Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-414/2023 06.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, İddiaçı, Cavabdeh Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına işlənmiş xx.xx.2022-ci il qeydiyyat tarixli **********01 reyestr nömrəli çıxarışı və çıxarışın hazırlanmasına əsas olmuş bölgü planını etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 03 X2-İİ qərarı ilə ona və övladları X2 və Cavabdeh ümumilikdə yaşadığları kəndin ərazisindən 2.51 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Hüququları Torpağa mülkiyyətə dair JN 0051 saylı, 30208048 kodlu Dövlət aktı ilə rəsmiləşdirilmişdir. Torpaq sahəsi ayrı-ayrılıqda iki yerdə verilmişdir və dövlət aktının cizgisində göstərilir ki, torpaq sahəsi biri 1.66 ha, digəri isə 0.85 ha hissədən ibarətdir. Dövlət aktının qaiməsi (sertifikatı) adlanan hissəsindən görünür ki, torpaq sahəsi paylanarkən boş sahə olmuşdur, yəni çox illik əkmələr olmamışdır. Cavabdeh olan oğlu ayrı təsərrüfat olmaqla, özünə məxsus evdə ailəsi ilə birlikdə yaşayır. Dövlətin əvəssiz olaraq verdiyi torpaq sahəsində onun iştirakı ilə oğlu X3 və digər oğlu X4 öz vəsaitləri və zəhmətləri hesabına fındıq bağı salmışlar və bu vaxta qədər fındıq bağından istifadə etmişlər. Bu il Cavabdeh Seyfuulla oğlu müraciət edərək bildirdi ki, ümumi birgə mülkiyyət olan 2.51 ha torpaq sahəsindən öz payını ayırmaq istəyir. Birlikdə qərara gəlmişlər ki, onun payını ayırsınlar. Təxminən bir neçə ay bundan qabaq Zaur bildirdi ki, reyestr xidmətində bölgü planı hazırlatdırıb, bölgü planına əsasən həm 1.66 ha hisssədən həm də fındıq bağı salınmış 0.85 ha hissədən ona düşən hissəni ayırmaq istəyir və onların imzaları lazımdır. O, yaşlı, xəstədir, şəkər xəstəliyindən və təzyiqdəı əziyyət çəkir. Bu səbəbdən də tələm-tələsik fikir vermədən bölgü planını imzalamışlar. Ağlıma da gəlməzdi ki, doğma övladı ona yalan danışar, onu aldatmaq istəyər. Bu işlərdə oğluna Dədəli kənd sakini maklerlik edən İxtiyar adlı şəxs kömək edirdi. Çox güman ki, məhz onun diqtəsi ilə bölgü planı elə hazırlanıb ki, 0.85 ha torpaq sahəsindəki fındıq bağı bütövlükdə cavabdehə düşmüşdür. Halbuki danışıqları belə olmuşdur ki, 0.85 ha sahə ona düşəcək, qalan 1.66 ha sahə isə övladlarına qalacaq. Cavabdehin fındıq bağının salınmasında nə zəhməti nə də vəsaiti olmamışdır. Sonradan cavabdeh bağ sahəsinin fındığını yığmağa başlayanda onlar ona etiraz etmişlər, lakin cavabdeh bildirdi ki, 0.85 ha hissədəki bağ sahəsi bütövlükdə onundur, onların bağa girməyə ixtiyarı yoxdur və onları bağdan qovdu. Bundan sonra müraciət edərək reyestr xidmətindən adına olan çıxarışın surətini əldə etmiş və məlum oldu ki, çıxarışa əlavə olunmuş bölgü planına əsasən 0.85 ha torpaq sahəsi bağla birlikdə cavabdehin adına keçmişdir. Beləliklə aldatma yolu ilə cavabdeh ümumi birgə istifadələrində olan torpaq sahəsinin ona ayrılmalı olan 0.85 ha bağ altında olan hissəsini ələ keçirmişdir. Bölgü elə aparılmalıdır ki, mülkiyyətçilərin heç birinin hüququ pozulmasın. Yəni, hər bir mülkiyyətçiyə eyni qaydada hər iki torpaq sahəsindən pay ayrılsın. Çıxarışın ləğv edilməsi üçün DƏDRX publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, xx.xx.2022-ci il tarixli, **********25 nömrəli məktubla ona bildirilmişdir ki, çıxarışı məhkəmə qərarı əsasında ləğv edilməsi mümkündür. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Ona görə də cavabdehin adına işlənmiş çıxarış və bölgü planı etibarsız hesab olunmalı, payları hər iki torpaq sahəsindən ayrılmaqla bölünməlidir. Məhkəmə iclasında iddiaçı izahatında göstərmişdir ki, iddianı müdafiə edir. O, torpağını geri istəyir. Doğrudur, notariat ofisinə getmişdir, orada müqaviləyə imza da atmışdır. Amma nəyə imza atdığımı bilməmişdir. Xahiş edir ki, iddiası təmin olunsun. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Çünki notariat ofisində hər şey izah olunmuşdu. Hər ikisinin də məlumatı var idi və hər ikisi də öz imzaları ilə bunu təsdiq ediblər. Məhkəmə iclasında üçüncü şəxs izahatında iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN 0051 saylı, 30208048 kodlu Dövlət aktından müəyyən olunur ki, İddiaçı, övladları X2 və Cavabdeh ümumilikdə yaşadıqları kəndin ərazisindən 2.51 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir.. İş materiallarında olan DƏDRX-nin daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2022-ci il olan, **********01 reyestr nömrəli, **********2 qeydiyyat nömrəli çıxarışdan müəyyən olunur ki, ümumi sahəsi Xaçmaz rayonu Hacı Əbdürəhman-oba kəndində 0.8367 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 399 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəf çıxarışın və bölgü planının etibarsız hesab edilməsinə dair iddia irəli sürmüşdür. Məhkəmə ilk olaraq qeyd edir ki, iddiaçı bölgü planının etibarsız hesab edilməsinə dair iddia ilə məhkəməyə müraciət etsə də, bölgü planının tarixini və digər rekvizitlər barədə iddia ərizəsində heçnə qeyd etməmişdir. Bundan əlavə mübahisə edilən çıxarışın verilməsinə əsas olan bölgü planı isə iddiaçı, cavabdeh və eyni zamanda üçüncü şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346-cı maddəsinə əsasən Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər; Sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər; Şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər; Ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347-ci maddəsinə əsasən Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər; Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır:. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir;şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir;tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir;Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur; Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir; Yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir; Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 352-ci maddəsinə əsasən əqdin bir issəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, bölgü planı tərtib olunarkən iddiaçının iddia ərizəsində qeyd etdiyi halların baş verdiyi iş materialları ilə öz təsdiqini tapmadığından iddia tələbi təmin oluna bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin əmin olunması üçün heç bir əsas olmadığından təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı çıxarışın etibarsız hesab edilməsi və sair tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilən dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-414/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-414/2023
06.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver