Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-49/2025 24.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq torpağa mülkiyyət hüququna dair JN-0072 saylı, KOD 30214028 nömrəli dövlət aktına əsasən onun Cavabdeh və üçüncü şəxslərin birgə mülkiyyətlərində olan, Xaçmaz rayonu, Mollaburhan kəndi ərazisində yerləşən 1.82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən paylarının müəyyən edilməsi və hazırda bağ altında olan torpaq sahəsindən payının real vəziyyətə uyğun olaraq, yəni tərəfindən bağ salınaraq bu vaxta qədər istifadəsində olan hissənin naturada ayrılması və ödənilmiş 45 manat dövlət rüsumunun və 55 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona qaytarılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, torpağa mülkiyyət hüququna dair JN- 0072 saylı, KOD 30214028 nömrəli dövlət aktına əsasən onun, Cavabdeh və üçüncü şəxslərin mülkiyyətində Xaçmaz rayonu, Mollaburhan kəndi ərazisində 1.82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi xüsusi mülkiyyətlərinə Xaçmaz rayon AİK-nın 12.1997-ci il tarixli, 16 nömrəli qərarı əsasında verilmişdir. Torpaq islahatı haqqqında qanuna müvafiq olaraq hər bir mülkiyyətçinin payı 0.364 ha təşkil edir. Mülkiyyətçilərlə ümumi razılıqlarına əsasən onun payı yoldan torpaq sahəsinə girdikdə sol tərəfdən ayrılmışdır və həmin hissədə öz ailənin vəsaiti hesabına şaftalı bağı salmışlar. Bu vaxta qədər həmin hissədən istifadə etmişlər, bununla əlaqədar çətinlik olmamışdır. Hazırda isə torpaqdan istifadədə cavabdehlə aralarında fikir ayrılıqları yarandığına görə özünə məxsus hissəni naturada ayırmaq istəyir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək göstərmişdir ki, iddiaçı anasından miras qalan 10 sot və 5 sot torpaq sahələrindən ona düşən payı istəyir. Onlar bir bacı, bir qardaşdır. Nazilə anasıdır. Torpaq sənədlərində hamının adları var. İddiaçı payını tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh və üçüncü şəxslər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0072 saylı, KOD 30214028 nömrəli dövlət aktının surətindən müəyyən olunur ki, Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarı ilə İddiaçı və digərlərin mülkiyyətinə 1.82 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan X5 iştirak edilməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, iddiaçı və cavabdeh X5 iştirak etmişlər. Mediasiya prosesində iştirakı ilə əlaqədar iddiaçı tərəfindən 55 manat rüsum köçürülmüşdür. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X14 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Abdullayevə (Məlikova) Südabə Yunus qızının və ailə ailə üzvlərinə məxsus Xaçmaz rayonu, Mollaburhan kəndində 1.82 ha torpaq sahəsinə verilmiş JN-0072 KOD 30214028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” aşkar edilmiş və həmin dövlət aktı ləğv edilmiş Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçmişdir. İş materiallarında olan iddiaçıların cavabdehə ünvanladığı pretenziya məktubundan görünür ki, mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə cavabdehə pretenziya məktubu göndərilmiş, lakin təyin edilən müddətdə cavabdeh öhdəliyi icra etməmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/566 nömrəli ekspert rəyindən müəyyən olunur ki, torpağa mülkiyyət hüquna dair JN- 0072 saylı, KOD 30214028 nömrəli dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu, Mollaburhan kəndində yerləşən 1.82 ha torpaq sahəsindən X3, Cavabdeh, X1, X6 və X7 1/5 hissədə payların naturada ayrılması mümkündür (bölgü sxemi əlavə olunur). Payın ayrılması hansı qayda, ölçü və cizgidə bölgünun olması sxemdə əks olunur. Göründüyü kimi Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən də müəyyən olunur ki, torpağa mülkiyyət hüquna dair JN-0072 saylı, KOD 30214028 nömrəli dövlət aktına əsasən X2 və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu, Mollaburhan kəndində yerləşən 1.82 ha torpaq sahəsindən X3, Cavabdeh, X1, X6 və X7 1/5 hissədə payların naturada ayrılması mümkündür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X9 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.2.-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, ekspert və mütəxəssis rəylərini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Torpağa mülkiyyət hüquna dair JN-0072 saylı, KOD 30214028 nömrəli dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu, Mollaburhan kəndində yerləşən 1.82 ha torpaq sahəsindən İddiaçı 1/5 hissədə payı müəyyən edilsin. (sxem əlavə olunur) Torpaq sahələri mütəxəssis rəyinə əlavə olunan torpaq sahəsinin bölgü planına uyğun bölünərək, şərti olaraq “A” hərfi ilə işarələnmiş torpaq sahəsi İddiaçı ayrıca mülkiyyətinə verilsin. Ödənilmiş 45 manat dövlət rüsumu və 55 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq X4, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-49/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-49/2025
24.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver