Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-373/2024 03.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı payların naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH, № ******* çıxarışa əsasən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 0,06 ha torpaq sahəsinin mənimlə Cavabdeh qızı arasında paylarına uyğun - 5/6 və 1/6 hissə olmaqla bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH, № ******* çıxarışa əsasən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 0,06 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə iddiaçının 5/6 hissə, cavabdehin 1/6 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli kitabın, 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinin bölünməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinə bölgü sxemlərinin hazırlanması üçün müraciət etmişdir. Bölgü işinin aparılması və tərtib edilməsi ilə bağlı cvabadehin iştirak etməməsinə görə torpaq sahəsi üçün nəzərdə tutulmuş bölgü sxeminin hazırlanması mümkün olmamışdır. Hazırda cavabdehin bölgü aparılması üçün iştirak etməməsi səbəbindən o, ümumi mülkiyyətdəki öz payından sərbəst şəkildə istifadə edə bilmir. Ona görə də, paylarının bölünməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı iddianı dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh qızına qarşı, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Xidmətinin Seriya MN, №0019513 çıxarışa əsasən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 0,06 ha torpaq sahəsinin Cavabdeh qızı arasında paylara uyğun - 5/6 və 1/6 hissə olmaqla bölünməsi tələbi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət etmişlər. Hal-hazırda iddia tələbini dəqiqləşdirərək Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MN, №0019513 çıxarışa əsasən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 0,06 ha torpaq sahəsinin İddiaçı ilə Cavabdeh qızı arasında paylara uyğun - 5/6 və 1/6 hissə olmaqla naturada bölünməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, mübahisə predmeti olan əmlak tərəflərin valideynlərindən miras qalmışdır. Susana və Güllü bacıdırlar. Əmlak vərəsəliklə Susanaya aiddir. Güllü ümumən mirasın qəbul olunması üçün müraciət etməyib. Susana payların ayrılmasını istəyəndə aralarında razılıq əldə olunmayıb. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda aralarındakı münasibətlər yaxşıdır. Lakin iddianın təmin olunmasını xahiş edir. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərə əsasən: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışından və Texniki Pasportundan müəyyən olunur ki, İddiaçı ondan ötrü ki, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 78.1 kv.m yaşayış, 17.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı 5/6 hissə, Cavabdeh qızının 1/6 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən xüsusi mülkiyyətlərində olan 0,06 ha torpaq sahəsi İddiaçı 5/6 hissədə və Cavabdeh qızına 1/6 hissədə məxsusdur. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/9705 nömrəli ekspert rəyi ilə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 0.06 ha torpaq sahəsindən İddiaçı 5/6 hissədə və Cavabdeh qızına isə 1/6 hissədə təcrid şəkildə tərəflər üçün ayrı-ayrılıqda giriş-çıxış qapısı açılmaqla payların naturada ayrılmasının rəyə əlavə olunan sxemə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X3 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. - 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. - 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. - 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. - 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. - 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. - 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. - 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. - 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Məhkəmə araşdırması zamanı və tərəfin izahatı ilə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi tərəflərin ümumi paylı mülkiyyətindədir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 78.1 kv.m yaşayış, 17.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı 5/6 hissə, Cavabdeh qızının 1/6 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. Aparılmış ekspertiza tədqiqatı ilə müəyyən olunmuşdur ki, tərəflərin payının naturada ayrılması mümkündür. İddiaçının izahatlarını, ekspert rəyini və işin hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli və əmlakın sahəsi tərəflərin paylarına mütənasib məhkəmə mühəndis-texniki ekspertizanın rəyinə əlavə olunmuş sxemə uyğun olaraq naturada ayrılmalıdır. Məhkəmə hesab edir ki, sözügedən xx.xx.2024-cü il tarixli ekspert rəyi hazırki işin həll edilməsi üçün əsaslı sübutdur və əmlakın naturada ayrılması məhz həmin qaydada həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ilə bağlı iddiaçının hər hansı tələb irəli sürməməsi belə bir razılığın əldə olunduğuna dəlalət edir, ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsindən İddiaçı 5/6 hissədə və Cavabdeh qızına 1/6 hissədə təcrid şəkildə tərəflər üçün ayrı-ayrılıqda girişçıxış qapısı açılmaqla xx.xx.2024-cü il tarixli ekspert rəyinə əlavə olunmuş sxemə uyğun olaraq payları naturada ayrılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh qızından alınaraq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-373/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-373/2024
03.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver