Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-37/2023 06.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair mülki işə Xaçmaz şəhərində 06 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayon Bostançı kənd ərazisində yerləşən mülkiyyətinə aid 3,5218 ha torpaq sahəsinə cavabdeh tərəfindən törədilən qəsdlərin və başqa maneələrə son qoyulması, torpaq sahəsindən istifadə və sahiblik hüququnun bərpa edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Bostançı kəndi ərazisində xüsusi mülkiyyətində 3,5218 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə adına rəsmiləşdirilmişdir. Qeyd olunan torpaq sahəsini xx.xx.2019cu il arixdə Xaçmaz rayon Bostançı kənd sakini X4 və onun ailə üzvlərindən notariat qaydada satın almışdır. Alqı-satqı 18 aprel 2019-cu il tarixli 4Ə-772 reyestr №-li müqavilə ilə rəsmiləşdirilmişdir. O, torpaq sahəsini qanuni əsaslarla satın almış və vicdanlı alıcıdır. Torpaq sahəsini alarkən həmin torpaq sahəsinə dair torpağı satın aldığı şəxslərlə digər şəxslər arasında hər hansı mübahisə olduğunu bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, torpaq sahəsini ona satmış X7 ilə Cavabdeh arasında satın aldığı torpaq sahəsinə dair mübahisə vardır. Cavabdeh Ədilov X5 İmam Mirzə oğluna qarşı satın aldığı torpaq sahəsinə dair ayrı-ayn vaxtlarda iki dəfə məhkəmə mübahisəsi açmışdır. Lakin Cavabdeh X6 qarşı məhkəmədə qaldırdığı iddia tələbləri əsassız hesab edilərək məhkəmə tərəfindən rədd edilmişdir. Apellyasiya və Ali Məhkəmə tərəfindən də, cavabdehin iddia tələblərinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnamələri qüvvədə saxlanılmışdır. Beləliklə Cavabdeh onun satın aldığı torpaq sahəsinə iddiasının əsassız olduğu müəyyən edilmişdir. Buna baxmayaraq Cavabdeh xüsusi mülkiyyətinə aid torpaq sahəsinə sahiblik etməyinə və torpaq sahəsindən istifadəsinə maneçilik törədir. Cavabdeh torpaq sahəsini əkib becərməyinə imkan vermir, torpaq sahəsinə torpağı becərmək üçün iş görmək məqsədi ilə apardığı texnikanı torpaq sahəsindən zorla çıxarır, torpaq sahəsində ona iş görməyə imkan vermir, torpaqdan istifadə edərsə onu vuracağı və öldürəcəyi ilə hədələyir. Cavabdehin hərəkətləri nəticəsində onun xüsusi nülkiyyətindən istifadə və sahiblik hüquqarı pozulur. Cavabdeh mülkiyyət hüququnu həyata keçirməyinə maneçilik törədir, onun hüquqlarını kobudcasına pozur. Ona etdiyi xəbərdarlıqlara məhəl qoymur və özünün qanuna zidd hərəkətlərini davam etdirir. Hazırda cavabdeh əşyanı götürmədən mülkiyətinə qəsd edir və onu mülkiyyətindən məhrum edir. İş üzrə İddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə göndərərək Xaçmaz rayon Bostançı kənd ərazisində yerləşən 3,52 ha torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq istifadəsinə qaytarılması, cavabdeh tərəfindən mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulması, cavabdehin onun torpaq sahəsindən istifadəsinə etdiyi maneçiliyin aradan qaldırılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianın əsassız olduğunu və işin birtərəfli aparıldığını bildirərək iclas zalını tərk etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********00 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonunun Bostançı kəndində 3,5218 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 229 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ № seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X7 və qeyriləri mülkiyyətlərində olan ünvan 1ində yerləşən 3,5218 ha torpaq sahəsini İddiaçı satmışdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)- 319/2021 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh X6 qarşı pul və ya torpaq sahəsinin adına rəsmiləşdirilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-1981/2021 nömrəli qətnaməsindən müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-319/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayəti təmin olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)- 2493/2019 nömrəli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh X6 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-1981/2021 nömrəli qətnaməsindən müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-2493/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayəti təmin olunmamışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)-418/2020 nömrəli qətnaməsindən müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-319/2021 nömrəli qətnaməsi iddiaçı Ə.B.Əbilova münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-3241/2020 nömrəli qərarından müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7811 nömrəli ekspert rəyindən müəyyən olunur ki, ********** qeydiyyat nömrəli **********00 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 3,5218 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. ********** qeydiyyat nömrəli **********00 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 3,5218 ha torpaq sahəsindən iddiaçının təyinatı üzrə istifadəsinə cavabdeh tərəfindən maneçilik törədilir. ********** qeydiyyat nömrəli **********00 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 3,5218 ha torpaq sahəsi cavabdeh tərəfindən tam istifadə olunur. Qeyd olunan torpaq sahəsinə nəzərdə tutulan gediş-gəliş yolu cavabdeh tərəfindən istifadə olunur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5 ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıda sadalananlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi ekspert rəyi və işin digər faktiki halları ilə qismən öz təsdiqini gtapdığından iddia qismən təmin olunmalııdır. Beləliklə, tərəflərin izahatlarını, ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin olunsun. İddiaçı mülkiyyətində olan Xaçmaz rayonunun Bostançı kəndində yerləşən (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********00 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən) 3,5218 ha torpaq sahəsindən iddiaçının istifadəsi ilə bağlı Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulsun, həmin torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçının istifadəsinə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-37/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-37/2023
06.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver