Məhkəmə qərarları › İş №2(067)-656/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-656/2024

24.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-656/2024 24.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı payların müəyyən edilməsi və mirasın bölüşdürülməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı payların müəyyən edilməsi və mirasın bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdehlər arasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabından qeydiyyatdan keçmiş xx.xx.1999-cu il tarixli JN- 0067 KOD 30213088 nömrəli şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Ağaverdioba kəndində yerləşən 0.48 ha kənd təssarüfatlı torpaq sahəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabından qeydiyyatdan keçmiş xx.xx.2002-ci il tarixli JN- 067A KOD 30213088 nömrəli şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Ağaverdioba kəndində yerləşən 0.29 ha fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsi, mərhumə qaynanası X8 miras qalmış mülkə münasibətdə mirasın tərəflərindən qəbul edilməsi faktı müəyyən edilməklə mirasdan paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun yaxın qohumarıdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabından qeydiyyatdan keçmiş xx.xx.1999-cu il tarixli JN-0067 KOD 30213088 nömrəli şəhadətnaməyə əsasən Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.48 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xäçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabından qeydiyyatdan keçmiş xx.xx.2002-ci il tarixli JN-067A KOD 30213088 nömrəli şəhadətnaməyə əsasən Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.29 ha fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsi mərhum qaynanası X11 adına verilmişdir. Mərhum qaynanası X24 X12nun anasıdır. Həmin evdə o və onun ailəsi birgə nikahda olan zaman xx.xx.2014-cü il tarixdə vəfat etmiş X12, övladı X14, X34, X57 və xx.xx.2002-ci il tarixdə vəfat etmiş mərhum qaynanası X4 rayon İcra Hakimiyyəti Xaçmaz rayon Dövlət Arxivinin arayışından göründüyü kimi birgə ancaq öz ailələri yaşamışlar. Hətta 0.48 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən hal-hazırda o, istifadə edir. Mərhum qaynanası olan X11 Xaçmaz rayon Qeydiyyat şöbəsinin arayışından göründüyü kimi iki nikahından 5 övladı var. xx.xx.1953-cü il təvəllüdlü X35, xx.xx.1955-ci il təvəllüdlü xx.xx.2013- cü il tarixdə vəfat etmiş X42, xx.xx.1960-cı il təvəllüdlü xx.xx.2014- cü il tarixdə vəfat etmiş X33, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh1 və xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh2 anadan olmuşdur. Sonuncu nikahda olan X79 ilə xx.xx.1975-ci il tarixdə nikahları pozulmuşdur. O, gəlin köçərkən bu günə qədər mərhum qaynanasından miras qalmış fərdi yaşayış evini və kənd təsərrüfat təyinatlı torpaq sahəsini o, ailəsi ilə birgə idarə edir və arayışlardan da göründüyü kimi mirası o, qəbul etmişdir. Mirası onlar qəbul etmişlər, ümumiyyətlə mərhum qayınanasına o, və ailəsi baxmışdır. Mərhum qayınanasının digər övladları həmin mirasdan istifadə etməyiblər və onlarla birgə yaşamayıblar, ümumiyyətlə həmin torpaq sahələrini və üzərində olan fərdi yaşayış evini o, və onun ailəsi idarə edir və yaşayırlar. Mərhum qayınanasından miras qalmış 0.29 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi və 0.48 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi onunla cavabdehlər arasında bölünməlidir. Həmin torpaq sahələri onun yə öyladlarının istifadəsindədir. Təsərüffatı o, və övladları ailələri ilə birgə istifadə etmişlər. Torpaq sahəsinin üzərində olan tikilidə o, övladlarının ailəsi ilə birgə yaşayır. Digər vərəsələrin bu torpaq sahəsinə və evə heç bir marağı, əməyi və istifadəsi olmayıb. Ümumiyyətlə həmin torpaq sahəsindən istifadə etməyiblər, bir vərəsə kimi mərhum qayınanasına baxmayıblar. Mərhum qayınanasına baxmağı, qulluq etməyi o, etmişdir. Həmin torpaq sahəsinin naturada bölünərək ona düşən torpaq sahəsinin ona verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı 12 mart 2024-cü il tarixdə iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə Xaçmaz rayon məhkəməsinə müraciət edərək, Cavabdeh3 cavabdeh qismində əlavə olunmasını xahiş etmişdir. Həmçinin İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabından qeydiyyatdan keçmiş xx.xx.1999-cu il tarixli JN-0067 KOD 30213088 nömrəli şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Ağaverdioba kəndində yerləşən 0.48 ha kənd təssarüfatlı torpaq sahəsindən pay tələb etmədiyini qeyd etmişdir. Məhkəmə iclaslarında İddiaçı iddia tələbini müdafiə edərək iş üzrə izahatlarında göstərmişdir ki, cavabdehlər qohumlarıdır. 3 uşağı var. Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.29 ha torpaq sahəsi qayınanasına ev tikmək üçün verilmişdir. Həmin torpaq sahəsində ev tikilmiş, o, 3 uşağı, əri və qayınanası həmin evdə yaşamışlar. Qayınanası 03 mart 2002-ci ildə vəfat etmişdir. X12 isə 30 avqust 2014-cü ildə vəfat etmişdir. Əri vəfat edəndən sonra cavabdeh olan oğlu Əmirəlini evləndirmişdir, lakin gəlin onunla yola getməmiş və onu evdən qovmuşlar. Qayınanasının iki nikahdan 5 övladı olmuşdur. O, gəlin köçəndən bu günə qədər hazırda qayınanasından miras qalmış fərdi yaşayış evini və kənd təsərrüfatı təyinatlı torpaq sahəsini idarə edir. 3 oğlu var, onlardan biri xaricdədir, biri hərbiçidir, bir oğlu, yəni cavabdeh Əmirəli həmin evdə ailəsi ilə birgə yaşayır. Qayınanası vəsiyyətnamə ilə evi onun oğlu Əmirəliyə verib. Oğlu Əmirəli isə onu həmin evdən qovmuşdur. O, hazırda hərbidə işləyən oğlunun evində kirayədə yaşayır. O, qaynanasından miras qalmış 0.29 ha həyətyanı torpaq sahəsində mərhum ərim Rəhmanla birgə tikdiyi evi istəyir. Həmin evi 2006-cı ildə əri ilə bilikdə tikmişlər. Ev 0,29 ha torpaq sahəsinin üzərində yerləşir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı anasıdır. Aralarında anlaşılmazlıq olub, o, anasını evdən qovmamışdır. 16 yaşından əlilliyi ilə bağlı pensiya alır. Evi vəsiyyətnamə ilə nənəsi ona vermişdir. Anası onunla ömrünün axırına qədər yaşaya bilər. Anasının onunla birgə yaşamasına etiraz etmir. Aralarında bəzi anlaşılmazlıqlar olub. Hazırda həmin evdə o, ailəsi ilə birgə yaşayır. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, anasından miras qalmış 0.29 ha həyətyanı torpaq sahəsindən və 0.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən öz payına düşən hissələrdən qardaşı oğlu olan Cavabdeh3 xeyrinə imtina edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, mərhum anasından miras qalmış payına düşən torpaq sahələrini istəmir və həmin torpaq sahələrindən Cavabdeh3 xeyrinə imtina edir. O, heç vaxt pay istəməmiş, 10 ildən çoxdur ki, həmin evə getmir. Məhkəmə iclasında müstəqil tələbi irəli sürməyən üçüncü şəxs qismində izahat verən X43 izahatında göstərmişdir ki, atası vəfat etmişdir. İki qardaşı var. Ev və torpaq sahələri nənələrinin olub, o, da vəsiyyətnamə əsasında onları nəvəsi Cavabdeh3 vəsiyyət edib. O, vəsiyyətnamə ilə tanışdır. Şakir əmisidir, o, da vəfat edib. O, vərəsə kimi özünə düşən payından iddiaçı Düriyyənin xeyrinə imtina edir. Məhkəmə tərəflərin izahatlarını dinəyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İŞ MATERİALLARİNDA OLAN VƏ MƏHKƏMƏ BAXİŞİNDA TƏDQİQ EDİLMİŞ: İV-ЖГ seriyalı 326436 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X33 ilə X58 29 yanvar 1960-cı il tarixdə 28 № ilə rəsmi nikah qeydə alınmışdır. Nikaha daxil olarkən X58 ərinin soyadına uyğun “Xanəliyeva” soyadını qəbul etmişdir. AZ_İİ seriyalı 394446 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X24 03 mart 2002-ci ildə vəfat etmişdir. AZ-İ seriyalı, 706781 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X33 30 avqust 2014-cü ildə vəfat etmişdir. X11 01 mart 1994-cü il tarixli vəsiyyətnaməsinin surətindən müəyyən olunur ki, X24 özünə məxsus Xaçmaz rayonu, Ağaverdioba kəndində yerləşən fərdi yaşayış evini ölümündən sonra nəvəsi Cavabdeh3 vəsiyyət etmişdir. JN 0067 seriyalı kod nömrəsi 30213088 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktınının surətindən müəyyən olunur ki, X11 mülkiyyətinə Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.48 ha torpaq sahəsi verilmişdir. JN-067A kodu 30213088 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, 27 noyabr 1998-ci il tarixli Aqrar İslahat Komissiyasının 12 saylı qərarına əsasən X11 paylı mülkiyyətinə Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.29 ha torpaq sahəsi verilmişdir. Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz rayon Dövlət Arxivinin 22 noyabr 2023-cü il tarixli, 348-18RA/2-X983-14/23 saylı arxiv arayışından müəyyən olunur ki, Azərbaycan Respublikası Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Qusarçay kənd İƏV nümayəndəliyinin 1991-1995-ci illərə aid Ağaverdioba kəndi üzrə 01 saylı təsərrüfat başına kitabında mərhum X24 təsərrüfat başçısı olub, təsərrüfatın şəxsi mülkiyyətində 1953-cü ildə tikilən ev, şəxsi istifadəsində cəmi torpaq 0.25 ha, kolluqların, tikililərin və s. altında 0.002 ha qeyd olunmuşdur. Təsərrüfatın üzvləri – X63 - oğlu, İddiaçı - gəlini, X59 – nəvəsi, X15 – nəvəsi, Cavabdeh3 – nəvəsi. Xaçmaz rayonu Qusarçay kəndi İƏD üzrə nümayəndəsinin 24 avqust 2023-cü il tarixli 622 nömrəli arayışının surətindən müəyyən olunur ki, X33 1960 ildən 2014-cü ilədək Xaçmaz rayonu, Ağaverdioba kəndində yaşamış, orada da 30 avqust 2014-cü il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır: həyat yoldaşı – İddiaçı, oğlu – X59, oğlu - X15, oğlu – Cavabdeh3. İş materiallarında olan Xaçmaz rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, X9 əri X79 xx.xx.1975-ci ildə, oğlanları X35 xx.xx.2017-ci ildə, X42 xx.xx.2013-cü ildə, X33 xx.xx.2014-cü ildə vəfat etmişlər. Cavabdeh2 Xaçmaz rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, xx.xx.2002-ci ildə vəfat etmiş anası X11 ölümündən sonra mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmiş, etmək fikrində deyildir. Cavabdeh1 Xaçmaz rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, xx.xx.2002-ci ildə vəfat etmiş anası X11 ölümündən sonra mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə nə ərizə verməklə, nə də əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmiş, etmək fikrində deyildir. X19 Xaçmaz rayon Məhkəməsinə ünvanladığı 04 aprel 2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, X8 miras qalan payından İddiaçı xeyrinə imtina etmişdir. X25 Xaçmaz rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, o, ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsindən öz payına düşən Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən torpaq sahəsindən o, əmisi arvadı İddiaçı xeyrinə imtina etmişdir. X26 Xaçmaz rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, o, ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsindən öz payına düşən Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən torpaq sahəsindən o, əmisi arvadı İddiaçı xeyrinə imtina etmişdir. İddiaçı Xaçmaz rayon Məhkəməsinə ünvanladığı 29 mart 2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, X16 məxsus Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.48 ha torpaq sahəsində özünə düşən payından imtina etmişdir. X6 Xaçmaz rayon Məhkəməsinə ünvanladığı 29 mart 2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, X16 məxsus Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.48 ha torpaq sahəsindən özünə düşən payından imtina etmişdir. X36 Xaçmaz rayon Məhkəməsinə ünvanladığı 29 mart 2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, X16 məxsus Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.48 ha torpaq sahəsində özünə düşən payından imtina etmişdir. Cavabdeh1 Xaçmaz rayon Məhkəməsinə ünvanladığı 04 aprel 2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, özünə düşən miras paydan Cavabdeh3 xeyrinə imtina etmişdir. Cavabdeh2 Xaçmaz rayon Məhkəməsinə ünvanladığı 04 aprel 2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, özünə düşən miras paydan Cavabdeh3 xeyrinə imtina etmişdir. X19 Xaçmaz rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, özünə düşən miras paydan İddiaçı xeyrinə imtina etmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 135.4.-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir Həmin Məcəllənin 1134.2.-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsindən görünür ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1.-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2.-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1202.1.-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Həmin Məcəllənin 1202.2.-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Həmin Məcəllənin 1243.1. ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1253.1.-ci maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Həmin Məcəllənin 1253.2.-ci maddəsinə əsasən əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş və mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir MƏHKƏMƏNİN GƏLDİYİ NƏTİCƏ: Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, X24 03 mart 2002-ci ildə vəfat etmiş və həmin tarixdə miras açılmışdır. X8 miras qalmış əmlaklar, yəni miras kütləsi –xx.xx.2024-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən tam mülkiyyətində olan Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən fərdi yaşayış evindən, xx.xx.2002-ci il tarixli JN-067A seriyalı kod nömrəsi 30213088 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətində olan Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.29 ha fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsindən və JN 0067 seriyalı kod nömrəsi 30213088 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən mülkiyyətində olan Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.48 ha torpaq sahəsindən ibarət olmuşdur. İş materiallarında olan X24 tərəfindən verilmiş 01 mart 1994-cü il tarixli vəsiyyətnamənin surətindən müəyyən olunur ki, X24 özünə məxsus Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən fərdi yaşayış evini nəvəsi Cavabdeh3 vəsiyyət etmişdir. X11 03 mart 2002-ci ildə vəfat etməsi ilə miras açılmış, eyni zamanda X24 tərəfindən verilmiş 01 mart 1994-cü il tarixli vəsiyyətnamə qüvvəyə minmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, miras qoyan X11 vəsiyyət üzrə vərəsəsi – nəvəsi Cavabdeh3, qanun üzrə birinci növbəli vərəsələri isə uşaqları - X33, X44, X37, Cavabdeh1 və Cavabdeh2 olmuşlar. Belə olan halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən 01 mart 1994-cü il tarixli vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, X11 birinci növbəli vərəsələrinin miras əmlakda məcburi payları yaranmışdır. Məhkəmə iclasında İddiaçı əri X63 ilə birlikdə tikdiyi evdən pay istədiyini bildirmiş, lakin həmin evin mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd (hüquqmüəyyən edici) məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən evdən vərəsəlik üzrə payının müəyyən edilməsi mümkün deyildir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz rayon Dövlət Arxivinin 22 noyabr 2023-cü il tarixli, 348-18RA/2-X983-14/23 saylı arxiv arayışından müəyyən olunur ki, Azərbaycan Respublikası Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Qusarçay kənd İƏV nümayəndəliyinin 1991-1995-ci illərə aid Ağaverdioba kəndi üzrə 01 saylı təsərrüfat başına kitabında mərhum X24 təsərrüfat başçısı olub, təsərrüfatın şəxsi mülkiyyətində 1953-cü ildə tikilən ev, şəxsi istifadəsində cəmi torpaq 0.25 ha, kolluqların, tikililərin və s. altında 0.002 ha qeyd olunmuşdur. Təsərrüfatın üzvləri onun X33, gəlini İddiaçı, nəvələri X59, X15 və Cavabdeh3 olmuşlar. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, miras qoyan X24 03 mart 2002-ci ildə vəfat edərkən miras qalmış evdə onun oğlu X33, sonuncunun arvadı İddiaçı və uşaqları X59, X15 və Cavabdeh3 yaşamışlar. Cavabdeh3 miras evdə yaşamaqla vəsiyyət üzrə mirası faktiki olaraq qəbul etmişdir. X11 birinci növbəli vərəsələrindən oğlu X33 miras qalmış evdə yaşamaqla və miras qalmış həyətyanı və pay torpaq sahələrindən faktiki istifadə etməklə, mirasdan məcburi payını qəbul etmişdir. Digər birinci növbəli vərəsələr X44, X37, Cavabdeh1 və Cavabdeh2 isə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməməklə mirası qəbul etmişlər. X11 birinci növbəli vərəsələrindən X42 06 oktyabr 2013-cü ildə, X33 30 avqust 2014-cü ildə və X35 19 iyul 2017-ci ildə vəfat etmişlər. X20 vəfatından sonra onun birinci növbəli vərəsəsi oğlu X45r. X8 X27 çatası mirasdan pay tələb etmək hüququ vərədəlik qaydasında sonuncunun birinci növbəli vərəsəsi olan X3. X13 vəfatından sonra onun birinci növbəli vərəsələri - arvadı olan İddiaçı, uşaqları X59, X15 və Cavabdeh3dur. X8 X21 çatası mirasdan pay tələb etmək hüququ vərəsəlik qaydasında sonuncunun birinci növbəli vərəsələri olan İddiaçı, uşaqları X47, X10 və Cavabdeh3 keçmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 aprel 2014-cü il tarixli qərarı). X17 vəfatından sonra onun birinci növbəli vərəsələri - oğlanları X52, X48 və X38r. X8 X22 çatası mirasdan pay tələb etmək hüququ vərəsəlik qaydasında sonuncunun birinci növbəli vərəsələri olan X39, X28 və X2. İddiaçı X12nun vəfatından sonra miras qalmış əmlak - xx.xx.2002-ci il tarixli JN 067A seriyalı kod nömrəsi 30213088 olan şəhadətnaməyə əsasən X11 mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.29 ha torpaq sahəsindən qanun üzrə vərəsəlik qaydasında ona çatan 1/10 hissədə payından, JN 0067 seriyalı kod nömrəsi 30213088 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X11 mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.48 ha torpaq sahəsindən qanun üzrə vərəsəlik qaydasında ona çatan 1/10 hissədə payından ibarət olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 aprel 2014-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin “bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarını əsas tutaraq hesab edir ki, X33 30 avqust 2014-cü ildə məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyündən onun məcburi pay tələb etmək hüququ onun birinci növbəli vərəsələri – arvadı olan İddiaçı, uşaqları X59, X15 və Cavabdeh3 keçmişdir. Belə olan halda birinci növbəli vərəsələri – arvadı olan İddiaçı xx.xx.2002-ci il tarixli JN 067A seriyalı kod nömrəsi 30213088 olan şəhadətnaməyə əsasən X11 mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.29 ha fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsindən 1/40 hissədə və JN 0067 seriyalı kod nömrəsi 30213088 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X11 mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.48 ha torpaq sahəsindən 1/40 hissədə məcburi pay almaq hüququ vardır. Lakin İddiaçı 29 mart 2024-cü il tarixli ərizəsi ilə 0.48 ha torpaq sahəsindən ona düşən məcburi paydan imtina etmişdir. Bundan başqa X24 01 mart 1994-cü il tarixli vəsiyyətnamə ilə xx.xx.2024-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən tam mülkiyyətində olan Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən fərdi yaşayış evini Cavabdeh3 vəsiyyət etdiyinə görə, həmin evin 39/40 hissəsinə Cavabdeh3 vəsiyyət üzrə vərəsəlik qaydasında payı vardır. Məhkəmə araşdırması zamanı X5 Badyacamal Əlibəy qızından miras qalan payından İddiaçı xeyrinə, X53 ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsindən öz payına düşən Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən torpaq sahəsindən İddiaçı xeyrinə, X54 ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsindən öz payına düşən Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən torpaq sahəsindən İddiaçı xeyrinə imtina etmişlər. Cavabdeh1 və Cavabdeh2 özlərinə düşən miras paydan Cavabdeh3 xeyrinə imtina etmişlər. X1 və X7 Badyacamal Əlibəy qızına məxsus Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.48 ha torpaq sahəsində özlərinə düşən paydan imtina etmişlər. X20 birinci növbəli vərəsəsi X60 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, dəfələrlə məhkəmə iclaslarına dəvət edilməsinə baxmayaraq, heç bir məhkəmə iclasına gəlməmiş, həmçinin özünə düşən paydan hər hansı bir vərəsənin xeyrinə imtina etməsi barədə ərizəsini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1202.1-ci maddəsindən görünür ki, məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2002-ci il tarixli JN 067A seriyalı kod nömrəsi 30213088 olan şəhadətnaməyə əsasən X11 mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.29 ha torpaq sahəsindən və üzərində olan fərdi yaşayış evindən 1/40 hissədə İddiaçı, 39/40 hissədə isə Cavabdeh3 payları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İddia tələbindən göründüyü kimi, iddiaçı ödənilmiş dövlət rüsumunu cavabdehdən tələb etməmişdir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2002-ci il tarixli JN 067A seriyalı kod nömrəsi 30213088 olan şəhadətnaməyə əsasən X11 mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən 0.29 ha torpaq sahəsindən və üzərində olan fərdi yaşayış evindən 1/40 hissədə İddiaçı, 39/40 hissədə isə Cavabdeh3 payları müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA İddiaçı, X18, X23, X29 və X30 hər birinə 1/12 hissəsi JN-2693 saylı, 30209018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən 0.41 ha torpaq sahəsində X29, X30, X41 və İddiaçı payları hər birinə məxsus olan 1/6 hissəyə və qanun üzrə vərəsəlik qaydasında hər birinə çatası 1/12 hissəyə müəyyən edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar