Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-662/2020 19.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, iddiaçı X1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququnun müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində, Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********19 reyestr nömrəli Çıxarışa əsasən onun və ailəsinin digər üzvlərinin xüsusi mülkiyyətində Xaçmaz rayon, Gödəkli kəndi ərazisində 1,4335 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə cavabdehlərə məxsus torpaq sahələrindən piyada və avtomobillə keçidin müəyyən edilməsi üçün servitut təyin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********19 reyestr nömrəli Çıxarışa əsasən onun və ailəsinin digər üzvlərinin xüsusi mülkiyyətində Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində 1,4335 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi hazırda mülkiyyətlərində olsa da, torpaq sahəsindən faktiki olaraq təyinatına görə istifadə edə, yəni əkib-becərə bilmirlər. Qeyd olunan torpaq sahəsinə hazırda gediş-gəliş yolu mövcud deyildir. Cavabdehlərə məxsus torpaq sahələri qonşuluqda yerləşir və həmin torpaq sahələrindən yol veriləcəyi halda onlar öz torpaq sahələrinə gedib-gələ və texnika saldıra bilərlər ki, həmin ərazidə lazımi işlər görə bilsinlər. Bununla əlaqədar cavabdehlərə müvafiq müqavilə bağlamağı təklif etsələr də, cavabdehlər müxtəlif bəhanələr gətirərək, müqavilə bağlamaqdan imtina etmişlər. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 10/2831 saylı ekspert rəyinə etirazı, rəylə bağlı vəsatəti olmadığını bildirərək, iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, o, öz torpaq sahəsindən istifadə edir və iddiaçının onun torpaq sahəsindən yol kimi istifadə etməsinə razı deyildir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 10/2831 saylı ekspert rəyinə etirazı, rəylə bağlı vəsatəti yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********19 reyestr nömrəli Çıxarışdan müəyyən olunur ki, İddiaçı və ailənin digər üzvlərinin xüsusi mülkiyyətində Xaçmaz rayon, Gödəkli kəndi ərazisində 1,4335 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 10/2831 saylı ekspert rəyindən müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********19 reyestr nömrəli Çıxarışa əsasən onun və ailəsinin digər üzvlərinin xüsusi mülkiyyətində olan Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən İddiaçı və ailənin digər üzvlərinin xüsusi mülkiyyətində olan 1,4335 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə piyada keçid yolu və avtomobil keçid yolu mövcud deyildir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus olan torpaq sahəsindən piyada və avtomobillə keçid yolu müəyyən edilmədən iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********19 reyestr nömrəli Çıxarışa əsasən onun və ailəsinin digər üzvlərinin xüsusi mülkiyyətində olan Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən İddiaçı və ailənin digər üzvlərinin xüsusi mülkiyyətində olan 1,4335 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçının və ailə üzvlərinin istifadə etmələri mümkün deyil. Torpaq sahələrinin sənəd üzrə və faktiki yerləşmə vəziyyətini göstərən sxemdən görünür ki, iddiaçının və cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahələri ilə sənəd üzrə onların mülkiyyətinə (istifadəsinə) verilmiş torpaq sahələrinin yerləşmə yeri və konfiqurasiyaları arasında uyğunsuzluq var. Bu səbəbdən də, İddiaçı və digər ailə üzvlərinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, **********19 reyestr nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyətində olan Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən 1,4335 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçının və ailə üzvlərinin təyinatı üzrə istifadə edə bilmələri üçün həmin torpaq sahəsinə hər hansı bir istiqamətdən piyada və avtomobillə keçid yolunun müəyyən olunması mümkün olmamışdır. Ekspertiza xərclərinə dair bildirişdən müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ödəniş qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar İddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Servitut alğısatqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir. Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. Servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar hazırki mübahisə üzrə torpağa mülkiyyət hüququna dair paylı mülkiyyətində olan torpaq sahəsinin hər hansı bir hissəsindən cavabdehin qanunsuz və əsassız olaraq istifadə etməsini sübutetmə yükü iddiaçının üzərinə, bunun əksinə sübutetmə yükü isə cavabdehin üzərinə düşür.. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ekspert rəyinə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində də olan torpaq sahəsinə cavabdehlərə məxsus torpaq sahəsindən hər hansı bir istiqamətdən piyada və avtomobillə keçid yolunun müəyyən edilməsi mümkün olmadığından iddia tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddia əsassız hesab edilərək təmin olunmamalıdır. Eyni zamanda iddia tələbi təmin edilmədiyindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul iddiaçı İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SFİFT BİK CTREAZ22 Hesab № AZ34CTRE******************** hesabına köçürülməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul iddiaçı İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SFİFT BİK CTREAZ22 Hesab № AZ34CTRE******************** hesabına köçürülsün. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-662/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-662/2020
19.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver