Məhkəmə qərarları › İş №2(067)-496/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-496/2022

20.05.2022 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-496/2022 20.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi vətəndaşlıq vəziyyəti aktlarında düzəliş edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, doğum şəhadətnaməsində adının (Rasul) Rəsul dəyişməsinə, anası X1 ata adının yazılışında Əkbərova Xeyrənsə (Mehti) qızının X1 dəyişilməsinə və 30 fevral 1958-ci il təvəllüdü xx xxxxxx 1958-ci il təvəllüdünə keçirilməsi və bu barədə vətəndaşlıq vəziyyəti aktlarında dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci il tarixdə Azərbaycan Respublikası Şabran rayonunda anadan olmuşdur. Doğum şəhadətnaməsində adının Rasul, soyadının İsmayılov, ata adı Gülbala yazılmışdır, doğum şəhadətnaməsində doğum tariximdə və anası X1 ata adının yazılışında səhfə yol verilmişdir və xx xxxxxx 1958-ci il təvəllüdlü olduğum halda səhvən 30 fevral 1958-ci il qeyd olunub. Hal-hazırda o, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Ərazi idarəsi vərəsəlik ilə müraciət etmək istəmişdir. DƏDRX-nin 5 saylı Ərazi idarəsinin işçiləri ona bildirmişlər ki, Doğum şəhadətnaməsində adı Rasul, soyadı İsmayılov, ata adı Gülbala yazılmışdır, doğum şəhadətnaməsində doğum tarixində və anası X1 ata adının yazılışında səhfə yol verilmişdir və xx xxxxxx 1958-ci il təvəllüdlü olduğum halda səhvən 30 fevral 1958-ci il qeyd olunub. Abşeron rayonu, Xırdalan qəsəbəsinin Qeydiyyat Şöbəsinin verdiyi Doğum şəhadətnaməsində adı Rasul, soyadı İsmayılov, ata adı Gülbala yazılmışdır, doğum şəhadətnaməsində doğum tarixində və anası X1 ata adının yazılışında səhfə yol verilmişdir və xx xxxxxx 1958-ci il təvəllüdlü olduğum halda səhvən 30 fevral 1958-ci il qeydiyyat kitabında qeydə alınıb. Həmin vaxt bu səhvin hansı hüququ nəticələrə səbəb olacağına əhəmiyyət verməmişdir. Hazırda sənədləşmə ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət etdiyi zaman sənədlərdə olan uyğunsuzluğa görə şifahi imtina olunmuşdur. Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxsndə düzəliş edilməsi mümkün olmadığını bildirmişlər və həmin uyğunsuzluğu aradan qaldırılması üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, o, xx.xx.1958-ci ildə Şabran rayonunda anadan olmuşdur. Doğum haqqında şəhadətnaməsində adı Rasul, soyadı İsmayılov, ata adı isə Gülbala kimi yazılıb. Lakin doğum tarixində və anası X1 ata adının yazılışında səhvə yol verilib və xx xxxxxx 1958-ci il təvəllüdlü olduğum halda səhvən 30 fevral 1958-ci il qeyd olunub. Doğum haqqında qeydə düzəliş edilməsi üçün Abşeron rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin oradan bildiriblər ki, bu məsələ məhkəməlikdir, düzəliş edilməsi üçün zəruri olan sübutları təqdim etməmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Onun torpaq sahəsi var, onu oğlunun adına keçirmək istəyir, düzəliş edilməsi də ona bunun üçün lazımdır. Ərizənin təmin edilməsini xahiş edir. İş üzrə maraqlı şəxs X4 məhkəmə baxışı iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxs X3 nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarında düzəliş edilməsi tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia tələbinin qeyd edilən hissəsi bilavasitə inzibati orqanın üzərinə vəzifə qoyulması ilə bağlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə bağlı başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının İnzibatı Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə(ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orpaqnın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) ; inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdə çəkinməyə dair iddia); inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Azərbaycan Respublikasının Konstusiya məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğununun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanlarının qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr tərəfindən baxılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İnzibati Prosessual Məcəlləsində təsbit olunmuş «inzibati orqan» dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları da, onların yerli (struktur) və digər qurumları da, bələdiyyələr də, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs də başa düşülür. Göründüyü kimi, «inzibati orqan» anlayışı geniş dairəni əhatə edir. «İnzibati orqan» anlayışı altına aşağıdakı xüsusiyyətlərə malik olan orqanlar aid edilə bilər: 1) inzibati orqanlar təşkilatı cəhətdən nisbi müstəqil olmalıdırlar; 2) onların digər şəxslərə, kənara təsir edən fəaliyyəti olmalıdır, onların fəaliyyəti daxilə deyil, xaricə yönəlmiş olmalıdır; 3) nəhayət, bu orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malik olmalıdırlar. Məhkəmə onu da nəzərə alır ki, İnzibati Prosessual Məcəlləsi «inzibati akt» anlayışı adı altında inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam, akt və ya digər növ tədbiri nəzərdə tutur. Beləliklə, «inzibati akt»ın əlamətləri aşağıdakılardır: 1) o, inzibati orqan tərəfindən qəbul edilir; 2) o, hər hansı konkret məsələnin nizamlanmasına xidmət edir; 3) o, barəsində tətbiq edilən şəxsə münasibətdə hüquqi nəticələr yaradır. Beləliklə, inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən, bu orqanın funksiyalarının həyata keçirilməsi zamanı reallaşdırılan tədbirlər həyata keçirilir. «İnzibati icraat haqqında» AR Qanununun 36.1.1-1.3-cü maddələrinə görə aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər; inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər. Qanunvericiliyin qeyd edilən müddəalarına əsasən, məhkəmə qeyd edir ki, iddiaçının tələbi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir və tələbə inzibati qaydada baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1.-ci maddəsinə müvafiq olaraq, iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4№-li qərarının 15.4-cü bəndində qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə nəzərə alır ki, işin məhkəmədə baxılmalı olmaması iş üzrə icraata xitam verilməsinin əsaslarından biridir. MPM-nin 153.2.1-ci maddəsində qeyd olunur ki, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarılır. İş məhkəmədə baxılmalı deyildirsə, lakin hakim ərizəni qəbul etməkdən imtina etmək əvəzinə səhvən onu icraata qəbul edibsə, bu halda hakim MPM-nin 261.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verməlidir. Yəni bu hal, adətən aidiyyət qaydalarının pozulması ilə bağlı olur. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Ərizəçi vətəndaşlıq vəziyyəti aktlarında düzəliş edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi vətəndaşlıq vəziyyəti aktlarında düzəliş edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar