Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-52/2023 20.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı payın müəyyən edilməsi və naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli çıxarışa əsasən onun, cavabdehin və üçüncü şəxsin birgə mülkiyyətlərində olan Xaçmaz rayonu, Gödəkli kəndindəki 1.511 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, ********** qeydiyyat nömrəli 3070738-10301 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu Gödəkli kəndindəki həyətyani torpaq sahəsindən və ********** qeydiyyat nömrəli **********97 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu Gödəkli kəndindəki 0.23 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən onun payının naturada bölünərək istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddianı onunla əsaslandırmışlar ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********96 reyestr nömirəli çıxarışa əsasən onun, cavabdehin və üçüncü şəxsin birgə mülkiyyətlərinə Xaçmaz rayonu, Gödəkli kəndində 1.511 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi, ********** qeydiyyat nömrəli **********38-10301 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu Gödəkli kəndində həyətyanı torpaq sahəsi və ********** qeydiyyat nömrəli **********97 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayon Gödəkli kəndində 0.23 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi vardır. Hər birinin payı hər bir torpaq sahəsində 1/3 hissədir, başqa sözlə birgə əmlakda payları müəyyən edilmişdir. Cavabdeh1 və Cavabdeh2 ilə razılığa gələ bilmirlər və torpaq sahəsini öz aralarında naturada bölə bilmirlər. Əsasən də Cavabdeh1 torpaq sahələrinin bölgüsünün aparılmasına razı olmadığından çətinlik yaranmışdır. Torpaq sahələrindən 0.251 ha həyətyanı torpaq sahəsi birgə mülkiyyətdə olsa da, həmin torpaq sahəsində yerləşən yaşayış evi bütövlükdə Cavabdeh1 mülkiyyətindədir. Qeyd olunan torpaq sahəsində hər bir mülkiyyətçinin payı, o cümlədən onun payı 0.0836 ha təşkil edir. Həmin torpaq sahəsinin və üzərində yerləşən evin texniki pasportundan görünür ki, torpaq sahəsinin küçə tərəfdən olan hissəsi 34.6 metirdir. Küçə tərəfdən yaşayış evinin yerləşmədiyi hissədən qapı açmaqla onun torpaq payını ayırmaq mümkündür. Digər torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaq sahələridir, həmin torpaq sahələrindən payın ayrılmasına heç bir maneçilik yoxdur. Qeyd olunan torpaq sahələrindən 1.511 ha torpaqdan payları, o cümlədən onun payı 0.503 ha, 0.23 ha torpaq sahəsindən isə payları, o cümlədən onun payı 0.766 ha təşkil edir. Məhkəmə iclasında iddiaçının vəkili iddianı müdafiə edərək təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, ekspert rəyi ilə tanışdır və rəyi qəbul edir. İddiaçı və cavabdehlərin hər birinin Dövlət reysterlərindən alınmış çıxarışlarına əsasən torpaq sahəsi vardır. Yəni hər birinin payı torpaq sahəsində 1/3 hissədir və birgə əmlakda payları müəyyən edilmişdir. Buna baxmayaraq, iddiaçı cavabdehlərlə razılığa gələ bilmir. Cavabdehlərə təklif olunub ki, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət olunaraq bölgü planı tərtib edilsin. Lakin cavabdehlər DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə gəlmədiyindən məcbur olub ki, məhkəməyə müraciət eləsin. Bununla bağlı məhkəmə ekspertiza da təyin olub. Eksperiza və mütəxəssis rəyi də torpaq sahəsinin 3/1 hissədə bölgüsünün mümkünlüyü barədə rəy vermişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişlər. Əlavə olaraq bildirmişlər ki, espert rəyi ilə tanışdırlar, lakin rəyə etirazları vardır. Yəni rəyi qəbul etmirlər. İddiaçı onun qardaşının gəlini olub. Qardaşı oğlu isə vəfat edib. İddiaçının payına 0.59 ha torpaq sahəsi düşür. İddiaçıya boş torpaq sahəsi verməyə razıdırlar. Lakin ata yurdundan ona torpaq sahəsi verə bilməzlər. Çünki o torpaqda onlar zəhmət çəkmişlər, o torpağı pul verib almışlar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********38-10301 saylı reyestr nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Xaçmaz rayon Gödəkli kəndində 0.251 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı daməxsusdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********97 reyestr nömrəli reyestr nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Xaçmaz rayon Gödəkli kəndində 0.23 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı Pəhan qızına da məxsusdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********96 reyestr nömrəli reyestr nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Xaçmaz rayon Gödəkli kəndində 1.511 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı Pəhan qızına da məxsusdur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7858 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlak reyestrindən ********** qeydiyyat nömrəli **********96 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən 1.511 ha torpaq sahəsindən- ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən 0.251 ha torpaq sahəsindən və 282 qeydiyyat nömrəli, **********97 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən 0.23 ha torpaq sahəsindən iddiaçı X2 1/3 hissədə payının naturada ayrılması mümkündür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, bu sualın cavabı torpaq sxemində öz əksini tapmışdır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.2.-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, ekspert və mütəxəssis rəylərini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlak reyestrindən ********** qeydiyyat nömrəli **********96 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən 1.511 ha torpaq sahəsindən, ********** qeydiyyat nömrəli, **********38- 10301 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən 0.251 ha torpaq sahəsindən və ********** qeydiyyat nömrəli, **********97 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən 0.23 ha torpaq sahəsindən iddiaçı X2 1/3 hissədə payı( 0.50 ha; 0.08 ha; 0.07 ha)müəyyən edilsin. Həmin əmlaklardan iddiaçının payı 31 mart 2023-cü il tarixli ekspert rəyindən və 30 mart 2023-cü il tarixli mütəxəssis rəyində müəyyən edilən qaydada (Torpaq sahəsinin ölçü və planında olan ölçülər daxilində) naturada ayrılsın. Ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul cavabdehlərdən alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. İş üzrə ödənilmiş 100.40 manat dövlət rüsumun cavabdehlərdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-52/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-52/2023
20.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver