Məhkəmə qərarları › İş №2(067)-43/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-43/2023

17.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-43/2023 17.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı, Cavabdeh Üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən payın ayrılması və naturada bölünməsi tələbinə dair iddia ərizəsi barəsində mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq JN-0091 saylı 30205028 kodlu torpağa mülkiyyət hüququna dar dövlət aktında göstərilən 2,73 ha torpaq sahəsinin 91 mülk hissəsindən 0,46 ha və 91A mülk nömrəli hissəsindən 0,177 ha olmaqla cəmi 0,637 ha payın və ümumi sahəsi 0,29 ha həyətyanı sahədən 0,068 ha payın naturada bölünərək cavabdehə verilməsi və onun adına olan ümumi sahəsi 0,29 ha torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair şəhadətnamənin cavabdehdən alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxslər iddianın baxılmamış saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh iddianın baxılmamış saxlanılmasına etiraz etməmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, tərəflərin mübahisəni qabaqcadan məhkəmədən kənar həll edilməsi qaydası nəzərdə tutulsa da, iddiaçı bu qaydaya əməl etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən payın ayrılması və naturada bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə ödənilmiş 100 manat dövlət rüsumu Xaçmaz rayon Maliyyə Şöbəsi tərəfindən İddiaçı (Qəbz № 843467301, ödəniş tarixi xx.xx.2021, AA ******* nömrəli şəxsiyyət vəsiqəsi) (nəğd şəkildə) qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar