Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-473/2025 21.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli çıxarışa əsasən birgə mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən 0.04 ha həyətyanı torpaq sahəsindən onun payının 0.008 ha hissədə müəyyən edilməsi və ona məxsus torpaq sahəsinin mütəxəssis tərəfindən tərtib edilmiş bölgü planına uyğun olaraq payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********28-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 2 ünvanda onun və cavabdehlərin birgə mülkiyyətində 0.04 ha həyətyanı torpaq sahəsi vardır. Hər bir mülkiyyətçinin payı 0,008 ha (80 kv.m) təşkil edir. Torpaq sahəsindən ona düşən 80 kv.m torpaq sahəsinin naturada ayrılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Xaçmaz 5 saylı Ərazi İdarəsinə müraciət əsasında mütəxəssis tərəfindən xx.xx.2024-cü il tarixli bölgü planı hazırlanmışdır. Cavabdehlərlə bölgü planına ümumi razılıqları olsa da, sonda cavabdehlər bölgü planına imza etməkdən imtina etmişlər. Bu səbəbdən də o, öz payını ayırmaq qərarına gəlmişdir. Bölgü planından da göründüyü kimi, ona məxsus 80 kv.m torpaq sahəsinin naturada ayrılması bölgü planına uyğun olaraq mümkündür. İddiaçı iddianı dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli çıxarışa əsasən birgə mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən 0.04 ha həyətyanı torpaq sahəsindən onun payına düşən 1/5 hissəsinin mütəxəssis tərəfindən tərtib edilmiş bölgü planına uyğun olaraq naturada ayrılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, iddianı müdafiə edir. Torpaq sahəsindən 1/5 payının naturada ayrılmasını xahiş edir. Mütəxəssis tərəfindən verilən rəyə uyğun olaraq iddianın təmin olunmasını xahiş edir. İş üzrə cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərə əsasən: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışından müəyyən olunur ki, Xudat şəhəri, Axundov küçəsi 16 üvanında yerləşən 0.04 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, İddiaçı, Cavabdeh3 və Cavabdeh4 hər birinin 1/5 paylı xüsusi mülkiyyətindədir. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/2381 nömrəli ekspert rəyi ilə ünvan 1 ünvanda yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin faktiki vəziyyətini, yəni iki tərəfdən küçə ilə həmsərhəd olduğunu, eləcə də ayrı-ayrı giriş-çıxış qapısının açılmasının mümkün olduğu nəzərə alınaraq, tədqiq olunan torpaq sahəsindən İddiaçı 1/5 payının Azərbaycan Respublikasının Əmlak X3 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli bölgü sxeminə uyğun naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X4 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. - 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. - 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. - 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. - 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. - 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. - 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. - 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. - 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Məhkəmə araşdırması zamanı və tərəfin izahatı ilə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi tərəflərin ümumi paylı mülkiyyətindədir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Xudat şəhəri, Axundov küçəsi 16 ünvanında, 0.04 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, İddiaçı, Cavabdeh3 və Cavabdeh4 hər birinin 1/5 hissədə paylı xüsusi mülkiyyətlərinə verilmişdir. Aparılmış ekspertiza tədqiqatı ilə müəyyən olunmuşdur ki, tərəflərin paylarının naturada ayrılması mümkündür. İddiaçının izahatlarını, ekspert rəyini və işin hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli və əmlakın sahəsi tərəflərin paylarına mütənasib məhkəmə mühəndis-texniki ekspertizanın rəyinə əlavə olunmuş sxemə uyğun olaraq naturada ayrılmalıdır. Məhkəmə hesab edir ki, sözügedən xx.xx.2025-ci il tarixli ekspert rəyi hazırki işin həll edilməsi üçün əsaslı sübutdur və əmlakın naturada ayrılması məhz həmin qaydada həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ilə bağlı iddiaçının hər hansı tələb irəli sürməməsi belə bir razılığın əldə olunduğuna dəlalət edir, ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri isə cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. ********** qeydiyyat nömrəli, **********20-10301 reyestr nömrəli xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən 0.04 ha həyətyanı torpaq sahəsindən İddiaçı 1/5 hissədə payı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli bölgü sxeminə uyğun olaraq naturada ayrılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul müştərək qaydada Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-473/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-473/2025
21.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver