Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-505/2020 20.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(067)-505/2020 saylı qərardadından İddiaçı şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5700 manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(067)-505/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. İddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(067)-505/2020 saylı qətnaməsindən buraxılmış apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair ərizə təqdim edərək, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(067)- 505/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddəti üzürlü hesab edərək bərpa edib apellyasiya şikayətinin və ona əlavə olunmuş sənədlərin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(067)-505/2020 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(067)-505/2020 saylı qətnaməsindən buraxılmış apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair ərizəsi təmin edilməmişdir. İddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(067)-505/2020 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamənin surətinin ona xx xxxx 2020-ci il tarixdə təqdim ediolməsinə baxmayaraq, ölkədə elan olunmuş sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar yaşının 65-dən yuxarı olmasına görə evdən bayıra çıxa bilməmişdir. Bu səbəbdən də karantin rejimində müəyyən yumşalmalar tətbiq edildikdən sonra o, evdən bayıra çıxa bilməmiş və apelyasiya şikayətini xx xxxx 2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Ona gğörə də, qərardadın ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş edir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(067)-505/2020 saylı qərardadı ləğv edilməli və Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(067)- 505/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddət İddiaçı münasibətdə bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazırlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarına əsasən "Koronavirus (COVİD-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan edilmiş, həmin qadağa 18 may saat 00:00-dan etibarən götürülmüşdür. İş materiallarında olan poçt xəbərnaməsindən müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(067)-505/2020 saylı qətnaməsinin surəti xx xxxx 2020-ci il tarixdə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana çatdırılmış və həmin ünvanda poçt xəbərnaməsinə imza edilməklə alınmışdır. İddiaçının apelyasiya şikayəti xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş və 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına olan qadağa götürüldükdən sonra qətnamədən şikayət verilməsi üçün Azərbaycan Respublikası MPM-də nəzərdə tutulmuş 1 aylıq müddət ötürülməmişdir. Azərbaycan Respublikası MPM-nin 135.1.-ci maddəsinə əsasən bu Məcəllənin 134cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. MPM-nin 135.2.-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. MPM-nin 135.3.-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. MPM-nin 135.4.-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. MPM-nin 135.5.-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360.-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.2.-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası MPM-nin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 267.2.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 267.3.-cü maddəsinə əsasən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Azərbaycan Respublikası MPM-nin 268.1.-ci maddəsinə əsasən şikayət qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.2-ci maddəsində göstərilir ki, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərflə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.3-ci maddəsində əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(067)-505/2020 saylı qərardadından şikayəti təmin edilərək, qərardad ləğv edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(067)-505/2020 saylı qətnaməsindən buraxılmış apellyasiya şikayətinin verilməsi müddəti İddiaçı münasibətdə təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının 133-cü, 263-264-cü və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(067)-505/2020 saylı qərardadından İddiaçı şikayəti təmin olunsun. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(067)-505/2020 saylı qərardadı ləğv edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(067)-505/2020 saylı qətnaməsindən buraxılmış apellyasiya şikayətinin verilməsi müddəti İddiaçı münasibətdə bərpa edilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-505/2020
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-505/2020
20.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver