Məhkəmə qərarları › İş №2(067)-3816/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-3816/2025

05.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-3816/2025 05.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Mən Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlu, İddiaçı Cavabdeh qarşı çıxarışın ləğv olunması tələbinə dair ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz şəhəri, İmran Qasimov küçəsində yerləşən 2 sot torpaq sahəsinə görə 19 yanvar 2020-ci ildə Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi və ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərkən məhkəmə müəyyən etdi ki, həmin iddia ərizəsinə məhkəmə qaydasında baxılması yolverilməzdir. Belə ki, iddia ərizəsindən müəyyən olunur ki, iddiaçının iddia tələbini irəli sürməyə subyektiv hüququnun olması təqdim olunmuş sənədlərlə təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı İddiaçı X1 qarşı çıxarışın ləğv olunması tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar