Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-52/2021 26.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçı Qəribova (Bədəlova) Nüşabə Əlibala qızının, Cavabdeh, Üçüncü şəxslər X6 və X1 iştirakı ilə Qəribova (Bədəlova) Nüşabə Əlibala qızının Cavabdeh qarşı torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair mülki işə 26 aprel 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Qəribova (Bədəlova) Nüşabə Əlibala qızı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayonu Dədəli kəndi ərazisində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, 01.02.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********44 reyestr nömrəli çıxarışa əsasən ona, cavabdehə və üçüngü şəxslərə məxsus 1,06 ha torpaq sahəsindən onun payının naturada bölünməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, 01.02.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********44 reyestr nömrəli çıxarışa əsasən onun, cavabdehin və üçüncü şəxslərin mülkiyyətində 1,06 ha torpaq sahəsi vardır. Hər bir mülkiyyətçinin payı 0,212 ha təşkil edir. O, 01.12.2002-ci il tarixdə Zöhrab Qəribovla ailə qurmuşdur. Ona məxsus pay torpaq sahəsindən uzun müddətdir ki, cavabdeh istifadə edir. Özünə məxsus pay torpaq sahəsini ayıraraq istifadə etmək istəsə də, cavabdeh buna imkan vermir. Nəticədə xüsusi mülkiyyətində olan əmlak üzrində mülkiyyət hüququndan məhrum edilmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxslər iddianın təmin olunub olunmamasını məhkəmənin səlahiyyətinə verdiklərini bildirmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, 01.02.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********44 reyestr nömrəli çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Dədəli kəndində yerləşən 1,06 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X2, X1, X3, X6 və Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 104 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan məhkəmə ekspertiza mərkəzinin 29 mart 2021-ci il tarixli 10/3480 nömrəli rəyindən müəyyən olunur ki, RX seriyalı ******* nömrəli, 01.02.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********44 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu Dədəli kəndində yerləşən 1.06 ha torpaq sahəsinin naturada bölünməsi mümkün olunmadığından həmin torpaq sahəsində tərəflərin payının naturada ayrılması mümkün deyildir. Eyni zamanda mütəxəssis rəyində bildirilmişdir ki, qeyd olunan torpaq sahəsi kiçik ölçülü pay torpaq sahəsi olduğundan payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yaradacaqdır. Bu səbəbdən də iş üzrə qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan tərəflərindən bölgü aparılması və torpaq sahəsinin naturada müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəf mübahisə predmeti olan əmlakda payının müəyyən edilməsinə dair də iddia irəli sürməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.2.-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1.-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsəsən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümümi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Qəribova (Bədəlova) Nüşabə Əlibala qızının Cavabdeh qarşı torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair iddiası təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci Qəribova (Bədəlova) Nüşabə Əlibala qızından alınaraq X4, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-52/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-52/2021
26.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver