Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-65/2025 10.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı payın ayrılması və naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq xx.xx.1998-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN-41A saylı, KOD 30220028 nömrəli dövlət aktına əsasən Xaçmaz rayonu, Qoçaqlı kəndində ümumi birgə 0.15 ha fərdi yaşayış təyinatlı torpaq sahəsindən onun payına düşən 0.05 ha torpaq sahəsinin və xx.xx.1998-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair JN-41B saylı, KOD 30220028 nömrəli dövlət aktına əsasən Xaçmaz rayonu, Qoçaqlı kəndində ümumi birgə 0.10 ha fərdi yaşayış təyinatlı torpaq sahəsindən onun payına düşən 0.03 ha torpaq sahəsinin ayrılaraq naturada bölünməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh qardaşıdır. xx.xx.1998-ci il tarixli JNKOD 30220028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Xaçmaz rayonu Qoçaqlı kənd ərazisində ümumi birgə ona, cavabdehə və mərhumə anası X5 0.15 ha torpaq sahəsi verilmiş və həmçinin 1998-ci il tarixli JN-041B KOD 30220028 nömrəli Torpağa mülkiyyət hüququna dair aktına əsasən Xaçmaz rayonu, Qoçaqlı kənd ərazisində ümumi birgə ona, cavabdehə və anası X5 0.10 ha torpaq sahəsi verilmişdir. Birgə mülkiyyətlərinə verilən torpaq sahəsi o, anası və Cavabdeh arasında yəni 3 nəfər arasında bölünməlidir, anası X7 vəfat edib. Cavabdeh könüllü olaraq ona düşən payı vermək istəmir. Öz aralarında könüllü olaraq cavabdeh tərəfindən razılığa gələ bilməmişlər. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, anasından miras qalan 10 sot və 5 sot torpaq sahələrindən ona düşən payı istəyir. Onlar bir bacı, bir qardaşdır. Nazilə anasıdır. Torpaq sənədlərində hamının adları var. O, payını tələb edir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, vəziyyətini, 2 uşağının olmasını nəzərə alınmasını xahiş edir. Anası xx.xx.2000-ci ildə vəfat edib. 1998-ci ildə onlara 10 sot həyətyanı və 5 sot plan sahəsi verilib. Hazırda da torpaq sənədləri onun, anasının və bacısının adınadır. O, anasının yarım hektar yerini bacısına bağışlamışdır, ona görə ki, özünə sosial yardım düzəltmək üçün. Adında torpaq olsa idi, ona sosial yardım verilməyəcəkdir. Bacısının 1 hektar yeri olub, bacısı həmin bir hektar yeri satıb. İndi yenidən pay istəyir. İddianı əsassız sayır, rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-041B saylı 30220028 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 06 saylı qərarı ilə X3, İddiaçı və Cavabdeh mülkiyyətinə 0.10 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-041A saylı 30220028 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli 06 saylı qərarı ilə X3, İddiaçı və Cavabdeh mülkiyyətinə 0.15 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan X2 iştirak edilməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan müəyyən olunur ki, iddiaçı X2 iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. Mediasiya prosesində iştirakı ilə əlaqədar iddiaçı tərəfindən 50 manat rüsum köçürülmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X8 xx.xx.1998-ci il tarixdə, X7 xx.xx.2000-ci ildə ölmüşdür. İş materiallarında olan Xaçmaz rayon Pirqulu oba İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 199 nömrəli arayışından müəyyən olunur ki, X6 1983-cü il tarixdən 2000-ci il tarixədək Xaçmaz rayon Qoçaqlı kəndində yaşamış, həmin kənddə xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır. Oğlu Cavabdeh, qızı İddiaçı. Ölümündən sonra evi və təsərrüfatı Cavabdeh idarə edir. İş materiallarında olan iddiaçıların cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə cavabdehə pretenziya məktubu göndərilmiş, lakin təyin edilən müddətdə cavabdeh öhdəliyi icra etməmişdir. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-41A saylı, Kod 30220028 nömrəli şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu Qoçaqiı kəndində yerləşən 0.15 ha torpaq sahəsindən İddiaçı payına düşən 0.05 ha payın naturada 1/3 hissəsinin ayrılması, (həmin torpaq sahəsinin üzərində hüquqmüəyyənediçi sənədi təqdim olunmayan fərdi yaşayış evi olduğundan) mümkün olmamışdır. 2. Torpağın mülkiyyətə verilməsinə dair JN- 41B saylı, Kod 30220028 nömrəli şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu Qoçaqlı kəndində yerləşən 0.10 ha torpaq sahəsindən İddiaçı payına düşən 0.03 ha payın naturada ayrılması mümkündür. 3. Payın ayrılması hansı qayda, ölçü və cizgidə bölgünün olması sxemdə əks olunur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/9377 nömrəli ekspert rəyindən müəyyən olunur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-41A saylı, KOD30220028 nömrəli şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu, Qoçaqlı kəndi ərazisində yerləşən 0.15 ha torpaq sahəsindən İddiaçı payına düşən 0.05 ha payın naturada 1/3 hissəsinin ayrılması, (həmin torpaq sahəsinin üzərində hüquqmüəyyənedici sənədi təqdim olunmayan fərdi yaşayış evi olduğundan mümkün olmamışdır). Torpağın mülkiyyətə verilməsinə dair JN-41B saylı, KOD30220028 nömrəli şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu, Qoçaqlı kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsindən İddiaçı payına düşən 0.03 ha payın naturada ayrılması mümkündür. Göründüyü kimi mütəxəssis rəyindən və Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən də müəyyən olunmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-41A saylı, KOD30220028 nömrəli şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu, Qoçaqlı kəndi ərazisində yerləşən 0.15 ha torpaq sahəsindən İddiaçı payına düşən 0.05 ha payın naturada 1/3 hissəsinin ayrılması, (həmin torpaq sahəsinin üzərində hüquqmüəyyənedici sənədi təqdim olunmayan fərdi yaşayış evi olduğundan) mümkün olmamışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN-41B saylı, KOD30220028 nömrəli şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu, Qoçaqlı kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsindən İddiaçı payına düşən 0.03 ha payın naturada ayrılması mümkündür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.2.-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, iddia tələbindən kənara çıxmaq yolverilməz olduğundan, məhkəmə iddia ərizəsinə verilmiş iddia tələbinin çərçivəsində baxmalıdır. İddia tələbindən isə görünür ki, iddiaçı payçı olduğu iki torpaq sahəsinin naturada bölünməsini xahiş etmişdir. Həmin torpaq sahələrinin birinin üzərində fərdi yaşayış evi olduğundan, onun bölünməsi mümkün hesab edilməmişdir. Belə olan halda, həmin torpaq sahəsinə münasibətdə iddia tələbi rədd edilməlidir. Digər 0,10 ha ərazisi olan torpaq sahəsi üzərində isə iddiaçının tələbi 0,03 ha ilə bağlıdır. Ekspert rəyinə də uyğun olaraq, sözügedən torpaq sahəsindən natura şəklində 0,03 ha sahənin ayrılması mümkündür. Belə olan halda, iddia bu hissədə təmin olunmalıdır. Məhkəmə tərəflərin izahatlarını, ekspert və mütəxəssis rəylərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin olunsun. Torpağın mülkiyyətə verilməsinə dair JN-41B saylı, KOD30220028 nömrəli şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu, Qoçaqlı kəndində yerləşən 0.10 ha torpaq sahəsindən İddiaçı payı (0.03 ha hissədə) naturada ayrılsın. İddia qalan hissədə təmin edlməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-65/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-65/2025
10.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver