Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-678/2022 28.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evinin hissəsi üzərində mülkiyyət hüququnun müəyyən edilməsi, vərəsələr sırasına daxil edilməsi, nikah müddətində əldə edilmiş əmlakın və 2713,66 manat pulun tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, faktiki olaraq mərhum əri X5 ilə birgə nikah dövründə əldə etdiyi, Xaçmaz şəhəri, Qələbə küçəsi 17 ünvanda yerləşən yaşayış evinin ¾ hissəsi üzərində onun və oğlu Şixanov Cəsurun mülkiyyət hüquqlarının müəyyən edilməsinə, onun və oğlu Şixanov Cəsurun mərhum əri Şixanov Tərlanın birinci növbədə vərəsələri sırasına daxil edilməsinə, mərhum əri ilə birgə nikahda yaşadığı müddətdə əldə etdiyi, iddia ərizəsində qeyd edilmiş məişət əşyalarının ¾ hissəsinin və ya onun dəyərinin cavabdehlərdən alınıb ona qaytarılmasına, mərhum ərinə verilmiş məzuniyyət müavinətinin və işdən tərxis olunmaya görə verilmiş cəmi 2713,66 manat pulun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2014-cü ilin oktyabr ayının 17-də Xaçmaz rayonunun Qədəşoba kənd sakini, cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 oğlu X5 ilə, nikahlarını rəsmi qaydada qeyd etdirərək, evlənmişdirlər. Həmin nikahdan onların 03 fevral 2016-cı il tarixində Şixanov Cəsur adlı bir oğlu anadan olmuşdur. Əri 21 iyul 2019-cu ildə vəfat etmişdir. Onlar evlənəndən sonra mərhum əri ilə 3 il ərzində Qədəşoba kəndində ərinin valideynlərinin evində yaşamışdır. Evlənəndən iki il sonra ünvan 2 ünvanda yerləşən birmərtəbəli, ümumi sahəsi təxminən 80 kv. metr olan, 3 otaqlı yaşayış evini 10000 manata satın almışdırlar. Həmin evə bir ildən sonra köçmüşdürlər. Ev ərinin Kapitalbankın Xaçmaz filialından aldığı 5000 manat və mərhum ərinin əmək haqqın hesabıa almışdırlar. Həmçinin evin dəyərinin ödənilməsi torpaq sahəsində (mərhum əri ilə onun ailə üzvlərinin birgə mülkiyyətində olan) salınmış bağın ərinə aid hissəsinə uyğun bağdan götürdükləri gələrin hesabına ödənilib. Lakin faktiki olaraq onların tərəfindən dəyəri ödənilmiş ev, ərinə xəbərdarlıq etmədən, Cavabdeh1, ərinin kredit aldığı pulla Xaçmaz şəhərinə gedərək öz adından evin mülkiyyətçisi ilə alqı-satqı müqaviləsini bağlamışdır. Sonradan onlara məlum olmuşdur ki, Cavabdeh1 həmin hərəkəti digər cavabdeh, arvadı Cavabdeh2la məsləhət edərək etmişdir. Əri cavabdehlərin həmin hərəkətindən narazı qalmış və onların arasında kəskin mübahisələr olmuşdur. Lakin cavbdehlər evi bağışlamaqla ərimin adna keçirməyi vəd etmişdirlər. Əri vəfat edəndən sonra o, faktiki olaraq həmin evdə cavabdehlər tərəfindən çıxarılmışdır. Yaşayış evini əri ilə birgə əldə etmişdir. Həmin hüquq normalarına görə hesab edir ki, evin yarısı ona məxsusdur və qalan yarısı onların, ərinin birinci növbədə vərəsələrin onun, oğlunun və cavabdehlərin arasında bərabər bölünməlidir. Göstərilənlərə əsasən evin ¾ hissəsi ona və oğluna məxsus olmalıdır. Azərbaycan Respublikasında torpaq islahatı keçiriləndə Xaçmaz rayonunun Qədəşoba kəndi ərazisində mərhum ərinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, həmçinin cavabdehlərin digər uşaqları Şixanov Saməddin, Şixanov Mənsur, Şixanov Tərlan və Şixanov Nurlanın birgə mülkiyyətlərinə JN-173 kod 30214068 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən 2,14 hektar torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin 1/6 hissəsi, yəni 0,36 ha torpaq sahəsi, mərhum ərinə məxsus idi. O, vəfat edəndən sonra onun 4 nəfər birinci növbədə vərəsəsi o, oğlu Şixanov və cavabdehlər qalmışdır. Əri vəfat edəndən sonra 6 ay ərzində torpaq sahəsindən birgə istifadə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsində nəzərdə tutulmuş qaydada o mərhum ərinin torpaq sahəsində olan payını nəzərdə tutaraq torpaq sahəsinə sahiblik və ondan istifadə etməklə mirası qəbul etmişdir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən onun Xaçmaz şərində faktiki olaraq əri ilə birgə satın aldığı yaşayış evindən məhrum edildiyinə görə daha Xaçmaz şəhərində və Qədəşoba kəndində yaşaya bilməmişdir. O faktiki olaraq ərindən qalmış mirası qəbul etmişdir. Əri ilə nikah müddətində aşağıda sadalanan əmlakı əldə etmişdir: ümumi dəyəri 400 manat olan televizor və televizoraltı, 250 manat dəyərində İran istehsalı olan qazdığıcı qaz peçi, 350 manat dəyərində soyuducu, 150 manat dəyərində paltaryuyan maşın, 300 manat dəyərində mətbəx mebeli, əmlakın ümumi dəyəri 1450 manatdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin yuxarıda qeyd edilən hüquq normalarına görə qeyd edilən əmlakın yarısı ona, digər yarısı mərhum ərinin birinci növbədə vərəsələri olduğuna görə ona, uşlarına və cavabdehlərə məxsusdur. Göstərilən əmlakın ¾ hissəsi cavabdehlər tərəfindən ona qaytarılmalıdır. Cavabdehlər tərəfindən ona qarşı onun mərhum əri ilə birgə aldığları evlərindən məhrum edilməyi ilə, miras əmlakın qəbul etməyinə maneçilik törətmələri ilə əlaqədar onun tərəfindən Azərbaycan Respublikasının Prezidentinə etdiyi yazılı müracəti Xaçmaz rayon polis şöbəsində araşdırılmış, Cavabdeh1 tərəfindən verilmiş izahatda yuxarıda iddia ərizəsində qeyd edilmiş hallar onun tərəfindən də təsdiq edilmişdir. Lakin ona aparılmış araşdırmanın materialları verməkdən polis şöbəsində imtina edilmiş, yalnız məhkəmə tərəfində tələb edilsə həmin materialın məhkəməyə təqdim ediləcəyi bildirilmişdir. Hətta cavabdehlər mərhum ərinin və onun etibarından sui-istifadə edərək mərhum ərinin 828,66 manat məzuniyyət müavinətini, işdən tərxis olunmaya görə verilmiş 1885 pulu (cəmi 2713,66 manat) da mənimsəmişdir. İddia ərizəsində qeyd edilən hallar Xaçmaz rayon polis şöbəsində aparılmış araşdırmanın materialları, iddia ərizəsinə əlavə etdiyi sənədlər və vəsatətiylə məhkəmə qaydasında tələb edilməsi xahiş etdiyi sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, xx.xx.2014-cü ildə cavabdehlərin oğlu X6 ilə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan xx.xx.2016-cı ildə Cəsur adlı uşağları anadan olub. xx.xx.2019-cu ildə əri vəfat edib. Əri vəfat edəndən sonra cavabdehlər onu uşağı ilə birlikdə evdən qovublar. O 2014-cü ildə evlənərkən ərinin valideynlərinin Xaçmaz rayonunun Qadaş-oba kəndindəki evinə gəlin köçmüşdür. Onlar evlənəndən 2 il sonra əri bankdan kredit alıb onlar üçün ünvan 3 ünvanda ev almışdı. Həmin evi satan şəxslə əri evin qiymətini 10000 manata razılaşmışdılar və həmin pulun 5000 manatını ilkin ödəniş kimi, qalan 5000 manat pulu da sonra verməli olmuşlar. Bu məqsədlə əri bankdan pul alıb evə gəldi və pulları evə qoymuşdur ki, sonradan gedib evin sahibinə pulları verib evi öz adına rəsmiləşdirəcək, amma atası ondan əvvəl pulları alıb aparıb evin sahibinə verib və onunla evin alqı-satqısı müqaviləsini bağlayaraq, evi öz adına rəsmiləşdirib. Əri atasından bunun səbəbini soruşanda o, dedi ki, evi öz adına keçirib və onlara hədiyyə edəcək. Lakin əri öləndən sonra atası ona demişdir ki, ev sizin deyil. Ona görə ünvan 3 ünvanda yerləşən evin ¾ hissəsi üzərində onun və oğlunun mülkiyyət hüquqlarımızın müəyyən edilməsini xahiş edir. Bundan başqa Xaçmaz rayonunun Qadaş-oba kəndində ailə üzvləri ilə birlikdə ərinin paylı mülkiyyətinə cəmi 2,14 ha pay torpaq sahəsi verilib, həmin torpaqdan ərinin payı 0,36 ha təşkil edir. Torpaq sahəsindən onunla oğluna da pay düşür. Əri vəfat edəndən sonra 6 ay ərzində torpaq sahəsindən birgə istifadə etmişlər və bununla o mirası qəbul etmişdir. Cavabdehlər satın aldıqları evdən onu qovduqlarına görə o Xaçmaz rayonunun Qadaşoba kəndindəki evdə də yaşaya bilməmişdir. Həmçinin əriylə birgə nikahda olduqları müddətdə ümumi dəyəri 400 manat olan televizor və televizoraltı, 250 manat dəyərində İran istehsalı olan qızdırıcı qaz sobası, 350 manat dəyərində soyuducu, 150 manat dəyərində paltaryuyan maşın, 300 manat dəyərində mətbəx mebeli, cəmi 1450 manat dəyərində əmlaklar əldə etmişlər. Həmin əşyalar satın aldıqları evdə olub. O oradan çıxandan sonra yalnız cehiz əmlaklarını almışdır, qeyd etdiyi əmlaklarını isə cavabdehlər vermirlər. Həmin əmlakların ¾ hissəsini və ya onların dəyərini tələb edir. Bundan başqa cavabdehlər mərhum ərinin etibarından sui-istifadə edib onun 828,66 manat məzuniyyət müavinətini, işdən tərxis olunmağa görə verilən 1885 manat pulu da mənimsəyiblər. Həmin pulları da tələb edir. Əri vəfat edəndən sonra vərəsəliyin qəbulu ilə bağlı notariat kontoruna şifahi qaydada müraciət etmişdir, lakin ona notarius dedi ki, digər vərəsələr də gəlib razılıq ərizələrini versələr, ona ərinin vərəsəsi kimi vərəsəlik haqqında şəhadətnamə veriləcək, ona görə də ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Əri ilə satın aldığı evdə yaşayarkən tələb etdiyi əmlakları almışlar. ərinin kartı atasında olub, ona görə o, ərinin xəstəliyindən istifadə edərək, 828,66 manat məzuniyyət müavinətini və işdən tərxis olunmağa görə verilən 1885 manat pulu ondan xəbərsiz alıb. O cəmi 2 həftəlik atasının evinə getmişdir, qalan vaxtlarda əri ilə birlikdə qalmışdır və ona o qulluq göstərmişdir. Tələb etdiyi əmlakların pulunu əri xəstə olduğuna görə atasına vermişdir, o, da gedib almışdır. Evi ərinin pulu ilə özləri üçün almışdırlar. O qaynatası onları evdən çıxarana qədər orada yaşamışdır. Ərinin əməliyyat olunması üçün pulları atası verməyib, əmiləri, digər qohumlar veriblər. Qaynatası oğlunu müalicə etdirməyib, çünki onun müalicəsi mümkün deyildi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı yalan deyir. ünvan 3 ünvanda yerləşən evi o satın almışdır. Evə görə 3500 manat ilkin ödəniş etmişdir, qalan pulu da xurma bağının məhsulunu satıb ödəmiş və evi öz adına rəsmiləşdirmişdir. Oğlunun bankdan aldığı kredit isə onun özünün müalicəsinə xərclənib. O iddiaçını evdən qovmamışdır, onun kənddəki evinə gəlib yaşamasına etiraz etmir. Oğlu vəfat edəndən sonra vərəsəliyin qəbulu ilə bağlı notariat kontoruna müraciət etməmişdir, ona görə ki, onun adına əmlak olmayıb, təkcə pay torpağı var ki, oradan də o istifadə edir. İddiaçı özünə məxsus bütün əşyalarını götürüb və bu barədə akt da tərtib olunub. Həmin aktda o, heç bir iddiası olmadığını qeyd edib. ünvan 3 ünvanda yerləşən evdə oğluyla iddiaçı 3 ay yaşayıblar. Oğlu xəstə halda ona demişdi ki, “ata mənim ömrümə 5-6 ay qalıb, icazə ver gedib heç olmazsa 3 ay Qələbə küçəsi 17 ünvandakı evdə yaşayım, bəlkə özümə gələrəm”. O da oğlunun xahişinə görə onu ailəsi ilə birlikdə həmin evdə yaşamağa buraxmışdır. İddiaçı əmlaklarını ünvan 3 ünvanda yerləşən evdən aparıb. İddiaçının tələb etdiyi əşyalar ona məxsusdur. O evi alanda orada mətbəx mebeli, paltaryuyan, stullar var idi, o əlavə olaraq onlara görə də ev sahibinə pul ödəyib, onları almış. 2700 manat pul oğlunun müalicəsinə sərf olunub. Krediti oğlu Tərlan alıb, amma həmin pul onun müalicəsinə sərf olunub. Ev onundur. O nəvəsi, yəni iddiaçının övladı 18 yaşına çatana qədər həm evi, həm 0,36 ha torpaq sahəsini onun üçün qoruyub saxlayacaq, uşağın 18 yaşı tamam olan kimi əmlakları ona verəcək. Hazırda iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, ünvan 3 ünvanda yerləşən evi əri satın alıb. O, evə görə 3500 manat ilkin ödəniş edib, qalan pulu da xurma bağlarının məhsulunu satıb ödəyib və evi öz adına rəsmiləşdirib. Oğlunun bankdan aldığı kredit isə onun özünün müalicəsinə xərclənib. Onlat iddiaçını evdən qovmayıb, onun kənddəki evinə gəlib yaşamasına etiraz etmirlər. O, özü atasını da çağırıb və əmlaklarını alıb çıxıb gedib, bu barədə akt da tərtib olunub. İddiaçı ötən müddətdə uşağı onlara göstərmir. Oğlu vəfat edəndən sonra vərəsəliyin qəbulu ilə bağlı notariat kontoruna müraciət etməmişlər. Ona görə ki, onun adına əmlak olmayıb, pay torpağı var və oradan onlar istifadə edirlər. ünvan 3 ünvanda yerləşən evdə oğluyla iddiaçı 3 ay yaşayıblar. İddiaçı əmlaklarını ünvan 3 ünvanda yerləşən evdən aparıb. İddiaçının tələb etdiyi əşyalar onlara məxsusdur. 2700 manat pul oğlunun müalicəsinə sərf olunub. Krediti oğlu Tərlan alıb, amma həmin pul onun müalicəsinə sərf olunub. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil bildirmişdir ki, iddiaçı iddia tələbi ilə bağlı heç bir mötəbər sübut təqdim edə bilmədi. Ev Cavabdeh1 adına alınıb və həmin vaxtdan da onun xüsusi mülkiyyətindədir. İddiaçının tələb etdiyi digər əmlaklar da cavabdeh tərəfindən əldə olunub. İddiaçının mərhum ərindən miras kimi torpaq sahəsi qalsa da, o, mirası nə faktiki idarə etməklə, nə də notariat kontoruna müraciət etməklə qəbul etməyib. Bir sözlə iddia tamamilə əsassızdır. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AZ-İ serialı 993861 saylı nikahın haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı ilə X6 arasında xx.xx.2014-cü il tarixdə rəsmi nikah qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ serialı 714578 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı ilə X2 birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X7 anadan olmuşdur. İş materiallarında olan AZ-İİ serialı 030370 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X6 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli RX serialı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Çıxarışdan müəyyən olunur ki, ünvan 3 ünvanda yerləşən ev tam mülkiyyət hüququ üzrə Cavabdeh1nın mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, X4 şəhəri Qələbə küçəsi 17 saylı evdə olan mebel, divan, kreslo,serviz və bütün xırda əşyaları qohumlarının iştirakı aparmış və heç bir iddiasının olmamasını qeyd etmişdir. İş materiallarında olan cavbadeh Bədrəddin Şıxanov tərəfindən təqdim olunmuş zəmanət talonlarının surətlərindən görünür ki, soyuducu, İran istehsallı soba və televizor Şıxanov Bədrəddin tərəfindən alınmışdır. Bu fakt onunla təsdiq olunur ki, həmin talonların üzərində alıcının mobil telefonu qrafasında Bədrəddin Çıxanovun ad soyadı və mobil telefonu qeyd olunmuşdur. Belə ki, məhkəmə iddiaçının birinci iddia tələbi üzrə onu qeyd edir ki, Xaçmaz şəhəri, Qələbə küçəsi 17 ünvanda yerləşən ev tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olduğundan, birgə nikah dövründə əldə olunmuş əmlakın siyahısına daxil deyil və belə olan halda iddiaçının həmin əmlkadan pay almaq hüququ istisna olunur. İddiaçının ikinci iddia tələbin, yəni iddiaçının və oğlu Cəsur Şıxanovun mərhum Şıxanov Tərlanın birinci növbədə vərəsələri sırasına daxil edilməsinə dair tələbi cavabdehlərdən tələb oluna biləcək hüquq olmadığından rədd edilməlidir. İddiaçının üçüncü tələbi üzrə məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdeh X12 istehsalı olan qızdırıcı sobanın, televizorun və soyuducunun onun tərəfindən alınmasını müəyyən edilmişdir. Alınan mallara dair müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Qalan əşyalarla bağlı isə məhkəmə hesab edir ki, qeyd olunan ev cavabdeh Şıxanov Bədrəddinə məxsus olduğundan oradaqalan və iddiaçı tərəfindən tələb olunan mətbəx mebeli və paltaryuyan maşının iddiaçının birgə nikah zamanı alınmasına dair hər hansı mötəbər sübutu olmadığından, iddia tələbi bu hissədə rədd olunmalıdır. İddiaçının dördüncü tələbi üzrə məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı 2713,66 manat pul mərhum X1 Tərlanın özü tərəfindən qəbul edilməsi müəyyən edilmişdir. Belə olan halda, həmin pulun cavabdehlərə hər hansı bir aidiyyatı yoxdur və onlardan tələb edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evinin hissəsi üzərində mülkiyyət hüququnun müəyyən edilməsi, vərəsələr sırasına daxil edilməsi, nikah müddətində əldə edilmiş əmlakın və 2713,66 manat pulun tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1.-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölüməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.2.-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Həmin Məcəllənin 36.3.-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4.-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Həmin Məcəllənin 36.5.-ci maddəsinə əsasən məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Həmin Məcəllənin 36.8.-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə nəzərə alır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin MəCəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə mübahisələndirilən daşınmaz əmlakın birgə nikah dövründə əldə olunduğunu və hazırda Cavabdehlərin mülkiyyətində olduğunu sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səmədzadə Sərxan
Məhkəmə qərarları › İş №2(067)-678/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-678/2022
28.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver