahəsinə gedən arxın 2015-ci ildən qəsdən doldurulduğunu, onu və ailə üzvlərini ata mülkünə buraxmadığını, bağını, bostanını suvara bilmədiyini, məyvə ağaclarının məhv edildiyini bildirir. Lakin, qeyd edilənlər həqiqətə uyğun deyil, o, cavabdehin iddia etdiyi kimi hər hansı su arxını doldurmamışdır, çünki orada arx yoxdur. Həm onun mülkiyyət sənədlərində, həm də ərazinin ümumi xəritələrində qeyd edilən yerdən su arxının keçməsi nəzərdə tutulmamışdır.Əslində cavabdeh ona külli miqdarda ziyan vurmuşdur. Sonuncu məhkəmə qərarı elan olunduqdan sonra cavabdeh mərhum atalarından miras qalmış və məhkəmə qərarları ilə onun mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin 0.06 ha hissəsini qanunsuz zəbt etmiş, mövcud olan 2 ədəd iri qoz ağaclarını və 6 ədəd çinar ağaclarını kəsib, məhv etmiş, torpaq sahəsinin ətrafına çəkilən dəmir torların bağlanması üçün nəzərdə tutulmuş 12 ədəd beton dirəkləri dəmir torlarla birgə çıxararaq aparmış, giriş-çıxış üçün qoyulmuş qapını da çıxarıb aparmaqla, ona külli miqdarda maddi ziyan vurmuşdur. O, 2 ədəd 30-35 illik qoz ağacından hər il 200 kq qoz əldə edə bilərdi, qozun hər kq-ı orta hesabla 5 manatdan hesablansa, bu hər il 1000 manat deməkdir, iki ağacdan hər il 2000 manat gəlir əldə edə bilərdi. Həmin ağaclardan bundan sonra ən azı 10 il qazanc əldə edə bilərdi, bu isə 20000 manat pul deməkdir. 6 ədəd 30-35 illik çinar ağacı material kimi istifadə olunacağı haldahər ağacdan 500 manat, ümumilikdə 3000 manat vəsait götürə bilərdi. Bundan başqa dəmir torların, beton dirəklərin dəmir qapı ilə birlikdə dəyəri 1000 manatdan az ola bilməz. Beləliklə, cavabdehin onun mülkiyyətinə qəsd edən hərəkətləri nəticəsində ona ümumilikdə, 24000 manat məbləğində maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən ilk iddianın rədd edilərək, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X12 qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddianın dəlillərinə uyğun izahat vermiş və ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, JN-086A seriyalı 30213078 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Xaçmaz rayonu X7 xx.xx.1998-ci il tarixli 12 saylı qərarı əsasında Qurbanov Eldar Abdulla oğlunun mülkiyyətinə Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində 0,30 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-098A seriyalı 30213078 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayonu X7 xx.xx.1998-ci il tarixli 12 saylı qərarı əsasında Qurbanov Eldar Abdulla oğlunun, X1, X5, X3 və X6 mülkiyyətinə Xaçmaz rayonunun Həsənqala kəndi ərazisində 0,14 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-3526/2017 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı X8 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, həmin mirasdan paylarının müəyyən edilməsi tələbi təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-3564/2018 saylı qərarından müəyyən olunur ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-3526/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(067)-447 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı cavabdeh X4 qarşı cavabdeh tərəfindən tikilmiş özbaşına tikilinin onun hesabına sökülməsi, zəbt edilmiş 0.02 ha torpaq sahəsinin boşaldılaraq mülkiyyətinə qaytarılması, habelə cavabdehin evinin qarşısına atdığı zibillərin və digər predmetlərin onun hesabına təmizlənməsi, əvvəllər mövcud olmuş su arxının onun hesabına bərpa edilməsi tələblərinə dair iddiası qismən təmin edilərək, X12 tərəfindən İddiaçı evinin qarşısına atılmış zibillərin və digər predmetlərin təmizlənməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar İddiaçı tərəfindən 10 (on) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, qarşılıqlı iddia ərizəsinin verilməsi ilə əlaqədar X12 tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olanƏdliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 10/2128 saylı ekspert rəyindən müəyyən olunur ki, mülki iş materiallarında iddia olunan torpaq sahəsindən su arxının keçməsi ilə bağlı hər hansı sənəd olmadığından və cavabdehin həyətindən iddiaçının həyətinə keçən hissədə, yəni iddiaçının iddia etdiyi ərazidə faktiki olaraq heç bir su arxı mövcud olmadığından, JN-098A seriyalı 30213078 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə, JN-086A seriyalı 30213078 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinə suvarma suyunun verilməsinə X12 tərəfindən maneələr olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli Ekspertiza xərclərinə Dair bildirişdən müəyyən olunur ki, aparılmış ekspertizanın xərci 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X10 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydata daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşları mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torppaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən həyata keçirilir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli 2 №-li Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamə) rəsmiləşdirilir.Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Məhkəmə işdə olan sübutları araşdıraraq hesab edir ki, həm ilk iddianın, həm də qarşılıqlı iddianın dəlillərini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından həm ilk iddia, həm də qarşılıqlı iddia əsaslı hesab edilə bilməz. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2-ci və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki iş üzrə mübahisəli cehiz əmlakının və qızıl-zinət əşyalarının mövcud olmasını və hazırda cavabdehdə olmasını sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübut etmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və pul tələbinə dair iddiası və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilə bilməz. Eyni zamanda ilk iddia tələbi təmin edilmədiyindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddiası və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin olunmasın. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürül oğlundan alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülsün. İddia ərizələri verilərkən ödənilmiş 10 (on) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əlavə 20 (iyirmi) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-363/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-363/2020
02.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver