Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-49/2020 30.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı2 və İddiaçı1 nümayəndəsi X3iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və yolun açılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onların torpaq sahələrinə və evlərinə gediş-gəliş yolu kimi nəzərdə tutulan ərazini bağlamaq üçün yaratdığı maneələrin aradan qaldırılması, yolun bərpa olunması, yolu bağlamağın cavabdehə qadağan olunması və onun hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı2 və İddiaçı1 iddianı onunla əsaslandırmışlar ki, Xaçmaz rayon X4 x xxxx 1998-ci il tarixli, 09 saylı qərarı ilə Xaçmaz rayonun, Ağaşirin-Oba kəndində ərazisində onlara 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-120 A, kod 30213058 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən onun, yəni İddiaçı2 mülkiyyətindədir. O, həmin torpaq sahəsində 2017-ci ildən bir mərtəbəli, 3 otaqdan ibarət ev inşa etdirmiş, həyətində meyvə ağacları əkib becərmişdir. Xaçmaz rayon X4 x xxxx 1998-ci il tarixli, 09 saylı qərarı ilə Xaçmaz rayonun, Ağaşirin-Oba kəndində ərazisində digər İddiaçı1 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi **********6925 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 224 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində tam mülkiyyət hüququ əsasında onun adına qeydə alınmış və ona RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRXdan Çıxarış verilmişdir. Maddi imkanın olmaması səbəbində o, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirə bilməmişdir. Lakin həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmək nüyyətindədir. Həyətində müxtəlif meyvə ağacları əkib becərmiş və ağaclar meyvə verir. Cavabeh torpaqlar verilərkən yol kimi nəzərdə tutulmuş ərazini zəbt edib və onların öz torpaq sahələrinə gediş-gəlişinə imkan vermir. Onlara məxsus olan torpaq sahələrinə başqa yerdən yol yoxdur və digər sahələrdən onlara yol verilməsi mümkün deyil. Torpağa dair mülkiyyət sənədlərində və kəndin sxemində yol kimi nəzərdə tutulan yoldan savayı başqa yerdən onlara məxsus olan evə və torpaq sahəsinə gedib gəlmək mümkün deyil. Torpaqlar paylanan zaman 7 metr yol kimi nəzərdə tutulan ərazi cavabdeh tərəfindən zəbt olunmuş, həmin yolda yolu bağlamaq üçün ağaclar əkilmişdir və onlara həmin yoldan istifadə etməyə imkan vermir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlar evlərinə, torpaq sahələrinə gedib-gələ bilmir, həyətyanı torpaq sahəsində əkib becərdikləri meyvə-tərəvəzi yığıb istifadə edə bilmirlər. Həmin məsələ ilə əlaqədar demək olar ki, hər gün cavabdehlə onlar arasında mübahisə və dava olur. Bununla əlaqədar kənd icra nümayəndəsinə, kənd bələdiyyəsinə dəfələrlə müraciət etmişlər, lakin onlar da, cavabdehə heç bir təsir göstərə bilmirlər və yolu bərpa edə bilmirlər. Ona görə də məhkəməyə müraciət elmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi X7 iddia tələbini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, mübahisə predmeti olan, iddiaçıların yol kimi istifadə etdikləri həmin ərazi cavabdehə məxsus olan həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda yerləşir və cavabdehin mülkiyyətinə aid deyil. Bunu kənd bələdiyyəsi, kənd icra nümayəndəsi təsdiq etmiş və kəndin xəritəsində də öz əksini tapmışdır.Ona görə də, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iddiaçının fikrini dinləyib Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. xx xxxxx 2019-cu il tarixli məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıların sahəsinə gedən yolu onun qoşusu X1 tutmuş və əlavə olaraq həmin yolda ticarət dükanı açmışdır. Yolun açılmasını iddiaçılar ondan yox Ədilə Mustafayevadan tələb etməlidirlər. Ona görə də, hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dan Çıxarışdan görünür ki, Xaçmaz rayonunun, Ağaşirin-Oba kəndində yerləşən 0.09 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı1 məxsusdur. İş materiallarında olan JN-120 A, kod 30213058 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, İddiaçı2 Xaçmaz rayon X4 x xxxx 1998-ci il tarixli, 09 saylı qərarı ilə Xaçmaz rayonun, Ağaşirin-Oba kəndində ərazisində 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-115 A, kod 30213058 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, X2 Xaçmaz rayon X4 x xxxx 1998-ci il tarixli, 09 saylı qərarı ilə Xaçmaz rayonun, Ağaşirin-Oba kəndində ərazisində 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/377 saylı ekspert rəyindən müəyyən olunur ki, RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dan Çıxarışa əsasən Xaçmaz rayonunun, Ağaşirin-Oba kəndində yerləşən İddiaçı1 məxsus 0.09 ha torpaq sahəsinə və JN-120 A, kod 30213058 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Xaçmaz rayonun, Ağaşirin-Oba kəndində ərazisində İddiaçı2 məxsus 0.10 ha həyətyanı torpaq sahəsinə yol nəzərdə tutulmuşdır. İddiaçılara məxsus qeyd olunan torpaq sahələrinə nəzərdə tutulmuş 40 metr uzunluğunda olan gediş-gəliş yolu şimal-qərb tərəfdən 5.25 metr enində, cənub-şərq tərəfdən isə 4.45 metr enində olmaqla Cavabdeh tərəfindən bağlanmışdır.İddiaçılara məxsus olan qeyd edilən torpaq sahələrinə başqa gediş-gəliş yolunun olmadığı müəyyən edilmişdir. İddiaçıların gediş-gəliş yolu olduğunu iddia etdikləri sahə cavabdehin faktiki istifadəm etdiyi torpaq sahəsində yerləşir və cavabdeh tərəfindən həmin torpaq sahəsində ağacların əkildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 manat müəyyən edilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X5 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydata daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşları mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torppaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən həyata keçirilir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli 2 №-li Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamə) rəsmiləşdirilir.Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. İşin araşdırılmış hallarından iddiaçılara məxsus torpaq sahələrinə nəzərdə tutulmuş 40 metr uzunluğunda olan gediş-gəliş yolu şimal-qərb tərəfdən 5.25 metr enində, cənubşərq tərəfdən isə 4.45 metr enində olmaqla Cavabdeh tərəfindən bağlandığı müəyyən edilmişdir. . Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dan Çıxarışa əsasən Xaçmaz rayonunun, Ağaşirin-Oba kəndində yerləşən İddiaçı1 məxsus 0.09 ha torpaq sahəsinə və JN-120 A, kod 30213058 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Xaçmaz rayonun, Ağaşirin-Oba kəndində ərazisində İddiaçı2 məxsus 0.10 ha həyətyanı torpaq sahəsinə nəzərdə tutulmuş 40 metr uzunluğunda olan gediş-gəliş yolunun şimal-qərb tərəfdən 5.25 metr enində, cənub-şərq tərəfdən isə 4.45 metr enində olan hissəsindən Cavabdeh çıxarılmalı, yol həmin hissədə bərpa edilməli və yolun həmin hissəsinin bağlanması cavabdehə qadağan edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülməli, həmçinin, iddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdehiddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və yolun açılması tələbinə dair iddiaları qismən təmin edilsin. RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dan Çıxarışa əsasən Xaçmaz rayonunun, Ağaşirin-Oba kəndində yerləşən İddiaçı1 məxsus 0.09 ha torpaq sahəsinə və JN-120 A, kod 30213058 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Xaçmaz rayonun, Ağaşirin-Oba kəndində ərazisində İddiaçı2 məxsus 0.10 ha həyətyanı torpaq sahəsinə nəzərdə tutulmuş 40 metr uzunluğunda olan gediş-gəliş yolunun şimal-qərb tərəfdən 5.25 metr enində, cənub-şərq tərəfdən isə 4.45 metr enində olan hissəsindən Cavabdeh çıxarılmaqla, yol həmin hissədə bərpa edilsin və yolun həmin hissəsinin bağlanması cavabdehə qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülsün. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdehiddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə tutulsun. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-49/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-49/2020
30.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver