Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-687/2024 05.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, iddiaçılar İddiaçı3 və İddiaçı4, Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi barəsində mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi birgə mülkiyyətdə olan Xudat şəhəri M.F.Axundov küçəsi 16 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin aralarında naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı4 çıxış edərək bildirmişdir ki, birgə mülkiyyətlərində olan torpaq sahəsindən oğlu olan cavabdehə payın ayrılmasını istəyir, lakin bununla bağlı DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etməmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, torpaq sahəsinin aralarında naturada bölünməsinə razıdır. Bununla bağlı DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə gedib razılıq ərizəsini verməyə etiraz etməmişdir və hazırda da etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddia ərizəsinə əlavə edilmiş materiallardan görünür ki, iddiaçıların mübahisəni qabaqcadan məhkəmədən kənar həll edilməsi qaydası nəzərdə tutulsa da, iddiaçılar bu qaydaya əməl etməmişlər. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından görünür ki, birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsinə dair həm iddiaçılar, həm cavabdeh razıdırlar, yəni heç bir mübahisə mövcud deyil. Belə olan halda, tərəflər dövlət reyestr xidmətinə gedib müraciət etməlidirlər. Mübahisə yaranacağı təqdirdə isə məhkəmə müraciət etmək hüquqları yaranacaqdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər və dövlət rüsumu iddiaçılara geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-687/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-687/2024
05.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver