Məhkəmə qərarları › İş №2(067)-381/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-381/2023

20.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-381/2023 20.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hümmət qızına, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı payın ayrılması və naturada bölgü tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********50 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu Köhnə-Xudat kəndində ümumi birgə 1.3153 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən onun payının ayrılaraq, naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddianı onunla əsaslandırmışlar ki, cavabdehlər onun yaxın qohumlarıdır. xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********50 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Köhnə-Xudat kəndində ümumi birgə 1.3153 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi onun və cavabdehlərin mülkiyyətinə verilmişdir. O, və cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hümmət qızının, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında yəni 6 nəfər arasında bölünməlidir. Həmin torpaq sahəsinin naturada bölünərək ona düşən torpaq sahəsinin ona verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hümmət qızına, Cavabdeh4 və Cavabdeh5 iştirak edən zaman iddianı qəbul etdiyini, təmin olunmasına etirazlarının olmadığını bildirmişlər. İş üzrə cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq,sonuncuməhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********50 reyestr nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Xaçmaz rayon Köhnə-Xudat kəndində ümumi birgə 1.3153 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyindən müəyyən olunur ki, xx.xx.2006-cı il tarixli ********* qeydiyyat nömrəli, **********50 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu Köhnə-Xudat kəndində (iddiaçının və digər cavabdehlərin mülkiyyətində olan) ümumi birgə 1.3153 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1/6 hissədə payının naturada ayrılması mümkündür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyun 2023-cü il tarixli 10/3174 nömrəli ekspert rəyindən müəyyən olunur ki,torpaq sahəsindən İddiaçı 1/6 hissədə payının naturada ayrılması mümkündür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, payın ayrılması hansı qayda, ölçü və cizgidə bölgünün olması sxemdə öz əksini tapır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.2.-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəflərin izahatlarını, ekspert və mütəxəssis rəylərini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. xx.xx.2006-cı il tarixli ********* qeydiyyat nömrəli, **********50 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu Köhnə-Xudat kəndində (iddiaçının və digər cavabdehlərin mülkiyyətində olan) ümumi birgə 1.3153 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1/6 hissədə payı naturada ayrılsın. Həmin əmlaklardan iddiaçının payı 12 iyun 2023-cü il tarixli ekspert rəyindən və 17 aprel 2023-cü il tarixli mütəxəssis rəyində müəyyən edilən qaydada (Torpaq sahəsinin ölçü və planında olan ölçülər daxilində- iddiaçıya torpaq sahəsi cavabdehlər tərəfindən (F) olan kontur) naturada ayrılsın. Ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul cavabdehlərdən alınaraq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar