Məhkəmə qərarları › İş №2(067)-54/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-54/2025

04.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-54/2025 04.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı torpaq sahəsindən payın ayrılması və naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəmədə iddia qaldıraraq Xaçmaz rayonu Nabran kəndində yerləşən onların mülkiyyətlərinə verilmiş torpağa mülkiyyət hüququna dair JN-162, 30216018 kodlu dövlət aktında göstərilən 1,40 ha torpaq sahəsindən paylarının müəyyən edilərək naturada ayrılması barəsində qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahatı Komissiyasının 26 dekabr 1998 -ci il tarixli 14 saylı qərarına əsasən onlara 1.40 ha torpaq sahəsi ayrılmış, bu qərar əsasında JN 162 , 30216018 kodlu “Torpağın mülkiyyətə hüququna dair dövlət akt” verilmişdir. Yuxarıda qeyd edilən birgə mülkiyyətdən paylarının müəyyən olunaraq naturada ayrılıb istifadələrinə verilməlidir. Cavabdeh isə bu hala imkan yaratmamışdır. Birgə iddiaçılar olaraq isə onların paylarının ayrılması və paylarının naturada bögüsünə etirazları yoxdur. Məhkəmə iclasında iddiaçılar iddianı müdafiə edərək ekspert rəyinə uyğun bölgünün aparılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində İddiaçı4 və Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-162, 30216018 kodlu dövlət aktından müəyyən olunur ki, Aqrar İslahat Komissiyasının 26 dekabr 1998-ci il tarixli 14 saylı qərarı ilə İddiaçı2 Eyyub oğlunun, X1, İddiaçı3 Rəsul oğlunun, X2 və Cavabdeh mülkiyyətinə 1,40 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Xaçmaz RİHB-nın müavini Anar Oruclunun, Nabran kənd icra nümayəndəsi N.Z.İskəndərovanın iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, JN-162, 30216018 kodlu dövlət aktında səhv olaraq İddiaçı2 Eyyub oğlu, X4, İddiaçı3 Rəsul oğlu, X5 və Cavabdeh qeyd olunmuşdur. Komissiya təsdiq etmişdir ki, həqiqətən də onların doğru adları aşağıdakı kimidir: İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, Cavabdeh İş materiallarında olan 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********05 nömrəli məktubda göstərilir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, bölgü sxemlərinin hazırlanması ilə bağlı müraciət etdiyi torpaq sahələri üzərində mübahisə mövcud olduğundan torpaq sahələri üçün nəzərdə tutulmuş bölgü sxemləri üçün hazırlanması mümkün olmamışdır. İş materiallarında olan iddiaçıların cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə cavabdehə pretenziya məktubu göndərilmiş, lakin təyin edilən müddətdə cavabdeh öhdəliyi icra etməmişdir. İş materiallarında olan mədaxil qəbzlərindən müəyyən edilir ki, iddiaçıların hər biri tərəfindən iddia tələbi ilə əlaqədar cəmi 400 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, torpağa mülkiyyət hüququna dair JN-30216018 kodlu dövlət aktına əsasən İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu Nabran kəndində yerləşən 1.40 ha torpaq sahəsində İddiaçı2 Əyyubovuçin, İddiaçı1, İddiaçı3 Rəsuloviçin, İddiaçı4 Rəsulovanın və Cavabdeh 1/5 hissədə payların naturada ayrılması mümkündür (bölgü sxemi əlavə olunur). Payın ayrılması hansı qayda, ölçü və cizgidə bölgünün olması sxemdə əks olunur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, torpağa mülkiyyət hüququna dair JN-30216018 kodlu dövlət aktına əsasən İddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu Nabran kəndində yerləşən 1.40 ha torpaq sahəsində İddiaçı2 Əyyubovuçin, İddiaçı1, İddiaçı3 Rəsuloviçin, İddiaçı4 Rəsulovanın və Cavabdeh 1/5 hissədə payların naturada ayrılması mümkündür (bölgü sxemi əlavə olunur). Payın ayrılması hansı qayda, ölçü və cizgidə bölgünün olması sxemdə əks olunur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X6 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.2.-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, ekspert və mütəxəssis rəylərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. Torpağa mülkiyyət hüququna dair JN-30216018 kodlu dövlət aktına əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh mülkiyyətində olan Xaçmaz rayonu Nabran kəndində yerləşən 1.40 ha torpaq sahəsində iddiaçılar İddiaçı2 Əyyubovuçin, İddiaçı1, İddiaçı3 Rəsuloviçin, İddiaçı4 Rəsulovanın 1/5 hissədə payları müəyyən edilsin. (sxem əlavə olunur) Torpaq sahələri mütəxəssis rəyinə əlavə olunan torpaq sahəsinin bölgü planına uyğun bölünərək, şərti olaraq “A” hərfi ilə işarələnmiş 0,28 ha torpaq sahəsi İddiaçı1, “B” hərfi ilə işarələnmiş 0,28 ha torpaq sahəsi İddiaçı2, “C” hərfi ilə işarələnmiş 0,28 ha torpaq sahəsi İddiaçı3 və “D” hərfi ilə işarələnmiş 0,28 ha torpaq sahəsi İddiaçı4 ayrıca mülkiyyətinə verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar