Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-699/2024 19.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 Bahadır oğluna və Cavabdeh2 Bahadır oğluna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 Bahadır oğluna və Cavabdeh2 Bahadır oğluna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə vəfat etmiş əri X2 miras qalmış Xaçmaz rayonu, Qaracik kəndində yerləşən yaşayış evindən və 0.388 ha torpaq sahəsindən ibarət miras tərəfindən qəbul edilməsi, həmin miras əmlaklardan yaşayış evində payının 1/5 hissəsi, 0.388 ha torpaq sahəsində payının 6/10 hissəsi miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə o, rəsmi nikah bağlamaqla X9 ilə ailə həyatı qurmuş və həmin tarixdə X15ə məxsus Xaçmaz rayonu, Qaracik kəndində yerləşən evə köçmüşdür. xx.xx.2021 -ci il tarixdə Xaçmaz rayonu 1 saylı Notariat Ofisində təsdiq edilmiş vəsiyyətnamə əsasında X15 ona məxsus Xaçmaz rayonu, Qaracik kəndində yerləşən 0.338 ha pay torpaq sahəsini ona vəsiyyət etməklə digər vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Xaçmaz rayonu, Qaracik kəndində yerləşən yaşayış evi və 0.388 ha pay torpaq sahəsi miras qalmışdır. O, mərhum ərinin həm vəsiyyət üzrə, həm də qanun üzrə birinci dərəcədə vərəsə olaraq ondan miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. Belə ki, o, miras qalmış evdə yaşayır və 0.338 ha pay torpaq sahəsini əkib-becərir. O, miras əmlaka dair adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Xaçmaz rayonu 1 saylı Notariat Ofisinə müraciət etmiş, həmin notariat ofisinin notariusu D.A.Tağıyev xx.xx.2023-cü il tarixli, № X-975 saylı məktubla ona cavab vermişdir ki, X2 miras qalmış əmlakı qəbul etmiş digər birinci növbə varisləri mövcuddur. Mövcud olan digər varislər pay bölgüsünə dair münasibətlərini bildirmədikləri üçün pay bölgüsünün aparılması mümkün deyildir. Mülki Məcəllənin 1291 ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Bu səbəbdən pay bölgüsünün aparılması və mübahisənin həlli üçün məhkəməyə müraciət etmələri onlara tövsiyyə olunmuşdur. xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsindən göründüyü kimi Xaçmaz rayonu, Qaracik kəndində yerləşən dörd otaqlı yaşayış evi mülkiyvət hüququ ilə X7 məxsusdur. AZ-İİ № 327427 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə X9 ilə onun arasında rəsmi nikah bağlanmışdır. AZ-İİ ,Vü 330909 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 27.1 1,2022-ci il tarixdə vəfat etmişdir. Aşağızeyid kənd İƏD-də nümayəndəliyinin 0.6.04.2023-cü il tarixli, 140 nömrəli arayışından göründüyü kimi mərhum X5 vərəsələri o, və digər dörd nəfər cavabdehdirlər. Arayışda qeyd olunur ki, miras qoyanın ölümündən sonra təsərrüfatı arvadı İddiaçı idarə edir. Beləliklə, miras qoyan əri X2 miras qalmış Xaçmaz rayonu, Qaracik kəndində yerləşən yaşayış evinin 1/5 hissəsi, 0.388 ha torpaq sahəsinin 6/10 hissəsi miras əmlak kimi ona çatmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Bahadırın birinci nikahdan olan arvadı vəfat etmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə Bahadır ikinci dəfə qeyri-rəsmi onunla ailə qurmuş, həmin tarixdən Bahadır Tağıyevə məxsus Xaçmaz rayonu, Qaracik kəndində yerləşən evə gəlin köçmüşdür. Bahadırla ər-arvad münasibətlərindən Vüsal adlı uşağı anadan olmuşdur. Sonradan Bahadırla aralarında olan nikahı rəsmiləşdirmişlər. xx.xx.2021-ci il tarixdə X15 ona məxsus Xaçmaz rayonu, Qaracik kəndində yerləşən 0.388 ha pay torpaq sahəsini vəsiyyətnamə əsasında ona vəsiyyət etmişdir. X15 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Xaçmaz rayonu, Qaracik kəndində yerləşən yaşayış evi və 0.388 ha pay torpaq sahəsi miras qalmışdır. O, ərindən miras qalan evdə yaşayır və həmin pay torpaq sahəsini əkib-becərir. Bahadır Tağıyev əvvəlki nikahdan olan 3 övladına əlavə torpaq alıb vermişdir. Bahdırın qızı Nuranə ailəlidir və onun da həmçinin evi və torpağı vardır. Qeyd olunanlara əsasən iddiasının təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri çatdırılmasına baxmayaraq, onlar məhkəmə iclaslarına təkrarən heç bir üzrlü səbəb göstərmədən gəlməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin hallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İŞ MATERİALLARİNDA OLAN VƏ MƏHKƏMƏ BAXİŞİNDA TƏDQİQ EDİLMİŞ: Az-İİ seriyalı, 327427 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 ilə X3 arasnda Xaçmaz rayon Qeydiyyat Şöbəsində 05 aprel 2019-cu ul tarixdə 101 nömrə ilə nikah qeydi bağlanmışdır. Nikahdan sonra X3 ərinin soyadına uyğun “Tağıyeva” soyadını qəbul etmişdir. Az-İV seriyalı, 289292 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 ilə İddiaçı birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X10 anadan olmuşdur. AZ-İİ seriyalı, 330909 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 27 noyabr 2022-ci ildə vəfat etmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, X5 birinci növbəli vərəsələri İddiaçı, X10, Cavabdeh1 Bahadır oğlu, Cavabdeh2 Bahadır oğlu və Cavabdeh3dır. 28 fevral 2021-ci ildə tərtib olunmuş vəsiyyətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayonu, Qaracik kəndində yaşayan X9 həmin vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan Xaçmaz rayonu, Qaracik Zeyid (Qaracik) kəndində yerləşən şəxsi 0.388 ha pay torpaq sahəsini Xaçmaz rayonu, Qalağan kəndində yaşayan İddiaçı vəsiyyət etmişdir. Bundan başqa vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. xx.xx.1989-cu il tarixli, №144 saylı qeydiyyat vəsiqəsindən müəyyən olunur ki, Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində yerləşən ümumi sahəsi 66.0 kv metr, yaşayış sahəsi 51.5 kv metr olan fərdi yaşayış evi X5 tam mülkiyyətindədir. JN - 158 seriyalı kod nömrəsi 30206058 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktınının surətindən müəyyən olunur ki, X5, X1, Cavabdeh1 Bahadır oğlunun, Cavabdeh2 Bahadır oğlunun və Cavabdeh3 paylı mülkiyyətlərinə Xaçmaz rayonu, Qaracik Zeyid kəndində yerləşən 1.94 ha torpaq sahəsi verilmişdir. JN-026F seriyalı kod nömrəsi 30206058 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, 27 noyabr 1998-ci il tarixli Aqrar İslahat Komissiyasının qərarına əsasən X5, X1, Cavabdeh2 Bahadır oğlunun və Cavabdeh3 mülkiyyətlərinə Xaçmaz rayonu, Qaracik Zeyid kəndində yerləşən 0.25 ha torpaq sahəsi verilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi 27 yanvar 2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, iddia ərizəsində cavabdeh qismində qeyd edilən X6 Cavabdeh3 ilə əvəz edilməsini xahiş etmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1.-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.2.-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. X2 miras qalmış əmlaklar, yəni miras kütləsi – xx.xx.1989-cu il tarixli, №144 saylı qeydiyyat vəsiqəsinə əsasən tam mülkiyyətində olan Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində yerləşən ümumi sahəsi 66.0 kv metr, yaşayış sahəsi 51.5 kv metr olan fərdi yaşayış evindən, həmin evin yerləşdiyi Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 12 saylı qərarına əsasən JN-026F seriyalı 30206058 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X5, X1, Cavabdeh2 Bahadır oğlunun və Cavabdeh3 birgə paylı mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində yerləşən cəmi 0,25 ha həyətyanı torpaq sahəsindəki 1/4 hissə payından və Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 12 saylı qərarına əsasən JN-158 seriyalı 30206058 kodlu torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən X5, X1, Cavabdeh1 Bahadır oğlunun, Cavabdeh2 Bahadır oğlunun və Cavabdeh3 birgə paylı mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində yerləşən cəmi 1.94 ha torpaq sahəsindəki 1/5 hissə (0,388 ha) payından ibarət olmuşdur. Lakin hazırki iddia tələbində iddiaçı yalnız xx.xx.1989-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən tam mülkiyyətində olan Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində yerləşən 51.5 kv metr olan fərdi yaşayış evindən və Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 12 saylı qərarına əsasən JN-158 seriyalı 30206058 kodlu torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən X5, X1, Cavabdeh1 Bahadır oğlunun, Cavabdeh2 Bahadır oğlunun və Cavabdeh3 birgə paylı mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində yerləşən cəmi 1.94 ha torpaq sahəsindəki 1/5 hissə (0,388 ha) payından ibarət mirasın tərəfindən qəbul edilməsi, həmin miras əmlaklardan yaşayış evində payının 1/5 hissəsi, 0.388 ha torpaq sahəsində payının 6/10 hissəsi miqdarında müəyyən edilməsini xahiş etmişdir. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Məhkəmə hesab edir ki, X9 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və həmin tarixdə miras açılmış, eyni zamanda X5 28 fevral 2021-ci il tarixli vəsiyyətnaməsi qüvvəyə minmişdir. Həmin Məcəllənin 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məhkəmə hesab edir ki, X9 28 fevral 2021-ci il il tarixli vəsiyyətnaməsində uşaqları Cavabdeh1 Bahadır oğlunu, Cavabdeh2 Bahadır oğlunu və Cavabdeh3 vərəsəlik hüququndan məhrum etməsini qeyd etsə də, sağlığında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1139-cu və 1203.2-ci maddələrində nəzərdə tutulduğu qaydada ləyaqətsiz vərəsə kimi uşaqlarının vərəsəlik hüququndan, o cumlədən məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etməmişdir. Ona görə də Cavabdeh1 Bahadır oğlu, Cavabdeh2 Bahadır oğlu və Cavabdeh3 vəsiyyət edən X5 birinci növbəli vərəsələri olduqlarından vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasdan məcburi pay almaq hüquqları mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsindən görünür ki, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsindən görünür ki, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsindən görünür ki, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜLKİ MƏCƏLLƏSİNİN: 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 08 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. MƏHKƏMƏNİN GƏLDİYİ NƏTİCƏ: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X2 miras qalmış Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində yerləşən ümumi sahəsi 66.0 kv metr, yaşayış sahəsi 51.5 kv metr olan fərdi yaşayış evi xx.xx.1989-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Həmçinin Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 12 saylı qərarına əsasən JN- 158 seriyalı 30206058 kodlu torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən X5, X1, Cavabdeh1 Bahadır oğlunun, Cavabdeh2 Bahadır oğlunun və Cavabdeh3 birgə paylı mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində yerləşən cəmi 1.94 ha torpaq sahəsində qeyd olunan şəxslərin hər birinin payı 1/5 hissə (0,388 ha) müəyyən edilib. Beləliklə məhkəmə işin hallarına məcmu halında hüquqi qiymət verərkən belə hesab edir ki, 2022-ci ildə vəfat etmiş X9 özünə məxsus olan Xaçmaz rayonunun Qaracik- Zeyid kəndində yerləşən torpaq sahəsindəki 0,388 ha, yəni 1/5 hissədə payını 28 fevral 2021-ci il tarixli vəsiyyətnaməyə əsasən İddiaçı vəsiyyət etmişdir. Vəfat etmiş X5 birinci növbəli vərəsələri olan İddiaçı, X6, Cavabdeh1 Bahadır oğlunun, Cavabdeh2 Bahadır oğlunun və Cavabdeh3 məcburi paylarının olması nəzərə alınmaqla, İddiaçı miras qalmış Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində yerləşən 0,388 ha torpaq sahəsində payı 6/10 hissədə müəyyən olunmalı, digər birinci növbəli vərəsələrin payları isə açıq saxlanmalıdır. Həmçinin vəfat etmiş X2 miras qalmış Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində yerləşən fərdi yaşayış evindən X5 birinci növbəli vərəsələri olan İddiaçı, X6, Cavabdeh1 Bahadır oğlunun, Cavabdeh2 Bahadır oğlunun və Cavabdeh3 məcburi paylarının olması nəzərə alınmaqla, həmin miras əmlakdan İddiaçı 1/5 hissədə payı müəyyən olunmalı, digər birinci növbəli vərəsələrin payları isə açıq saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İddia tələbindən göründüyü kimi, iddiaçı ödənilmiş dövlət rüsumunu cavabdehdən tələb etməmişdir. Belə olan halda, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində yerləşən 0,388 ha torpaq sahəsindən İddiaçı 6/10 hissədə payı müəyyən olunsun, digər birinci növbəli vərəsələr - X6, Cavabdeh1 Bahadır oğlunun, Cavabdeh2 Bahadır oğlunun və Cavabdeh3 payları isə açıq saxlanılsın. Xaçmaz rayonunun Qaracik-Zeyid kəndində yerləşən ümumi sahəsi 66.0 kv metr, yaşayış sahəsi 51.5 kv metr olan fərdi yaşayış evindən İddiaçı 1/5 hissədə payı müəyyən edilsin, digər birinci növbəli vərəsələr - X6, Cavabdeh1 Bahadır oğlunun, Cavabdeh2 Bahadır oğlunun və Cavabdeh3 payları isə açıq saxlanılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA
Məhkəmə qərarları › İş №2(067)-699/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-699/2024
19.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver