Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-524/2021 22.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Cavabdeh və cavabdehin vəkili X9 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdəki payın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, vəsiyyətnamənin etibarsız sayılması, pay hüququna xitam verilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, iddiaçı Cavabdeh ”mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair“ iddia tələbinə qarşı İddiaçı, AR Mülki Məcəlləsinin 24 iyun 2005-ci il redaksiyasında qüvvədə olmuş 335.2-ci maddəsinin tələbi qaydasında , alqı -satqı əqdinin (müqaviləsinin) etibarlı sayılmasının, miras kütləsindəki 1 hektar 19 sot bağ sahəsinin 24 sot hissəsində mərhumə X3 Cavabdeh adına 01 mart 2006-cı il tarixdə rəsmiləşdirilmiş vəsiyyətnamənin etibarsız sayılmasının, həmin hissədə Cavabdeh pay hüququna xitam verilməsinin təmin edilməsi, Cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh Xaçmaz rayonu Yergüc kəndinin inzibati ərazisində yerləşən, onun mərhum X1 xüsusi mülkiyyətində olan 1 hektar 19 sot torpaq sahəsindən, mərhumə anası X2 1/2 payına vəsiyyətnamə üzrə vərəsə hüququnu rəsmiləşdirmədiyi, yəni vərəsəlik şəhadətnaməsini əldə etmədiyi halda və bununla da məhkəmədə tərəf olaraq subyektiv hüququnun olmadığına dair, qardaşı X16 qarşı onun ilkin, qardaşı X13 isə Cavabdeh qarşı “vəsiyyətnamənin etibarsız sayılmasına“ dair qarşılıqlı iddiası üzrə mülki işə hazırda Xaçmaz rayon məhkəməsində baxılır. Sözügedən mülki işə dair məlumat aldıqdan sonra, iddiaçı Cavabdeh iddia tələblərinin onun da mülkiyyət hüququnun və qanuni mənafeyinin məhdudlaşdırıldığı səbəbindən ona qarşı hazırkı iddiasını sürməklə mülki işə qarışmaq qənaətindədir. Digər tərəfdən mülki işə qarışmağımda məqsədi həm öz hüququnu və qanuni mənafeyini müdafiə etməkdir, həm də təqdim ediləcəyi mötəbər sübutlarla iddiaçı Cavabdeh iddia tələblərinin istinad etdiyi hüquqmüəyyənedici sənədlərin ciddi qanun pozuntusu ilə əldə edildyinə dair xüsusatların və şahid ifadələrinin araşdırılması yolu ilə mülki iş üzrə qanuni və əsaslı hüquqi nəticənin verilməsinə nail olmaqdır. İddiaçının atası X21 onun doğma qardaşıdır, 40 ildən artıqdır ki, o, ailəsindən kənarda Rusiya Federasiyası dövlətində yaşayır və hazırda da həmin ölkənin vətəndaşıdır. Xaçmaz rayon X17 30 dekabr 1996-ci il tarixli 12 saylı qərarı ilə torpaq mülkiyyətçisi olaraq X5na verilmiş 1 hektar 19 sot torpaq sahəsindəki meyvə bağına dair Dövlət Aktında anası ilə yanaşı qardaşı Bəhmənin arvadı və iki azyaşlı uşaqları da qeyd olunmuşlar. Həmin dövrdə istər ahıl yaşlı atası, anası və istərsə də qardaşı Bəhmənin arvadı, habelə azyaşlı uşaqları sözügedən torpaq sahəsini becərmək, suvarmaq və məhsulunu yığmaqla onu idarə etmək iqtidarında deyildirlər. Bağ sahəsini davamlı olaraq şəxsən özü və ailə üzvləri becərir, suvarır, otdan - alaqdan təmizləyir, dərmanlayır, məhsulunu yığıb, satışdan əldə edilən qazancdan əhəmiyyətli hissəsini atasına verirdilər. Bağın mülkiyyətçisi olaraq atası ona verilmiş pul məbləğini özlərinin, habelə qardaşı Bəhmənin özündən ayrı yaşayan hazırkı ailəsinin maddi ehtiyaclarının da ödənilməsinə sərf edirdi. Bununla belə qardaşının ailəsindən heç kim bağda bir gündə işləmirdi, atasının da onlara, onun ailə üzvləri ilə birlikdə işləmələrinə dair çox saylı təklif və təkidlərinə əhəmiyyət verməyib , bağda işləməkdən yayınırdılar. Bu səbəblərdən atası Məlik Hüseynov ona və qardaşının arvadına təklif etdi ki, özünün və anası X2 bağ sahəsindəki 50 sot torpağı meyvə ağacları ilə birlikdə satır. Əlavə etdi ki, Bəhmənin ailəsinin payına düşən bağ sahəsinin satıb-satmadığını onlar özləri həll etsinlər. Qardaşının arvadı X15 da bildirdi ki, onların bağdakı pay sahəsinin əvəzi olaraq nəğd şəkildə pulunu ödəyərlərsə, öz paylarını satmağa razıdır. Ailə üzvü olan birgə mülkiyyətçilər, belə əsasla bağ sahəsindən payın bölgüsünü ədalətli hesab edib, əldə edəcəkləri qazancın səbəbli gələcəkdə hər hansı mülki mübahisəyə yol verməyəcəklərini bidirdilər. Atasının, anasının və qardaşı arvadı X6 ümumi razılığı ilə birgə mülkiyyətdəki bağ sahəsindən özlərinə məxus paylarının miqdarının müəyyən edilib dəyərinin nəğd şəkildə ödənilməsini o, özü qəbul etdi. 2000-ci ilin oktyabr ayında, sözügedən 1 hektar 19 sot torpaq sahəsindəki X6, Cavabdeh və X11, meyvə ağaclarının dəyəri nəzərə alınmaqla ümimi payı 72 sot olmaqla, 1 sot bağ sahəsinin qiyməti , o zaman aralarında razılaşdırılmış hazırdakı milli pul vahidinə ekvivalent məbləğdə, yəni 50 manat olmaqla, cəmi 3600 manat pulu məhkəməyə təqdim edəcəyi şahidlərin iştirakı şəxsən X7 vermişdir. X5 və anası X3 48 sotluq pay hissəsinə görə, 1 sotunun qiyməyti, hazırkı ekvivalent pulla 50 manat olmaqla cəmi 2400 manat pul məbləğini valideynlərinə vermişdir. O, vaxtdan hazıradək bağ sahəsinin həmin payı hissəsini öz mülahizəsinə uyğun idarə edir, 2 il öncə sahədəki qocalmış , az bar verən ağacları kökündən çıxardıb yerində şaftalı, gavalı ağacının tinglərini əkib, yeni bağ becərir. Aralarında da razılaşdırılmış şifahi alqı-satqını, notarial formaya riayət etməklə müqavilə bağlanmaqla rəsmiləşdirməyi dəfələrlə Zərifə Hüseynovaya təklif etməyinə baxmayaraq, digər mülkiyyətçilər olan onun övladlarının, yəni oğlu Cavabdeh Bəhram oğlunun və X11 azyaşlı olmaları səbəblərdən sözügedən əqdi notariat qaydasında təsdiqlənməsindən yayındılar. X1 27 fevral 2003-cü ildə vəfat etməsi, anası X2 isə ağır xəstə olması səbəblərindən şifahi əqdi notariatda təsdiqləmək mümkün olmadı. Belə ki, ilkin iddiaçının iddia tələbinin predmeti miras kütləsi barədədir. İddiaçı Cavabdeh iddia etdiyi 1 hektar 19 sot bağ sahəsi, bağın mülkiyyətçiləri olmuş ailə üzvlərindən X1, anası X2, habelə özünün anası, X6 ümümi razılığı ilə 2000-ci ilin oktyabr ayında şifahi-alqı-satqı razılaşması ilə ona satılmışdır. O, zənn edir ki, məhkəmə mülki mübahisəyə mahiyyəti üzrə baxarkən iş üzrə tələblərin eyni icraatda birləşdirilməsi qənaətinə gələcək, Cavabdeh qarşı iddia tələblərinin icraata baxılmaq üçün qəbul edilməsini təmin edəcəkdir. Həmçinin ümid edir ki, mülki işin həqiqi hallarını və iddiaçı Cavabdeh vəsiyyətnamə üzrə vərəsəliyə dair hüquqmüəyyənedici sənədinin qanunla müəyyən edilmiş qaydada əldə edimədiyinə dair təqdim edəcəyi mötəbər subutlara obyektiv hüquqi qiymətini verməklə məhkəmə onun iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edəcəkdir. Belə ki, anası X8 üzun müddət xəstə olduqdan sonra, 2006-ci ilin fevral-mart aylarında sağlamlığı kritik həddə olmuşdur. O, fiziki imkanları tükəndiyindən dəqiq eşitmirdi, yaxınlarını tanımırdı və bu səbəblərdən hərəkətlərinin üzərində nəzarətini itirmişdir. Qardaşı Bəhruzla məsləhətləşib belə qərara gəlmişlər ki, nə qədər ki, vəfat etməyib, analarının miras əmlakındakı payını digər qardaşı Bəhmənin oğlu azyaşlı Cavabdeh vəsiyyət edillməsini təşkil etsinlər. Onlar 01 mart 2006-cı ildə, Xaçmaz İHB-nın Yergüc kəndi üzrə nümayəndəliyinə müraciət edib, hazırkı vəsiyyətnamənin tərtib edilməsində bilavasitə iştirak etmişlər. Vəsiyyətnaməni rəsmiləşdirən vəzifəli şəxs anasının sağlamlığının qənaətbəxş olmadığını, vəsiyyətnamənin məzmununu qavramadığını və imza edə bilməməsini əsas göstərib, bu dəlillərin onun öz iradə ifadəsi hesab edilmədiyini bildirmişdir. Bununla belə, onlar israr etmişlər ki, qardaşlarının övladıdır, atası uzun müddətdir ki, burada yaşamır və ona çatası miras əmlakı oğlunun adına rəsmiləşdirməyə məcburdurlar. Yalnız bundan sonra, analarının əlindəki qələmlə onların köməyi ilə vəsiyyətnamənin üzərinə imza hesab ediləcək bir neçə hərfin yazılması baş tutmuşdur. Bu faktları məhkəməyə dəvət edəcəyi həmin vəsiyyətnamənin rəşmiləşdirilməsində bilavasitə iştirak etmiş şahid qismindəki şəxslər də təsdiq edəcəklər. 02 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 09 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı hazırkı iddiası ilə Cavabdeh qardaşı Bəhruz Hüseynova qarşı iddiası ilə bir icraatda birləşdirilməsinə dair vəsatət vermişdir, lakin vəsatəti təmin olunmamış və mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi qərara alınmışdır. Ona görə o, əsl cavabdehlər kimi Cavabdehla birgə onun anası Zərifə Hüseynovaya və bacısı Humay Hüseynovaya qarşı yeni iddia tələbləri ilə müraciət edilməsi üçün iddiadan imtina etdiyini bildirərək, işin icraatına xitam verilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(067)-524/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdəki payın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, vəsiyyətnamənin etibarsız sayılması, pay hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinaya dair ərizəsi qəbul edilməmişdir. 02 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında iddiaçının dediklərinin həqiqətə uyğun olmadığını göstərmişdir. O, torpaq sahələrini ötən müddət ərzində bir neçə dəfə icarəyə vermişdir. Anası və ya onunla torpaq sahələrinin alqı-satqısına dair müqavilə olmamışdır. 2006-cı ildə nənəsi beyninə qansızma nəticəsində ölmüşdür, bu onun ölüm səbəbidir, amma bundan öncə o, özündə olmuş, hərəkətlərini dərk etmişdir. Kənd icra nümayəndəliyindən evə gəlmiş, nənəsindən vəsiyyətnamə ilə bağlı fikrini soruşmuşlar, nənəsi də evini ona vəsiyyət etmək istədiyini bildirmiş və vəsiyyətnaməni imzalamışdır. 01.03.2006-cı ildə nənəsi vəsiyyətnamə vermək iqtidarında olub. Onun bir tərəfi iflic idi, amma özündə idi, yataq xəstəsi idi. Nənəsi vəsiyyətnaməni imzalayanda o, görmüşdür. Həmin vaxt Vahid adlı şəxs və kənd icra nümayəndəsi Zakir orada olmuşlar. Nənəsinə vəsiyyətnaməni imzalaması ilə bağlı təzyiq olmamışdır. Həmin vaxt nənəsinin əli əsirdi, ona görə əlindən tutmuşlar ki, imza edə bilsin. Torpaq sahəsini başqa şəxsə satmaq istədiyi üçün iddiaçıdan babası ilə nənəsinin payını çıxmağı xahiş etmiş, yerdə qalan sahəni satacağını bildirmişdir. İddiaçı ona torpaq sahəsinə görə 5000 manat pul təklif etmişdir. O isə buna razı olmamış və iddiaçı ya başqa şəxsin 8000 manat pul verdiyini, ona isə 7000 manata satacağını bildirmişdir. Amma iddiaçı razı olmamış, torpağı satmağa qoymayacağını bildirmişdir. Ona torpaq sahəsinə görə beh də vermişdər, o, behi də qaytarmalı olmuşdur. Onlara adambaşına 25 sotdan torpaq sahəsi verilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdehin vəkili X19 iddia müddətinin tətbiqinə dair ərizəsini məhkəməyə təqdim etmiş və iddianın rədd edilməsini xahiş etmişdir. mən iş üzrə icraata xitam verilməsinə razı deyiləm və işə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilməsini xahiş edirəm. 09 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh iş üzrə icraata xitam verilməsinə razı olmadığını və işə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili X19 da həmçinin iş üzrə icraata xitam verilməsinə razı olmadığını və işə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı iddia ərizəsi 17 dekabr 2020-ci il tarixdən məhkəmənin icraatındadır və tərəflərin iştirakı ilə işin bütün halları araşdırılıb və həmin hallara hüquqi qiymət verilməlidir. İddiaçı isə buna əngəl törətmək məqsədi ilə iş üzrə icraata xitam verilməsini istəyir. Bu mənada iş üzrə icraata xitam verilməsi cavabdehin hüquqlarını pozur. Əgər iddiaçı başqa şəxslərə qarşı iddia qaldırmaq istəyirsə, bu onun müstəsna hüququdur və digər iddialarını iddiaçı hazırkı iş üzrə icraata xitam verilmədən də irəli sürə bilər. Ona görə də İddiaçı iddiadan imtina etməsi və iş üzrə icraata xitam verilməsi haqqında vəsatətinin rədd edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, cavabdeh tərəfin məqsədi onu əsassız məhkəmə çəkişmələrinə çəkməkdir, ona görə də bu halı, həmçinin işin hallarının həm onun, həm də iddiaçı tərəfin iştirakı ilə araşdırıldığını nəzərə alaraq, işə baxılmasının təxirə salınmasına dair iddiaçının vəkilinin şifahi vəsatətinin rədd edilməsini və iddiaçının, onun vəkilinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılaraq, iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili X19 məhkəmə iclasında keçən məhkəmə iclaslarında işin hallarının məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldığını, hətta tərəflərin sübutlarını məhkəməyə təqdim etmələri üçün məhkəmə iclasının bir dəfə təxirə salındığını və keçən məhkəmə iclasında hətta iddiaçının iddiasının perspektivi olmadığını anlayaraq, iddiasından imtina etdiyini, lakin onların buna etirazları nəzərə alınaraq, iddiaçının iddiasından imtinası məhkəmə tərəfindən qəbul edilmədiyini və bu barədə müvafiq qərardad qəbul eildiyini göstərmişdir. Qeyd olunan qərardaddan şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmasa da, tərəflərə həmin qərardadın təqdim edilməsi məqsədi ilə məhkəmə iclası təxirə salınaraq bu günə təyin edilmişdir. İddiaçı özü hazırkı məhkəmə iclasına heç bir üzürlü səbəb göstərmədən gəlməyib. İddiaçının vəkili isə əgər başqa məhkəmədə iştirak etməli idisə, bu barədə məhkəmə iclası təyin edilən gün və ya bilavasitə ondan sonra bu barədə Xaçmaz rayon məhkəməsinə məlumat verməli idi, lakin iddiaçının vəkili bunu etməmiş, eyni zamanda Şuşa rayon məhkəməsində baxılan hər hansı bir işdə vəkil və ya nümayəndə qismində iştirak etməli olmasına dair heç bir məhkəmə bildirişini məhkəməyə təqdim etməmişdir. Bütün bunlar onu göstərir ki, iddiaçının və onun vəkilinin məqsədi cavabdehi əsassız məhkəmə çəkişmələrinə cəlb etməkdir. Qeyd olunanlara əsasən işə baxılmasının təxirə salınmasına dair iddiaçının vəkilinin şifahi vəsatətinin rədd edilməsini və iddiaçının, onun vəkilinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılaraq, iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon 1 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı, onun vəkili və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçının vəkili X12 məhkəməyə teleqram göndərərək, Şuşa rayon məhkəməsində əvvəlcədən razılaşdırılaraq qeyd olunan tarixə təyin edilmiş axırıncı məhkəmə baxışında iştirak etməli olduğuna görə Xaçmaz şəhərinə gələ bilməyəciyinin üzürlü hesab edilərək, hazırkı mülki işin məhkəmə baxışı iclasının 28 aprel 2021-ci il tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin və cavabdehin vəkilinin fikrini dinləyib İddiaçı, onun vəkili X4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon 1 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, İddiaçı Xaçmaz rayonu Yergüc kəndində anadan olmuşdur və həmin kənddə yaşayır. İş materiallarında olan AZ-İ seriyalı 188620 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X8 10.03.2006-cı ildə Xaçmaz rayonunun Yergüc kəndində vəfat etmişdir. İş materiallarında olan 08.12.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddianın verilməsi ilə əlaqədar İddiaçı tərəfindən 10 (on) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahəsi, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notariat qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Vəsiyyətnamədə bir miras qoyanın sərəncamı olmalıdır. Vəsiyyətnamənin iki və ya daha çox şəxs tərəfindən birgə tərtibinə yol verilmir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. (Mülki Məcəllənin 1166, 1167, 1168, 1179.1., 1180.1. 1186, 1188-ci maddələri) Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər (Mülki Məcəllənin 1225.1., 1225.2. və 1225.3. maddələri). Bununla əlaqədar məhkəmə qeyd edir ki, vəsiyyətnamə birtərəfli iradə ifadəsi olan əqddir. Vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Qladışeva Rusiya Federasiyasına qarşı işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, E-ni mübahisəli mənzilə pasport qeydiyyatına almamışdan, mənzili onun adına özəlləşdirməmişdən, onun mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə almamışdan öncə cavabdeh dövlət orqanları tərəfindən E-nin sənədlərinin saxta olub-olmamasının yoxlanılmasına heç nə mane olmurdu. Məhkəmənin fikrincə, dövlət hakimiyyəti orqanlarının işində səhvlər və çatışmazlıqlar zərərçəkmiş şəxslərin xeyrinə işləməlidir. Başqa sözlə desək, dövlət hakimiyyəti orqanının səhvi riskini dövlət daşımalı və bu səhvlər maraqlı şəxsin hesabına düzəldilməməlidir. Bu baxımdan konkret halda mübahisə predmeti olan vəsiyyətnamənin icra nümayəndəsi tərəfindən qanunsuz olmasına dair şübhələr cavabdehin ziyanına şərh edilməməlidir. Məhkəmə hesab edir ki, əqdin etibarsızlığını tələb edən şəxs etibarsızlığın əsaslarını sübut etmə öhdəliyi daşıyır. Əgər əqdin etibarsızlığı əsasları müəyyən edilməzsə, etibarlı hesab edilir. Belə olan halda, çəkişmə və tərəflərin bərabərliyi prinsipi çərçivəsində sübut etmə öhdəliyi daşıyan şəxslərin həmin öhdəliyinin onlardan alınaraq əks tərəfin üzərinə qoyulması mülki mühakimə icraatının mahiyyətinə zidddir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən vəsiyyətnamənin etibarsızlığına əsas olan halları sübut etmə yükü daşıyan iddiaçı öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşımasına baxmayaraq, hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər (Mülki Məcəllənin 1231.1. maddəsi). Göründüyü kimi, iddiaçı vəsiyyətnamənin etibarsızlığı tələbi ilə anasının öldüyü vaxtdan iddia irəli sürə bilməli olduğu halda, bu hüququndan qanunvericilikdə müəyyən edilmiş müddətdə istifadə etməmiş, hazırda belə bir iddiailə məhkəməyə müraciət etmiş, müddətin üzrlü hesab edilməsinə dair də hər hansı vəsatət verməmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikasının «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Avropa Məhkəməsinin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məcburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Avropa Məhkəməsinin presedentini Konvensiya müddəalarının şərhi kimi qəbul etsək, göstərilən şərhlərə Konvensiyanın tərkib hissəsi kimi baxılmalıdır. Belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasında bütün məhkəmələr Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarını Konvensiyanın mətni ilə yanaşı, həmçinin Avropa Məhkəməsinin qərarlarında ona verilən şərhə uyğun tətbiq etməlidir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi özünün “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun F.Hüseynovun və A.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2004-cü il tarixli qərarında izah edilir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsepsual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna blər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Konstitusiya Məhkəməsinin həmin qərarında qeyd edilir ki, belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmə əqdi etibarlı saya bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib, əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendum ilə qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Avropa Məhkəməsinin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məcburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Avropa Məhkəməsinin presedentini Konvensiya müddəalarının şərhi kimi qəbul etsək, göstərilən şərhlərə Konvensiyanın tərkib hissəsi kimi baxılmalıdır. Belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasında bütün məhkəmələr Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarını Konvensiyanın mətni ilə yanaşı, həmçinin Avropa Məhkəməsinin qərarlarında ona verilən şərhə uyğun tətbiq etməlidir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi özünün “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun F.Hüseynovun və A.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2004-cü il tarixli qərarında izah edilir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsepsual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, İddiaçı tərəfindən əqdin etibarlı sayılmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmçinin, vəsiyyətnamənin etibarsız sayılmasını şərtləndirən hallar olmadığından, iddia tələbi bütövlükdə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdəki payın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, vəsiyyətnamənin etibarsız sayılması, pay hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-524/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-524/2021
22.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver