Məhkəmə qərarları › İş №2(067)-58/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-58/2021

09.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-58/2021 09.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X6, İddiaçı1 və İddiaçı2 nümayəndəsi X3 iştiraklar ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonunun, Köhnə Xaçmaz kəndində “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2298 A saylı 30219088 kodlu şəhadətnamə əsasında onlara və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus 0.11 ha həyətyanı torpaq sahəsindən onlara çatası iki payın (0.055 ha) naturada bölgüsünün aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddianı onunla əsaslandırmışlar ki, Xaçmaz rayon X4 xx xxxxxx 1998-ci il tarixli 12 nömrəli qərarı ilə Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndi ərazisindən onların və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə 0.11 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hüquqları “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 2298 A saylı 30219088 kodlu şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Hər birinin payı 0.0275 ha təşkil edir. İkisinin birlikdə payı 0.055 ha təşkil edir. Həmin payı naturada bölmək mümkündür. Cavabdehlərə bu barədə təklif etmələrinə baxmayaraq, onlar reyestr xidmətinə gələrək pay bölgüsündən imtina etmişlər. Cavabdehlərin inadkarlığı nəticəsində onlar əmlakları üzərində sərəncam hüquqlarını reallaşdıra bilmirlər. Torpaq sahəsinin küçə istiqamətində olan tərəfində yaşayış evi mövcuddur. Torpaq sahəsinin arxa hissəsində də yol vardır və həmin yoldan digər qonşular da istifadə edirlər. Torpaq sahəsi eninə 2 hissəyə bölünərsə və onların payı arxa hissədən veriləcəyi halda arakəsmə yolu ilə torpağı bölmək mümkündür. Belə bölgü həm onların, həm də cavabdehlərin mənafeyinə uyğundur. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, cavabdehlər payların bölgüsünə razı olmadıqlarına görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və payların bölgüsünün həyata keçirilməsini xahiş etmişdir.İddia ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur. Göstərilənlərə əsasən ekspert rəyi nəzərə alınmaqla payların bölgüsü həyata keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi X7 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlər payların bölgüsünə razı olmadıqlarına görə iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Odur ki, ekspert rəyi nəzərə alınmaqla payların bölgüsü həyata keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı1 və İddiaçı2 nümayəndəsi X3 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı1 Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində xx.xx.1985-ci ildə anadan olmuşdur. Hazırda Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yaşayır. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı2 Xaçmaz rayonunun Şıxlar kəndində xx.xx.1961-ci ildə anadan olmuşdur. Hazırda Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində yaşayır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli çıxarışdan müəyyən olunur ki, Cavabdeh2 Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində xx.xx.1984-cü ildə anadan olmuşdur. İş materiallarından müəyyən olunur ki, Hüquqların “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2298 A saylı 30219088 kodlu şəhadətnamədən İddiaçı2, İddiaçı1, Cavabdeh1 və Cavabdeh2 mülkiyytinə Xaçmaz rayon X4 xx xxxxxx 1998-ci il tarixli 12 nömrəli qərarı ilə Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndi ərazisindən 0.11 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/4009 saylı ekspert rəyindən müəyyən olunur ki, Xaçmaz rayonunun, Köhnə-Xaçmaz kəndində “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2298 A saylı 30219088 kodlu şəhadətnamə əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus0.11 ha həyətyanı torpaq sahəsindən iddiaçılara çatası iki payın (0.055) ha naturada ½ hissədə ayrılması üçün torpaq sahəsinin cənub tərəfindən (yeni tikilmiş evin qarşısından) keçən yol ilə sərhədinin şərq tərəfindən 17,1 metr aralıdan, qərb tərəfindən isə 23,65 metr aralıdan, şərq tərəfindən qərb tərəfə doğru (torpağın daxilinə doğru) 10,65 metr uzunluğunda şimal-qərb tərəfə doğru (yeni tikilmiş evin arxa tərəfinə doğru) 7,25 metr uzunluğunda və qərb tərəfə doğru (yeni tikilmiş evin arxa hissəsində) 10,8 metr uzunluğunda sərhəd hasarı çəkilməlidir. Torpaq sahəsinin ½ hissədə ayrılması qaydası və ölçülərini göstərən sxem rəyə əlavə edilmiş və bölgü sərhədi qırmızı xətlə göstərmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/4009 saylı ekspert rəyindən müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçılar tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 20 (iyirmi) manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X5 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2.-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Qanunvericiliyin tələbinə görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyin tələblərinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. X10 Məhkəməsi "X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Xaçmaz rayonunun, Köhnə-Xaçmaz kəndində “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2298 A saylı 30219088 kodlu şəhadətnamə əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus 0.11 ha həyətyanı torpaq sahəsindən iddiaçılara çatası iki payın (0.055) ha naturada ½ hissədə ayrılması üçün torpaq sahəsinin cənub tərəfindən (yeni tikilmiş evin qarşısından) keçən yol ilə sərhədinin şərq tərəfindən 17,1 metr aralıdan, qərb tərəfindən isə 23,65 metr aralıdan, şərq tərəfindən qərb tərəfə doğru (torpağın daxilinə doğru) 10,65 metr uzunluğunda şimal-qərb tərəfə doğru (yeni tikilmiş evin arxa tərəfinə doğru) 7,25 metr uzunluğunda və qərb tərəfə doğru (yeni tikilmiş evin arxa hissəsində) 10,8 metr uzunluğunda sərhəd hasarı çəkilməklə naturada bölgüsü aparılmalıdır. İddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməli, həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair iddia tələbi təmin edilsin. Xaçmaz rayonunun, Köhnə-Xaçmaz kəndində “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2298 A saylı 30219088 kodlu şəhadətnamə əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus 0.11 ha həyətyanı torpaq sahəsindən iddiaçılara çatası iki payın (0.055) ha naturada ½ hissədə ayrılması üçün torpaq sahəsinin cənub tərəfindən (yeni tikilmiş evin qarşısından) keçən yol ilə sərhədinin şərq tərəfindən 17,1 metr aralıdan, qərb tərəfindən isə 23,65 metr aralıdan, şərq tərəfindən qərb tərəfə doğru (torpağın daxilinə doğru) 10,65 metr uzunluğunda şimal-qərb tərəfə doğru (yeni tikilmiş evin arxa tərəfinə doğru) 7,25 metr uzunluğunda və qərb tərəfə doğru (yeni tikilmiş evin arxa hissəsində) 10,8 metr uzunluğunda sərhəd hasarı çəkilməklə naturada bölgüsü aparılsın. İddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülsün. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar