Məhkəmə qərarları › İş №2(067)-38/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-38/2022

14.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-38/2022 14.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı payın naturada ayrılması və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə 14 yanvar 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq JN-001A kod 30206078 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,26 ha və JN-0034 kod 30206078 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 2,33 ha torpaq sahələrindən ona çatası payın müəyyən edilərək naturada ayrılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, torpaq islahatı zamanı ona və ailə üzvlərinə JN- 001A kod 30206078 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,26 ha və JN-0034 kod 30206078 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə torpaq sahələri verilmişdir. Cavabdehlərlə dəfələrlə aralarında mübahisə olmuşdur. Onlara təklif etmişdir ki, torpaq sahələrini bölsünlər, lakin cavabdehlər torpaq sahəsini ayırmaq istəmirlər. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində digər cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 0034 saylı 30206078 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 nömrəli qərarına əsasən X2, X1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, İddiaçı oğlunun mülkiyyətinə 2,33 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 001A saylı 30206078 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 nömrəli qərarına əsasən X2, X1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, İddiaçı oğlunun mülkiyyətinə 0,26 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 10.11.2021-ci il tarixli 10/5277 nömrəli ekspert rəyindən müəyyən olunur ki, torpağın mülkiyyətə verilməsinə dair JN 001A saylı 30206078 kodlu şəhadətnaməyə əsasən Xaçmaz rayon Qədimalı qışlaq kəndində yerləşən 0,26 ha torpaq sahəsindən İddiaçı payının 1/6 hissədə naturada ayrılması mümkün deyildir. Torpağa mülkiyyət hüququna dair JN 0034 nömrəli 30206078 kodlu dövlət aktına əsasən Xaçmaz rayon Qədimalı qışlaq kəndində yerləşən 2,33 ha torpaq sahəsindən İddiaçı payının 1/6 hissədə naturada ayrılması mümkün deyildir Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X5 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.2.-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, ekspert və mütəxəssis rəylərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin olunsun. Torpağın mülkiyyətə verilməsinə dair JN 001A saylı 30206078 kodlu şəhadətnaməyə əsasən Xaçmaz rayon Qədimalı qışlaq kəndində yerləşən birgə mülkiyyətdə olan 0,26 ha torpaq sahəsinə münasibətdə İddiaçı payı 1/6 hissədə müəyyən edilsin. Torpağa mülkiyyət hüququna dair JN 0034 nömrəli 30206078 kodlu dövlət aktına əsasən Xaçmaz rayon Qədimalı qışlaq kəndində yerləşən birgə mülkiyyətdə olan 2,33 ha torpaq sahəsinə münasibətdə İddiaçı payı 1/6 hissədə müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edlməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar