Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-413/2023 28.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 İmanverdi oğluna, Cavabdeh2, Cavabdeh3, X3 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsindən payın müəyyən edilərək naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 06 saylı qərarı ilə Xaçmaz rayonu, Xanlıqoba kəndi ərazisində yerləşən cavabdehlərlə paylı mülkiyyətlərində olan torpaq sahəsindən ona məxsus payın müəyyən edilərək digər payçıların payından naturada sağ və yaxud sol kənardan ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci ildə Xaçmaz rayonunun Xanlıqoba kəndində anadan olmuşdur. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 06 saylı qərarı ilə kənd təsərrüfatı mallarınıln istehsalı üçün Dövlət aktı ilə ona və ailə üzvlərinə 4.52 ha torpaq sahəsi verilmişdir. 2006-cı ilə qədər mülkiyyətçilərdən atası Cavabdeh1 ilə birgə həmin torpaqda təyinatı üzrə müxtəlif kənd təsərrüfatı əkərək yetişdirmişlər. Bundan sonra digər mülkiyyətçilər həmin əmlakdan onun sərbəst istifadə etməsinə qadağa qoyaraq onu mülkiyyət hüququndan məhrum etmişlər. Atası Cavabdeh1 da ona qarşı aqressiv davranmağa vadar etmişlər. O, xx.xx.2022-ci il tarixdə Xaçamz rayonu Xanlıq-oba kəndində yerləşən JN-0005 nömrəli Dövlət aktında qeyd olunan 4.52 ha torpaq sahəsindən ona aid 0.77 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi idarəsinə müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixli imtina məktubu ilə mülkiyyətçilər arasılnda razılaşdırılmış və notariat qaydasında təsdiq olunmuş bölgü sxemi təqdim edilməsi izah edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddasının təmin edilməsini xahiş edir Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 1998-ci ildə onlara torpaq payı ayrılmışdır. 2006-cı ildən valideynləri onu torpaq sahəsinə buraxmırlar. Ona aid torpaq payının ayrılıb verilməsini istəyir. Torpaq sahəsinin ona ümumi torpaq sahəsinin ya sol ya da sağ kənar hissəsindən ayrılıb verilməsini istəyir. Eyni zamanda bildirmişdir ki, torpağın hansı tərəfdən bölünüb verilməsi fərq etmir, yalnız kənardan bölünüb ayrılıb verilsin. Onun payına düşən torpağın ekspert rəyində şərti olaraq A hərfi ilə qeyd edilən hissədən ayrılıb verilməsini xahiş edir. İş üzrə cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 0005, kod 30224028 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 06 nömrəli qərarına əsasən İddiaçı və ailə üzvləri Cavabdeh1, Cavabdeh2, X5, Cavabdeh4, X2 mülkiyyətinə 4,52 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən müəyyən olunur ki, torpağa mülkiyyət hüququna dair JN 0005, kod 30224028 saylı Dövlət Aktında göstərilmiş paylı mülkiyyət olan 4,52 ha torpaq sahəsinin paylı mülkiyyətçilər arasında naturada bölgüsü mümkündür. Torpağa mülkiyyət hüququna dair JN 0005, kod 30224028 saylı Dövlət Aktında göstərilmiş paylı mülkiyyət olan 4,52 ha torpaq sahəsinin paylı mülkiyyətçilər arasında naturada bölgüsü mümkündür və həmin bölgü hansı variantlarda olması sxemdə əks olunur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3579 nömrəli ekspert rəyindən müəyyən olunur ki, torpağa mülkiyyət hüququna dair JN 0005, kod 30224028 saylı Dövlət Aktında göstərilmiş paylı mülkiyyət olan 4,52 ha torpaq sahəsinin paylı mülkiyyətçilər arasında naturada bölgüsü mümkündür. Torpağa mülkiyyət hüququna dair JN 0005, kod 30224028 saylı Dövlət Aktında göstərilmiş paylı mülkiyyət olan 4,52 ha torpaq sahəsinin paylı mülkiyyətçilər arasında naturada bölgüsü mümkündür və həmin bölgü hansı variantlarda olması sxemdə əks olunur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən: İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanıniki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsülu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu,ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə,ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.1-ci maddəsinə əsasən Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 220.2.-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbindən görünür ki, birgə mülkiyyətdə olan mübahisəli torpaq sahəsinin mülkiyyətçiləri arasında onun paylara uyğun naturada bölünməsi ilə razılaşma əldə etmək mümkün olmadığı üçün İddiaçı “Torpağa mülkiyyət hüququna dair” JN 0005, kod 30224028 saylı Dövlət Aktına əsasən birgə mülkiyyət hüququ əsasında onlara məxsus olan torpaq sahəsindən özünə məxsus pay hissəsinin müəyyən edilərək ayrılmasını tələb edir. İş materiallarından görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN 0005, kod 30224028 saylı Dövlət Akta əsasən Xaçmaz rayonu Aqrar İslahatı Komissiyasının 18 may 1998-ci il tarixli 06 nömrəli qərarı ilə Cavabdeh1 və onun iddiaçı da daxil olmaqla 6 nəfərdən ibarət ailə üzvünə Xaçmaz rayonu, Xanlıoba kəndi ərazisində yerləşən 4,52 hektar torpaq sahəsi ayrılmışdır. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 220-ci maddəsi təşkil edir. Məcəllənin 220.2-220.3-cü maddələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi vəya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə onu da qeyd edir ki, qeyd olunan “Torpağa mülkiyyət hüququna dair” JN 0005, kod 30224028 saylı Dövlət Aktında mülkiyyətçilərin payları birgə olduğundan və tərəflər arasında ayrı qayda nəzərdə tutulmadığından iddiaçının həmin torpaq sahəsində payı Mülki Məcəllənin 223.3-cü maddəsinin tələbinə əsasən, mülkiyyətçilərin sayına uyğun bərabər həcmdə, yəni 1/6 hissədə müəyyən edilməlidir. İddia tələbi təmin edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdehlər Cavabdeh1 İmanverdi oğlu, Cavabdeh2, Cavabdeh3, X1 alınıb AZ.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. “Torpağa mülkiyyət hüququna dair” JN 0005, kod 30224028 saylı Dövlət aktına əsasən Xaçmaz rayonu, Xanlıqoba kəndi ərazisində yerləşən 4,52 ha torpaq sahəsindəiddiaçının payı 1/6 hissədə müəyyən edilməklə (sxemdə şərti olaraq “A” işarəsi ilə işarələnmiş sahə) naturada ayrılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdehlər Cavabdeh1 İmanverdi oğlu, Cavabdeh2, Cavabdeh3, X1 alınıb AZ.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-413/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-413/2023
28.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver