Məhkəmə qərarları › İş №2(067)-380/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-380/2023

18.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-380/2023 18.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı İSMAYİLOV RAUF MÖVLÜD OĞLUNUN cavabdeh İSMAYİLOVA SƏMURƏ NƏCMƏDDİN QİZİNA, İSMAYİLOV FƏRMAN MÖVLÜD OĞLUNA, İSMAYİLOV ZAHİD MÖVLÜD OĞLUNA qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İSMAYİLOV RAUF MÖVLÜD OĞLU cavabdeh İSMAYİLOVA SƏMURƏ NƏCMƏDDİN QİZİNA, İSMAYİLOV FƏRMAN MÖVLÜD OĞLUNA, İSMAYİLOV ZAHİD MÖVLÜD OĞLUNA qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı İSMAYİLOV RAUF MÖVLÜD OĞLU məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin hazırlıq iclasına gəlməmiş, məhkəməyə vəsatət təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh İSMAYİLOVA SƏMURƏ NƏCMƏDDİN QİZİNA, İSMAYİLOV FƏRMAN MÖVLÜD OĞLUNA, İSMAYİLOV ZAHİD MÖVLÜD OĞLUNA məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmənin hazırlıq iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəsatətini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı İSMAYİLOV RAUF MÖVLÜD OĞLUNUN vəsatəti təmin edilsin. İddiaçı İSMAYİLOV RAUF MÖVLÜD OĞLUNUN cavabdeh İSMAYİLOVA SƏMURƏ NƏCMƏDDİN QİZİNA, İSMAYİLOV FƏRMAN MÖVLÜD OĞLUNA, İSMAYİLOV ZAHİD MÖVLÜD OĞLUNA qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar