Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-652/2024 27.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə İddiaçı və üçüncü şəxs X15 nümayəndəsi İddiaçı, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh, Üçüncü şəxslər X8, X2, X9 və X22 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mirasdan məcburi pay tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum qaynatasından miras qalmış Xaçmaz rayonu, Qaradağlı kəndindəki 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinə dair ½ nisbətdə pay hüququnun tanınması və cavabdeh tərəfindən evə giriş-çıxışa yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbini onunla əsaslandırılmışlar ki, onun əşyaları qeydiyyatda olduğu Xaçmaz rayonu, Qaradağlı kəndindəki 2 mərtəbəli, 6 otaqlı evdə qalmışdır. Həmin ev qaynatası X16 adınadır. Həmin mənzilə xx.xx.1991-ci ildə gəlin köçmüşdür. Cehiz apardığım əşyalar və sonradan alınan bütün əşyalar həmin evdə olmuşdur. Həmin evə qeydiyyatı vardır. Qaynatası çoxdan vəfat etdiyi üçün gəlin köçəndə qaynatasını görməmişdir. Qaynanası isə 2007-ci ildə vəfat etmişdir. Beləliklə, mərhum qaynatası X10 miras qalmış Xaçmaz rayonu, Qaradağlı kəndindəki 2 mərtəbəli, 6 otaqlı ev miras əmlak kimi həyat yoldaşı X23 və onun qardaşı X24 qalmışdır. Lakin, həyat yoldaşı X23 5 yanvar 2023-cü il tarixdə Rusiya Federasiyasında rəhmətə getmişdir. Həyat yoldaşının qardaşı X37 da rəhmətə getmişdir. Beləliklə, mərhum qaynatası X16 adına olan Xaçmaz rayonu Qaradağlı kəndindəki 2 mərtəbəli, 6 otaqlı ev miras olaraq ona və mərhum ərinin mərhum qardaşı X17 oğlu Cavabdeh miras qalmışdır. Hesab edir ki, miras əmlak onunla, mərhum ərinin mərhum qardaşı X17 oğlu Cavabdeh arasında ½ nisbətində bölünməlidir. Cavabdeh onun həmin evdən istifadə etməyinə və evə gəlib getməyinə imkan vermir. Bu səbəbdən də mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, atası vəfat etmişdir. Məməti Məmmədovun adına çıxarış alınmışdır. Mirasın qəbul faktının təmin olunmaması barədə qətnamə mövcuddur. Əmisi vəfat edəndən sonra iddiaçıya müraciət etmişdir ki, razılığa gəlsinlər. Ona gəlib evdə yaşamasını da bildirmişdir. İddiaçı ondan 5000 manat pul istəmiş, maddi imkanı olmadığından vaxt verməsini istəmiş, lakin iddiaçı razılaşmamışdır. İş üzrə mirasdan pay tələb edəcək digər vərəsələr də var. İddiaçının payına düşən mirasın ona verilməsinə etiraz etmir. Məhkəmə iclasında üçüncü şəxs X30 iddianı qəbul edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxslər X5, X31 və X44 iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində digər üçüncü şəxslər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş üzrə üçüncü şəxs X25 məhkəməyə teleqram göndərərək vərəsəlikdən imtina etdiyini bildirmiş, ona düşən payın İddiaçı verilməsini xahiş etmişdir. İş üzrə üçüncü şəxs X50 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, miras əmlakdan, yəni valideynləri X16 və X11 mülkiyyətindən heç bir pay istəmir. Ona düşən payı Cavabdeh bağışlayır. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə üçüncü şəxs X38 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, miras əmlakdan, yəni valideynləri X16 və X11 mülkiyyətindən heç bir pay istəmir. Ona düşən payı Cavabdeh bağışlayır. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə üçüncü şəxs X45 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, X16 və X11 miras əmlakından pay istəmir. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə üçüncü şəxs X51 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, X16 və X11 miras əmlakından heç bir pay istəmir. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarıını və vəkilin çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -********** qeydiyyat nömrəli, **********43-10301 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Qaradağlı kəndində 0,2463 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X16 daşınmaz əmlakın dövlət reyestrində 96 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquq sahibləri fərdi yaşayış evi üzrə tam olaraq X39, torpaq sahəsi üzrə X32 müəyyən edilmişdir. -A 470081 saylı torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayonu Qaradağlı kəndi ərazisində yerləşən 2463.82 kv.metr torpaq sahəsinə dair X11 adına torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05 dekabr 1997-ci il tarixli 15 saylı qərarı ilə X18 2463.82 kv.metr torpaq sahəsi verilmişdir. X11 adına torpaq sahəsi ilə bağlı kadastr planı tərtib edilmişdir. X68 kitabında xx.xx.2013-cü il tarixdə 18 nömrə ilə uçota alınmışdır. -Ölüm haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X39 xx.xx.1988ci ildə, X32 xx.xx.2007-ci ildə, X23 xx.xx.2023-cü ildə ölmüşdür. -Xaçmaz rayon İHB-nın Hülövlü kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2017-ci il tarixli 385 nömrəli arayışından müəyyən olunur ki, X39 1935-ci ildən xx.xx.1988-ci ilədək Xaçmaz rayonunun Qaradağlı kəndində yaşamış və orada xx.xx.1988-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra evi və təsərrüfatı X33, X40, X26 və X23 idarə etmişdir. -xx.xx.2017-ci il tarixli arxiv arayışından müəyyən olunur ki, Hülövlü kənd XDS İKnin 1986-1990-cı illərə aid Qaradağlı kəndi üzrə 06 saylı təsərrüfatbaşına kitabında mərhum X16 şəxsi mülkiyyətində 1967-ci ildə tikilən yaşayış evi və şəxsi istifadəsində 0.25 ha torpaq sahəsi qeyd olunmuşdur. -DƏDRX-nin X81 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məlumatın təqdim edilməsi barədə məktubundan müəyyən olunur ki, X16 adına xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarış verilmiş, Xaçmaz rayonu Qaradağlı kəndində torpaq sahəsi ümumbirgə olan fərdi yaşayış evi qeydə alınmışdır. -Xaçmaz rayon Qeydiyyat şöbəsinin sorğuya əsasən alınmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və xx.xx.2007-ci ildə vəfat etmiş X11 xx.xx.1961 il təvəllüdlü X34 doğumu aşkar olunmuşdur. 2009-cu ildə vəfat etmiş X46 xx.xx.1986 ildə X4 ilə rəsmi nikaha daxil olmuş və bu evlilikdən xx.xx.1987-ci il təvəllüdlü X52, xx.xx.1989-cu il təvəllüdlü X45 və xx.xx.1992 il təvəllüdlü X41 doğulmuşlar. xx.xx.1954-cü il təvəllüdlü X37 xx.xx.1981-ci ildə X19 ilə rəsmi nikaha daxil olmuş və bu evlilikdən xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh doğulmuşdur. xx.xx.1964-cü il təvəllüdlü X23 xx.xx.1991 il tarixdə X12 ilə rəsmi nikaha daxil olmuş və bu evlilikdən xx.xx.1994-cü il tarixdə X27 doğulmuşdur. Müraciətdə göstərildiyi kimi 2012 ildə vəfat etmiş X47 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onun barəsində heç bir məlumat aşkar olunmamışdır. -Xaçmaz rayonu 1 saylı Notariat X1 ünvanladığı 20 aprel 2021-ci il tarixli 269 nömrəli məktubundan görünür ki, xx.xx.1988-ci il tarixdə Xaçmaz rayonu, Qaradağlı kəndində vəfat etmiş X13 Xaçmaz notariat ofisində miras əmlakına dair vərəsəlik işi açılmışdır. Təqdim olunan sənədlərdən aydın olmuşdur ki, vərəsəlik işi mübahisə xarakteri daşıyır. Bu səbəbdən də vərəsəlik işinin aparılması qeyri-mümkündür. Vərəsəlik işi mübahisəli xarakter daşıdığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. -Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)-4826 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X14 cavabdeh X35 qarşı cavabdeh və onun ailə üzvlərinin Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən yaşayış evindən çıxarılmaları, Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən evə atası Məməti Məmmədovun mülkiyyət hüququnun tanınması, miras kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi haqqında iddia ərizəsi qismən təmin olunmuş, X28 Xaçmaz rayonu Qaradağlı kəndində yerləşən mərhum X20 məxsus olmuş yaşayış evindən çıxarılması qət edilmişdir. -Sumqayıt Apellyasiya məhkəməsinin 31 yanvar 2018-ci il tarixli 2(105)-1643/2018 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, cavabdeh X29 apellyasiya şikayəti təmin edilməmişdir. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)- 4826/2017 saylı qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.1988-ci il tarixdə vəfat etmiş X10 miras qalmış Xaçmaz rayonu, Qaradağlı kəndində ümumi sahəsi 0,2463 ha torpaq sahəsində yerləşən 142,1 kv metr olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. X16 qanun üzrə birinci növbəli vərəsəsi X3 rayon notariat kontoruna müraciət edərək mərhum atasından qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Müraciəti araşdırılarkən müəyyən edilmişdir ki, vərəsəlik işi mübahisə xarakteri daşıyır. Bu səbəbdən də vərəsəlik işinin aparılması qeyri-mümkündür. Vərəsəlik işi mübahisəli xarakter daşıdığından məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. X6 qanun üzrə digər birinci növbəli vərəsəsi olan xx.xx.1991-ci il tarixdə vəfat etmiş oğlu X7 arvadı İddiaçı və övladları X42 və X30 onun vərəsələridir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək həmin evdən 1/2 hissədə payın ayrılmasını və Cavabdeh tərəfindən evə giriş-çıxışa yaradılan maneənin aradan qaldırılmasını xahiş etmişdir. Cavabdeh isə iddianı qismən qəbul edərək iddiaçıya ona düşən hissədə payın ayrılmasına etiraz etməmiş, evə giriş çıxışa maneə yaradılmadığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 fevral 2020ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarına əsasən vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2-ci maddəsinə əsasən övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4-ci maddəsinə əsasən Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5-ci maddəsinə əsasən övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3-ci maddəsinə əsasən üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4-ci maddəsinə əsasən dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5-ci maddəsinə əsasən beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1243.2-ci maddəsinə əsasən maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Məhkəmə, tədqiq olunmuş sübutların nəticəsi olaraq, istinad olunan maddi hüquq normalarının tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun anoloji işlər üzrə gəldiyi hüquqi nəticəyə əsaslanaraq, hesab edir ki, X16 xx.xx.1988-ci il tarixdə ölməsi ilə ona məxsus əmlaka onun qanun üzrə birinci növbəli vərəsəsi olan xx.xx.1991-ci il tarixdə vəfat etmiş oğlu X7 arvadı İddiaçı irsi transmissiya üzrə 1/18 hissə məcburi payı vardır. İddiaçının həmin əmlaka məcburi payı müəyyən edilməli və cavabdeh tərəfindən evə girişçıxışa yaradılan maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1988-ci ildə vəfat edən X10 miras qalmış Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən sahəsi 142,1 kv metr olan 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evindən 1/18 hissədə pay hüququ müəyyən olunsun və Cavabdeh tərəfindən evə giriş-çıxışa yaradılan maneə aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-652/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-652/2024
27.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver