Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-44/2022 29.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı1 Şıxmurad oğlunun, İddiaçı2 nümayəndəsi, eyni zamanda İddiaçı3 iştirakı ilə, iddiaçılar İddiaçı2, İddiaçı1 Şıxmurad oğlunun və İddiaçı3 Cavabdeh qarşı paylı mülkiyyətdə olan evdən payların naturada ayrılması və istifadələrində olan torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evdən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş ******* saylı çıxarışına əsasən onların, yəni 5/8 hissəsinə dair İddiaçı2, 1/8 hissəsinə İddiaçı1, 1/8 hissəsinə isə İddiaçı3 müəyyən olunmuş paylarının naturada ayrılması və həmin evin altında yerləşən 0.0456 istifadələrində olan torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddialarını onunla əsaslandırmışlar ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1306 saylı, 29 dekabr 2011-ci il tarixli qətnaməsinə əsasən İddiaçı2 Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının və miras evdən payların müəyyən edilməsi barədə iddia ərizəsi, o cümlədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər İddiaçı3 və İddiaçı1 miras evdən vərəsəlik qaydasında payların ayrılması barədə iddia ərizəsi təmin edilərək, ünvan 2 ünvanda yerləşən yaşayış evinin mərhum Ş.X.Qonaqovdan miras qalmış ½ hissəsinə münasibətdə mirasın İddiaçı2, üçüncü şəxslər İddiaçı1 və İddiaçı3 tərəfindən qanun üzrə vərəsəlik qaydasında qəbul edilməsi faktı müəyyən edilmiş, həmin evin mərhum Ş.X.Qonaqovdan miras qalmış ½ hissəsinə, iddiaçı G.S.Qonaqova və üçüncü şəxslər İddiaçı1 və İddiaçı3 hər birinin payı ¼ hissədə olmaqla, ümumlikdə yaşayış evinə münasibətdə 1/8 hissədə məyyən edilmiş və həmin yaşayış evinin 5/8 hissəsinə İddiaçı2nm, 1/8 hissəsinə İddiaçı1,1/8 hissəsinə isə İddiaçı3 vərəsəlik hüquqları tanınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2( 105)-1306 saylı, 29 dekabr 2011-ci il tarixli qətnaməsi ilə tərəflərindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət olunmuş, Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi, 30 ünvanında yerləşən Şıxmurad Qonaqovdan miras qalmış evin 5/8 hissəsinə dair İddiaçı2, 1/8 hissəsinə İddiaçı1, 1 /8 hissəsinə isə İddiaçı3 mülkiyyətində olması barədə xx.xx.2012-ci ildə ******* saylı çıxarış alınmışdır. Cavabdeh isə ona məxsus paya dair DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmədiyindən onun payı açıq saxlanılmışdır. Qeyd edirlər ki, Cavabdeh birgə yaşayış qaydalarına əməl etmir. Cavabdeh onlarla yola getmir, məhkəmə qətnaməsinə məhəl qoymayaraq iddia edir ki, ev bütünlükdə ona məxsusdur. Bu səbəbdən də mütəmadi otaraq evdə dava-dalaş salaraq barələrində müxtəlif dövlət orqanlarına şikayət etməkdədir. Cavabdehlə aralarında yaranan münaqişələr zəmnində orada yaşamaq mümkünsüz olmuşdur. Hesab edirlər ki, paylarını bölünüb naturada ayrılmalı və paylar naturada ayrıldıqdan sonra tikinti işləri tərəflərindən aparılmalıdır. Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən ev 4 otaqdan, 1 dəhlizdən və yardımçı tikililərdən ibarət olmaqla ümumi sahəsi 136.5,yaşayış üçün isə sahəsi 71.6 kv metrdir. Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsi, ev 30-da yerləşən onların payları olan evin altında yerləşən 0.0456 torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsi, ev 30-da yerləşən Daşınmaz Əmlakın Dövlət Reyesr Xidməti tərəfindən verilmiş ******* saylı çıxarışa əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahəsi istifadələrinə verilmişdir. Həmin torpaq sahəsindən istifadə etmək tərəflərindən mümkünsüz hala gəlmiş, cavabdeh onlara torpaq sahəsindən faktiki olaraq istifadə etməyə imkan vermir. Hesab edirlər ki, aralarında mübahisə olduğu üçün cavabdehlə torpaq sahəsindən istifadə ilə bağlı ayrı qayda müəyyənləşdirə bilmədiklərindən, həmçinin, cavabdeh bütün torpaq sahəsinin onun istifadəsində olduğunu iddia etdiyindən qanuni istifadələrində olan 0.0456 torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı1 Şıxmurad oğlu iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq cavabdehin evdən paylarının naturada ayrılmasına etiraz etdiyini, ümumiyyətlə bütün evin özünə məxsus olduğunu bildirdiyini göstərmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı3 iddia ərizəsinə uyğun izahat verərək, iddianı müdafiə etmiş, göstərmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(105)- 1306 saylı qətnaməsinə əsasən ünvan 3 ünvanda yerləşən evin mərhum atası Şıxmurad Qonaqovdan miras qalmış ½ hissəsinə münasibətdə mirasın anası İddiaçı2, qardaşı İddiaçı1 və onun tərəfindən qanun üzrə vərəsəlik qaydasında qəbul edilməsi faktı müəyyən edilmiş, həmin evin atası Şıxmurad Qonaqovdan miras qalmış ½ hissəsinə anası Gülpəri Qonaqovanın, qardaşı İddiaçı1 və onun yəni hər birinin payı 1/8 hissədə müəyyən edilib və evin 5/8 hissəsinə anası Gülpəri Qonaqovanın, 1/8 hissəsinə qardaşı İddiaçı1 və 1/8 hissəsinə onun vərəsəlik hüququ tanınıb. Onlar paylarına uyğun olaraq mülkiyyət sənədi almışlar, cavabdeh isə özünə məxsus paya dair DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmədiyinə görə onun payı açıq saxlanılıb. Cavabdeh evdə birgə yaşayış qaydalarına əməl etmir, onlarla yola getmir, evin bütünlüklə ona məxsus olduğunu iddia edir. Ona görə onunla birlikdə bir evdə yaşamaq mümkün deyil. Bu səbəbdən paylarının naturada bölünüb ayrılmasını istəyirlər. Cavabdeh həmçinin bələdiyyə tərəfindən istifadələrinə verilən evin yerləşdiyi torpaq sahəsindən istifadə etməklərinə də mane olur. Ona görə torpaq sahəsindən istifadə qaydaları da müəyyən olunmalıdır. İddia ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur. Göstərilənlərlə əlaqədar iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmə bildirişini almaqdan imtina etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı2 1936-cı ildə anadan olmuşdur. Hazırda Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi ev 30- da qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı3 xx.xx.1962-ci ildə anadan olmuşdur. Hazırda Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi ev 30- da qeydiyyatdadır. İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı1 Şıxmurad oğlu xx.xx.1960-cı ildə anadan olmuşdur. Hazırda Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi ev 30- da qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1306\2011 saylı, xx.xx.2011-ci il tarixli qanuni qüvvəsini almış qətnamənin nəticə hissəsindən görünür ki, iş üzrə Xaçmaz rayon məhkəməsinin 2(067)90\2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi qismən, ünvan 3 evə dair mülkiyyət hüququ üzrə mərhum X1 adına verilmiş xx.xx.1998-ci il tarixli, 4694 reyestr nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi və qətnamənin icrasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsinə aid hissəsi ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan və xx.xx.2012-ci il tarixli Texniki pasportdan müəyyən olunur ki, Xaçmaz şəhəri H.Z.Tağıyev küçəsində 30 saylı fərdi yaşayış evi, həmçinin 0.0456 ha torpaq sahəsi X2 5\8 hissədə, İddiaçı3 və İddiaçı1 Şıxmurad oğlunun 1\8 hissədə paylı mülkiyyətlərindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, ünvan 4 ünvanda yerləşən 0.0456 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin naturada 5\8, 1\8 və 1\8 paylar üzrə (digər payçıların öz payından maneəsiz istifadə etmələrini təmin etmək şərtilə) texniki cəhətdən bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2.-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Qanunvericiliyin tələbinə görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. İş üzrə keçirilmiş ekspertiza rəyindən də görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ünvan 4 ünvanda yerləşən 0.0456 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin naturada 5\8, 1\8 və 1\8 paylar üzrə (digər payçıların öz payından maneəsiz istifadə etmələrini təmin etmək şərtilə) texniki cəhətdən bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyin tələblərinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı1 Şıxmurad oğlunun və İddiaçı3 Cavabdeh qarşı paylı mülkiyyətdə olan evdən payların naturada ayrılması və istifadələrində olan torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbi təmin edilməməlidir. Həmçinin iş üzrə ekspertiza xərci olan 50 manat məbləğində pul iddiaçılar İddiaçı2, İddiaçı1 Şıxmurad oğlundan və İddiaçı3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin VÖİN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SW İFT BİK JTREAZ 22 nömrəli hesaba köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : İddiaçılar İddiaçı2, İddiaçı1 Şıxmurad oğlunun və İddiaçı3 Cavabdeh qarşı paylı mülkiyyətdə olan evdən payların naturada ayrılması və istifadələrində olan torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbi təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 50 manat məbləğində pul İddiaçı2, İddiaçı1 Şıxmurad oğlundan və İddiaçı3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SW İFT BİK JTREAZ 22 nömrəli hesaba köçürülsün. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-44/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-44/2022
29.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver