Məhkəmə qərarları › İş №2(067)-51/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-51/2022

27.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-51/2022 27.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi ilə, İddiaçı, İddiaçı vəkili Vəkil1, cavabdeh X12, cavabdeh X12 nümayəndəsi və vəkili Vəkil2 və cavabdeh X12 vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər X15 və ünvan 1 Ofisinə qarşı xx.xx.2014-cü il tarixdə verilmiş 7E-1472 reyestrli etibarnamənin və onun əsasında xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə mülkiyyət hüquqlarının Dövlət reyestrindı qeydiyyatına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdə mərhum anası X11 adından X13 ilə cavabdeh X20 arasında Xaçmaz rayonu, Arzu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli üç otaqlı fərdi yaşayış evinin bağışlaması müqaviləsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən cavabdeh X12 adına işlənmiş **********76-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il qeydiyyat tarixli seriya RX ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun doğma anası X16 xx.xx.2020ci il tarixdə vəfat etmişdir.Yas mərasimindən dərhal sonra cavabdeh X20, onun anası X23 ona və ailə üzvlərinə ultimativ şəkildə bildirdilər ki, anası Fatma Əliyevadan miras qalmış Xaçmaz rayonun Arzu kəndində yerləşən bir mərtəbəli yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi X20, onun anası X17 məxsusdur, onlar oranı təcili boşaltmalıdırlar. Səbəbini soruşduqda Xəyalə Qasımova bildirdi ki, onun mərhum anası Əliyeva Fatma sağlığında həmin mülki ona bağışlamışdır. O, buna inanmasa da, sonradan müvafiq sənədlərin surətlərini əldə etdikdə məlum oldu ki, cavabdehin adına həqiqətən də həmin mülkə 2014cü ildə alınmış çıxarış mövcuddur. Sənədlərə görə mərhum anası X16 xx.xx.2014-cü il tarixdə üçüncü şəxslərdən bacısı X8 mülki etibarnamə vermiş və xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi əsasında anasının adından çıxış edən bacısı X7 cavabdeh X15 bağışlamışdır. Bundan sonra cavabdeh X20 öz adına həmin mülkə, yəni Xaçmaz rayonunun Arzu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Çıxarış almışdır. Yuxarıda göstərildiyi kimi bütün bu işlərdən onun xəbəri olmamış, yalnız anasının ölümündən sonra bunu bilmişdir. Dərhal bacısı X8 müraciət edərək soruşmuşdur ki, həqiqətənmi ananın adından ona etibarnamə verilmiş və bağışlama müqaviləsi ilə anamın əmlakını cavabdehə bağışlamışdırmı. X13 bildirdi ki, nə etibarnamədən, nə də ki, bağışlama müqaviləsindən xəbəri yoxdur, həmin sənədlərə imza atmamışdır, belə bir sənədlərin mövcudluğunu ondan eşidir. Yuxarıda göstərildiyi kimi bağışlama müqaviləsindəki imza mərhum anasının adından edilsə də, imza və “Əliyeva Fatma” sözləri onun tərəfindən icra edilməmiş, habelə bacısı X13 tərəfindən icra edilməmişdir. Həmin bağışlama müqaviləsi qanuni tələbləri pozulmaqla anasının adından tərtib edilmişdir. O, qeyd edir ki, anası 1934-cü il təvəllüdlü olmaqla vəfat edərkən 86 yaşı olmuşdur və təbii ki, bu yaşda adamı aldadaraq hansısa sənədlərə imza etdirmək elədə çətin məsələ deyildir. Ona görə də qeyd olunan bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, xx.xx.1967-ci ildə Quba rayonun 12 nömrəli sovxozuna anadan olmuşdur. Valideynləri Xaçmaz rayonunun Arzu kəndinə köçərək orada 0.09 ha torpaq sahəsində 3 otaqlı ev inşa edərək yaşayıblar. Atasının ölümündən sonra ev anasının adına keçib. xx.xx.2020-ci ildə anası vəfat edib. Anasının vəfatında sonra, daha dəqiq 40 mərasimində bacısı Nərgiz və onun qızı Xəyalə anası Fatma tərəfindən evin ona bağışlandığını və mülkiyyət hüququna dair Çıxarışın olmasını bildirmişlər. Onların sözlərinə inanmadığına görə sənədləri araşdırmağa başlamış və bu zaman həqiqətən xx.xx.2014-cü il tarixdə fərdi yaşayış evinin bağışlanması barədə müqavilə olduğunun şahidi olmuşdur. Ona görə də bu bağışlama müqaviləsinin etibarsız hesab olunmasına dair Xaçmaz rayon məhkəməsində iddia qaldırmışdır. Məhkəmə həmin bağışlama müqaviləsinə dair notariat işini tələb etmişdir. Məhkəmədə iş ilə tanış olan zamanı ona məlum olmuşdurdu ki, xx.xx.2014-cü il tarixdə fərdi yaşayış evinin bağışlanması müqaviləsi ünvan 1 Kontorunda təsdiq edilib. Xaçmaz rayonunun Arzu kəndində 0.08 ha torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli fərdi yaşayış evinin bağışlanması müqaviləsi Xaçmaz rayonunun Arzu kəndində yaşayan X11 adından ünvan 1 Kontoru tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 7E-1472 reyestrli etibarnaməyə əsasən Quba rayonunun Zərdabi kəndində yaşayan X13 çıxış edib. xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi Xaçmaz rayonunun Arzu kəndində yaşayan X11 adından ünvan 1 Kontoru tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 7E-1472 reyestrli saxta etibarnaməyə əsasən qanunsuz olaraq X15 bağışlayır. ünvan 1 Kontoru tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 7E-1472 reyestrli etibarnamədə etibar edən şəxs Əliyeva Fatma göstərilsə də notariusun təsdiq yerindən sonra, vərəqənin digər üzündə, onun imza yerində ünvan 1 Kontorunun notariusunun köməkçisi Bakı şəhəri Ə.Hüseynzadə küçəsi 6 saylı evdə yaşayan X5 imza etməsi ğöstərilib. Həmin qeyddə göstərilir ki, guya X11 yazma qabiliyyəti olmadığı üçün etibarnamə ona ucadan oxunmuş və niyyətinə uygun olduğunu bildirmişdir, onun razılığı və xahişi ilə etibarnaməni X9 imzalamışdır. ünvan 1 Kontoru tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 7E-1472 reyestrli etibarnamənin etibar edənin soyadı və adından sonra ünvan 1 Kontorunun X2 “etibarnaməni vət. X16 şəxsən özü onun yanında, şəxsən özü onun iştirakı ilə imza edib. Etibar edənin şəxsiyyəti müəyyən edilib fəaliyyət qabiliyyəti yoxlanılıb“ sözlərindən sonra reyestr nömrəsi qoyur, qeydə alır, dövlət rüsumu alır və möhürü ilə təsdiq edir. Bununla da hüquq verən rəsmi sənədi saxtalaşdırır. Etibarnaməni kənar şəxs deyil, bu işdə sair marağı olan şəxs ünvan 1 Kontorunun notariusunun köməkçisi Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi 6 saylı evdə yaşayan X9 imza edib. Halbuki, 14 may 2010-cu ildə təsdiq edilmiş vəsiyyətnamədə mərhum anasının özü imza edib. Onda dəqiq məlumat var ki, mərhum anası heç vaxt 29 yanvar 2014-cü ildə notariat kontorunda və ya icra nümayəndəliyində olmayıb. Mərhum anasının adından saxta tərtib edilmiş, ünvan 1 Kontoru tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 7E-1472 reyestrli etibarnamə ilə bağlı Ədliyyə Nazirinə rəsmi şikayət vermişdir. Ədliyyə Nazirliyinin Notariat İdarəsnin rəisi M.Soltanovun imzası ilə xx.xx.2021-ci il tarixli cavab məktubunda ğöstərilir ki, notariat hərəkətlərinin aparılması zamanı yol verdiyi nöqsanlara görə “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 26.1-ci maddəsinə əsasən xüsusi notarius F.Məmmədova əməlin törədildiyi ğündən 1 il keçməsi nəzərə alınaraq yazılı xəbərdarlıq edilib. Bununla da xüsusi notarius F.Məmmədovun əməlinin qanunsuz olması tam təsdiqini tapıb. Bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirlyinə ünvanladığı şikayət ərizəsi əsasında xidməti yoxlama keçirilib və ünvan 1 Kontoru tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 7E-1472 reyestrli etibarnamənin qanun pozuntusu ilə təsdiq edilməsi faktı təsdiq edilib, xüsusi notariusa xəbərdarlıq edilib. Ona görə də hesab edir ki, ünvan 1 Kontorunda tərtib və təsdiq edilmiş 29 yanvar 2014-cü il tarixli etibarnamə və bunun əsasında bağlanılmış 06 mart 2014-cü il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilərək ləğv edilməlidir. Bundan başqa cavabdeh izahatında artıq etibarnamənin etibarsızlığı tələbini qəbul edir. Cavabdeh tərəf iddia müddətinin tətbiqini xahiş edir. Amma bildirir ki, o məsələdən anasının vəfatından sonra onun 40 mərasimində xəbər tutmuşdur. Həmin gün cavabdeh ona demişdir ki, evdən çıxmalıdır, evi anası ona bağışlayıb. Bu vaxta qədər onun hansısa sənədlərin mövcudluğundan xəbəri olmayıb. Ona görə də iddia müddətinin tətbiqinə əsas yoxdur. Atası 1982-ci ildə vəfat edib. Atası öləndən sonra evin sənədi itmişdi. Sonrada ev anasının adına keçib. Anasının evi cavabdehə bağışlaması ona 05 fevral 2021-ci il tarixdə məlum olub. Anasın vəfat edəndən sonra miras qalmış əmlaka vərəsəliklə bağlı notariat kontoruna müraciət etməmişdir. Ona görə ki, evin onun olduğuna arxayın olmuşdur. Anası vəfat edəndə onun evində o öz ailəsiylə birlikdə yaşamışdır. Xəyalə də qonaq kimi gəlib gedib. Onun toyu da Xaçmazda olub. Xəyalənin anası gəlib evdə qalıb, guya anasına baxmaq üçün, amma heç baxmamışdır. Ailə üzvləriylə münasibətləri pis olmuşdur. Hər evdə olduğu kimi anasıyla Xəyalə arasında da sözsöhbətlər olub. Anası 1934-cü il təvəllüdlüdür. Onun fikrincə vəsiyyətnamə anası tərəfindən verilməyib. Lap imza anasının olsa da, şahidlər imza etməyiblər. İmza anasının imzasına oxşar imzadır. Vəsiyyətnamə ilə bağlı mübahisə açmamışdır. Anasının etibarnamədən xəbəri olmayıb. Onun savadı var idi, hətta telefon işlədirdi. X33 rayonunun Zərdabi qəsəbəsində yaşayır. O ondan etibarnamə barədə soruşanda, deyir ki, xəbəri yoxdur. Anasının dəfnində iştirak etmişdir. Anasının dəfninə Xəyalə pul xərcləməyib. O 2 ildir ki, oğlunun anasının evi ilə qonşuluğundakı evində qalır, amma duz işi ilə məşğul olduğuna görə ona məxsus duzlar 10 ildir ki, anasının evində olub, bu gün də oradadır. Anasının evdən başqa əmlakı yoxdur. Anasının bağından və torpağından xəbəri var. Həmin əmlaklarla bağlı da vərəsəliyin qəbulu üçün notariat kontoruna müraciət etməmişdir. Mən 1996-cı ildən təsərrüfatdan istifadə edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsi tərəfindən də təsdiq olunur ki, Fatma Əliyevanın adından qızı Sona Allahverdiyevanın adına verilmiş xx.xx.2014-cü il tarixli etibarnamə qanun pozuntularına yol verilməklə tərtib edilmişdir. O əmindir ki, həmin tarixdə anası ümumiyyətlə Xaçmaz rayon Notariat Ofisindı olmayıb. Ona görə həmin etibarnamə etibarsız hesab edilməlidir. O anasının oğlu və birinci növbəli vərəsəsidir, amma ona mirasdan pay düşmür, evə qonaq kimi gəlib anasının nəvəsi mirasa yiyələnir. Onun anasının evi bağışlamasından və evə dair Xəyalənin mülkiyyət sənədi almasından anasının 40 mərasimi zamanı xəbəri olub. İddiaçı vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək iddia tələbinin təmin olunmasını, ünvan 1 Kontoru tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 7E-1472 reyestrli etibarnamənin və bunun əsasında xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunmasına və həmin müqavilə üzrə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına dair Çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X20 iddianı qəbul etməyərək bildirmişdir ki, nənəsi Fatma Əliyevaya sağlığında yalnız o qulluq göstərmişdir, onun bütün dəfn və yas xərclərini o çəkmişdir, baş daşını o qoydurmuşdur. Ona görə də o, sağlığında əvvəlcə evini ona vəsiyyət edib, daha sonra isə bağışlayıb. Etibarnamə və bağışlama müqaviləsi tam qanuna uyğun verilib. İddiaçının iddiasını əsassız sayır və rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh X12 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, əvvəla etibarnamə vermiş şəxs vəfat edib. Etibarnaməni həmin şəxs və ya onun hüquqi varisləri, yəni vərəsəliklə bağlı hüquqları müəyyən olunan şəxslər mübahisələndirə bilərdilər, hazırkı iş üzrə iddiaçı belə bir subyektiv hüquqa malik deyil. Mərhumun övladlarının heç biri vərəsəliklə bağlı notariat kontoruna müraciət etməyiblər və vərəsəliyi ümumiyyətlə qəbul etməyiblər. Bundan başqa əqdin etibarsızlığına dair iddia müddəti ötürülüb. Əqdin etibarsız sayılması ilə bağlı MM-nin 372-ci maddəsində nəzərdə tutulan iddia müddəti 1 il müəyyən edilmişdir. İddiaçı əqdin mövcudluğundan, yəni bağışlama müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan xəbərdar olmuş, lakin üzrsüz səbəbdən onu məhkəmə müstəvisində mübahisələndirməmiş və bu səbəbdən əqdin etibarsızlığına dair 1 illik prosessual müddəti ötürmüşdür. Göründüyü kimi iddiaçı anasının ölümündən və anasının miras əmlakından və cavabdeh X12 2014-cü ildə bağışlama müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından xəbərdar olmuş, əqdin etibarsızlığının mübahisələndirilməsinə dair prosessual müddətləri üzrsüz səbəblərdən ötürmüşdür. Həmçinin ilkin olaraq etibarnamənin ləğv olunması ilə bağlı İnzibati Məhkəməyə müraciət olunmalı idi. Ona görə bu hissədə iş üzrə icraata xitam verilməlidir. İddiaçı bağışlama müqaviləsinin etibarnamənin anası tərəfindən imzalanmadığına görə etibarsız hesab edilməsini istəyir. Bundan əvvəl vəsiyyətnamə verilib və o, vəsiyyətnaməni mübahisələndirməyib. Vəsiyyətnamənin də mövcudluğu onu göstərir ki, iddiaçının mərhum anasının mövqeyi ona sağlığında qulluq göstərmiş nəvəsi Xəyaləyə əmlak qalmasından ibarət olub. 2010-cu ildə o, bu məqsədlə vəsiyyətnamə verib, 4 il sonra isə evini nəvəsinə bağışlayıb. İddiaçının bacıları ilə də söhbət əsnasında onlar da mənə bildiriblər ki, analarına həmişə Xəyalə qulluq göstərib. Məsələ ilə bağlı onların məhkəmə iclasına dəvət edilmələrini və ya notarial ərizələrinin məhkəməyə təqdim edilməsini xahiş edir. Bununla bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş edir. Cavabdeh X12 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini nəzərə alaraq, iddia müddətini tətbiq edib, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən cavabdehin vəkili Vəkil3 cavabdeh X12 nümayəndəsi və vəkili Vəkil2 ifadəsinə uyğun izahat verərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X26 ifadəsində bildirmişdir ki, onun anasına kim baxıbsa, anasının evi də onun olmalıdır. Sağlığında anasına cavabdeh Xəyalə Qasımova qulluq göstərib, onun dərmanlarını alıb, anasının dəfn və yas xərclərini o, çəkib. Xəyalə anasının dəf xərclərini çəkib, baş daşını qoydurub, 3 və 40 mərasimlərini öz pulu ilə verib. Qardaşı olan iddiaçı isə kişilərin yas mərasiminə yazdırdıqları pulları alıb xərcləmişdir. O Bakı şəhərində yaşayır. Anası vəfat edən gün sonuncu dəfə onunla mobil telefonla əlaqə saxlamışdır. Anası üçün hər dəfə telefonu Xəyalə yığmışdır və o anası ilə telefonla danışmışdır. Anası hər dəfə Xəyalədən razılıq etmişdir. Anasının mobil telefonu var idi. Cavabdeh ünvan 1 Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdeh ünvan 1 Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk öncə cavabdeh X12 nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiqi ilə bağlı olan ərizəsinə qiymət verərək hesab edir ki, ərizə təmin olunmamalıdır və iddia müddəti tətbiq edilməməlidir. Belə ki, iş materillarından göründüyü kimi bağışlama müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanmış, mübahisəli daşınmaz əmlaka dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış isə xx.xx.2014-cü ildə verilmişdir. Yəni cavabdeh X6 rayonu, Arzu kəndində yerləşən daşınmaz əmlakı ona bağışlandığı gündən 18 gün sonra daşınmaz əmlaka dair hüquqlarını rəsmiləşdirmişdir. Göründüyü kimi, mərhum X1 İddiaçılə Xəyalə Qasımova arasında hər hansı bir mübahisə olmamışdır. İddiaçı bunu onunla əsaslandırır ki, onun bağışlama müqaviləsi barədə heç bir məlumatı olmamışdır. Əgər belə bir müqavilənin olması barədə vaxtında məlumatlı olsaydı, dərhal müvafiq tədbirləri görmüş olardı. Yalnız iddiaçının anası və cavabdehin nənəsi olan X11 vəfatından sonra bu hal üzə çıxdığından, dərhal məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, X16 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı izahatına görə əsəsən evlə bağlı mübahisə mərhumum yas mərasimində başlamışdır. Həqiqətən də, iddia ərizəsinin məhkəməyə daxil olma tarixi 12 fevral 2021-ci ilə təsadüf edir. Məhkəmə hesab edir ki, həqiqətən də, iddiaçının 7 il ərzində bağışlama müqaviləsinin mübahisələndirilməməsi və yalnız mərhumun yas mərasimindən sonra mübahisələndirməsi onunla bağlıdır ki, iddiaçının bu müqavilə barədə məlumatsız olması idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. İddiaçı hüququnun pozulduğu mərhum anasının yas mərasimdə bilmiş və buna görə də, dərhal bağışlama müqaviləsinin mübahisələndirilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Onun bağışlama müqaviləsinin və bunun əsasında verilmiş müvafiq Çıxarışın mövcudluğun bilməli olması qeyri-mümkün hesab edilir. Ona görə ki, o, həmin proseslərdə iştirak etməmişdir. İştirak etmədiyi halda isə bu barədə heç cür məlumatlandırıla bilməzdi. Belə olan halda, məhkəmənin hesab edir ki, iddia müddətinin tətbiqi ilə ərizə təmin olunmamalıdır və iddia müddəti tətbiq edilməməlidir. Bundan başqa, cavabdehin vəkilləri iddiaçının ümumiyyətlə bu iddia tələbinin irəli sürməsi ilə bağlı subyektiv hüququnun olmamasına gəlincə məhkəmə hesab edir ki, İddiaçı qeyd olunan iddia tələbinin irəli sürməsinə dair birbaşa subyektiv hüququ mövcuddur. Ona görə ki, mübahisəli daşınmaz əmlak onun mərhum anasına məxsus olmuşdur, o isə mərhumun oğlu olduğundan birinci dərəcəli vərəsəsi hesab edilir və hazırki bağışlama müqaviləsi birbaşa onun hüquqlarına təsir edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli AR-İ №317506 nömrəli etibarnamənin surətindən görünür ki, X16 ona məxsus bütün əmlakına dair geniş səlahiyyətləri X8 versə də, etibarnaməni X9 adında olan bir şəxs imzalamışdır. Buna səbəb kimi, X11 oxuma və yazma qabiliyyətinin olmaması göstərilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, X13 ilə X20 arasında bağışlama müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X4 Fatma Feyzulla qızı tərəfindən ona verilmiş etibarnamə əsasında, X14 məxsus olan Xaçmaz rayonu, Arzu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi X15 bağışlamışdır. İş materiallarında olan Seriya RX № ******* nörməli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Xaçmaz rayonu, Arzu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə X12 tam payla xüsusi mülkiyyətində qeydə alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı iddia ərizəsindən görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat İdarəsinin xx.xx.2022-ci il tarixli 05/3402-11 saylı məktubundan görünür ki, X11 xx.xx.2014-cü il tarixdə qızı X8 etibarnamənin və onun əsasında müqavilənin rəsmiləşdirilməsi zamanı notarius F.Məmmədov tərəfindən qüsurlara yol verilmişdir. Belə ki, etibarnaməni mülkiyyətçinin əqdi imzalaya bilməməsi səbəbi göstərilməklə başqa şəxs imzalasa da, həmin şəxs sənəddə həmçinin mülkiyətçinin adından da imza çəkmiş və onun inisalları yazılmışdır. Habelə, müqavilə nümayəndə S.Allahverdyvanın adından tərtib olunsa da, imzanın qarşısında yenə F.Əliyevanın inisalları qeyd olunmuşdur. Məlum olduğu kimi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 22 və 41-ci hissələrinə əsasən şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsura, xəstəliyə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Müqavilə isə nümayəndə tərəfindən bağlandıqda, notariuslar onun səlahiyyətini yoxlayırlar. Nümayəndənin səlahiyyəti onun adına verilmiş etibarnamə ilə təsdiq edilir. Yol vermiş və aşkar görünən nöqsanlar notariusun təsdiq etdiyi sənədə şikayətçi İddiaçı tərəfindən şübhə ilə yanaşılmasına əsas yaratdığı üçün ona yazılı xəbərdarlıq edilmişdir. Beləliklə də, Notariat İdarəsinin məktubundan görünür ki, Xaçmaz şəhəri 1 saylı Notariat Ofisinin notariusu Firdovsi X3 adından X7 adına etibarnaməni rəsmiləşdirərkən nöqasanlara yol vermilş və buna görə də ona yazılı xəbərdarlıq edilmişdir. Həmçinin iş materiallarında olan Xaçmaz rayon İHB-nin Hacıəlibəy İƏD nümayəndəsi tərəfindən təsdiq olunmuş vəsiyyətnamənin surətindən görünür ki, X16 xüsusi mülkiyyətində olan əmlakını X15 xx.xx.2010-cu ildə vəsiyyət etmiş və vəsiyyətnaməni şahidlərin iştirakı ilə özü şəxsən imza etmişdir. Bu isə ona dəlalət edir ki, X11 yazı yazmaq qabiliyyəti olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 334.2-ci maddəsinə görə əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası “Notariat haqqında” Qanununun 27-ci maddəsinə əsasən notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 49-cü bəndinə əsasən yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Azərbaycan Respublikası Mülki Məcəllənin 355.1-ci maddəsinə əsasən əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, ünvan 1 Kontoru tərəfindən xx.xx.2014-cü il tarixdə 7E-1472 reyestrli etibarnamə rəsmiləşdirilərkən nöqsanlara yol verildiyindən həmin etibarnamə etibarsız hesab edilməli, həmin etibarnamə əsasında bağlanmış xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə üzrə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən Seriya RX №0369874 nömrəli Çıxarışı ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 108-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi ilə bağlı ödənilmiş dövlət rüsumunu cavabdehdən tələb etmədiyindən, ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 Kontoru tərəfindən xx.xx.2014-cü il tarixdə 7E-1472 reyestrli etibarnamə etibarsız hesab edilsin, həmin etibarnamə əsasında bağlanmış xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilsin və həmin müqavilə üzrə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən X12 adına verilmiş Seriya RX №0369874 nömrəli Çıxarış ləğv edilsin. İş üzrə ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar