Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-719/2020 06.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «Əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi, mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və zərərin əvəzinin ödənilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan Xaçmaz rayonunun Şollar kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq torpaq sahəsinin cizgilər daxilində tamlığının bərpa edilməsi və istifadəsinə qaytarılması, torpaq sahəsinin tutularaq istifadə edilməsinə görə cavabdehdən dəymiş zərərin əvəzi olaraq 5000 manat pulun alınaraq ona verilməsi, habelə cavabdeh tərəfindən torpaq sahəsinin hasarlanmasına törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili vasitəsilə məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddianın həcminin azaldılması barədə ərizəsini göndərərək **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan Xaçmaz rayonunun Şollar kəndi ərazisində 0,07 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq torpaq sahəsinin cizgilər daxilində tamlığının bərpa edilməsi və istifadəsinə qaytarılması, habelə cavabdeh tərəfindən torpaq sahəsinin hasarlanmasına törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı hazırki həcmdə müdafiə edərək izahatında göstərdi ki, ********** qeydiyyat nömrəli, **********87 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən nümayəndəsi olduğu İddiaçı xüsusi mülkiyyətində Xaçmaz rayonunun Şollar kəndi ərazisində 0,07 ha torpaq sahəsi vardır. Cavabdeh qonşu torpaq sahəsinin istifadəçisidir. Cavabdeh iddiaçıya məxsus 0,07 ha torpaq sahəsini də özbaşına olaraq həyətyanı torpaq sahəsinə birləşdirərək istifadə edir, evi və torpaq sahəsi istiqamətindən iddiaçıya torpaq sahəsini hasarla ayrmağa imkan vermir. İddiaçının torpaq sahəsinin qalan üç tərəfi hasara alınsa da cavabdehin özbaşınalığı nəticəsində həmin istiqamətdən hasar çəkmək mümkün olmamışdır. Hal-hazırda da cavabdeh bütövlükdə iddiaçının torpaq sahəsindən istifadə edir, özünə məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını reallaşdırmasına imkan vermir. Cavabdeh iddiaçının torpaq sahəsində mövcud olmuş meyvə ağaclarını kəsərək həmin ərazidə özü üçün bostan və tərəvəz bitkiləri əkmişdir. Cavabdeh könüllü olaraq torpaq sahəsini iddiaçıya qaytarmadığından iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili olaraq iddianın təmin edilməsini, **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Xaçmaz rayonunun Şollar kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq torpaq sahəsinin cizgilər daxilində tamlığının bərpa edilməsi və iddiaçının istifadəsinə qaytarılması, habelə cavabdeh tərəfindən torpaq sahəsinin hasarlanmasına törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı iddia etdiyi torpaq sahəsini 2005-ci ildə qonşusu X1 almış və bu barədə alqı-satqı müqaviləsi tərtib edilərək təsdiq edilmişdir. Həmin torpaq sahəsinə dair JN- 317BB seriyalı, 30222048 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsli torpaq sahəsinin mülkiyyətçisi tərəfindən ona təhvil verilmişdir. Artıq 15 ildir ki, o, həmin torpaq sahəsindən istifadə etməklə torpaq sahəsində müxtəlif meyvə ağacları və tərəvəz bitkiləri əkmişdir. İddiaçı tanımır və heç vaxt görməmişdir. İddiaçının həmin ərazidə iddia etdiyi torpaq sahəsinə dair sənədi hansı yolla əldə etdiyi də məlum deyil. O, iddiaçıya məxsus torpaq sahəsini tutmamışdır. İddiaçının ona qarşı iddiasını əsassız hesab edir və iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməliidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iş üzrə İddiaçı Xaçmaz rayonunun Xaspolad-oba kəndində qeydiyyatdadır. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 160-864-1220 saylı məktubundan görünür ki, Cavabdeh Xaçmaz rayonunun Xudat şəhəri, Su kəməri qəsəbəsi 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 07 oktyabğr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonunun Şollar kəndi ərazisində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli, A seriyalı, 431903 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X6 tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçsüsü sənədindən görünür ki, İddiaçı məxsus Xaçmaz rayonunun Şollar kəndi ərazisində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsinin planı və ölçüləri müəyyən edilmişdir. Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadına əsasən məhkəmə mühəndistexniki ekspertizası təyin edilmişdir. Həmin qərardada əsasən «xxxxxxxx» MMC-nin mütəxəssisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, xx xxxxxxx 2019-cu il tarixli, **********78 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan, Xaçmaz rayonunun Şollar kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsi həmin torpaq sahəsinin mülkiyyət sənədində və texniki göstəriciləri müəyyən edən sənəddə göstərilən ölçülər və cizgilər daxilində naturada mövcuddur. İddiaçı məxsus olan, Xaçmaz rayonunun Şollar kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsi Cavabdeh oğlu tərəfindən 0,07 ha ölmaqla tam olaraq faktiki istifadə edilir (Xəritə 1). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Xəyyam İskəndərovun xx xxxx 2020-ci il tarixli, 10/5657 saylı rəyinin nəticə hissəsindən görünür ki, «xxxxxxxx» MMC-nin mütəxəssisi tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli, 01/290 nömrəli mütəxəssis rəyinə əsasən, xx xxxxxxx 2019-cu il tarixli, **********78 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan, Xaçmaz rayonunun Şollar kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsi həmin torpaq sahəsinin mülkiyyət sənədində və texniki göstəriciləri müəyyən edən sənəddə göstərilən ölçülər və cizgilər daxilində naturada mövcud olduğu və bütövlükdə Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Hazırki məhkəmə araşdırması zamanı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qonşu torpaq istifadəçisi olan Cavabdeh ona məxsus 0,07 ha torpaq sahəsini də özbaşına olaraq həyətyanı torpaq sahəsinə birləşdirərək istifadə edir, evi və torpaq sahəsi istiqamətindən ona torpaq sahəsini hasarla ayırmağa imkan vermir. Onun torpaq sahəsinin qalan üç tərəfi hasara alınsa da cavabdehin özbaşnalığı nəticəsində həmin istiqamətdən hasar çəkmək mümkün olmamışdır. Hal-hazırda da cavabdeh bütövlükdə iddiaçının torpaq sahəsindən istifadə edir, o, özünə məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını reallaşdırmasına imkan vermir. Cavabdeh torpaq sahəsində mövcud olmuş meyvə ağacları kəsərək həmin ərazidə özü üçün bostan və tərəvəz bitkiləri əkmişdir. Beləliklə cavabdeh könüllü olaraq torpaq sahəsini ona qaytarmadığından iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh öz etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddia etdiyi torpaq sahəsini 2005-ci ildə qonşusu X1 almış və bu barədə alqı-satqı müqaviləsi tərtib edilərək təsdiq edilmişdir. Həmin torpaq sahəsinə dair JN-317BB seriyalı, 30222048 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsli torpaq sahəsinin mülkiyyətçisi tərəfindən ona təhvil verilmişdir. Artıq 15 ildir ki, o, həmin torpaq sahəsindən istifadə etməklə torpaq sahəsində müxtəlif meyvə ağacları və tərəvəz bitkiləri əkmişdir. İddiaçı tanımır və heç vaxt görməmişdir. İddiaçının həmin ərazidə iddia etdiyi torpaq sahəsinə dair sənədi hansı yolla əldə etdiyi də məlum deyil. O, iddiaçıya məxsus torpaq sahəsini tutmamışdır. Göründüyü kimi bu zaman İddiaçı üzərinə Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında ona məxsus Xaçmaz rayonunun Şollar kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsini özbaşına tutaraq qanunsuz istifadə etməsini və öz mülkiyyət hüquqlarını həyata keçirməyə maneəçilik törətməsini sübut etmə yükü düşür. Əksinə olaraq, Cavabdeh üzərinə iddiaçıya məxsus 0,07 ha torpaq sahəsini hər hansı ölçüdə tutmamasını, iddiaçının iddia etdiyi mülkiyyətinə aid 0,07 ha torpaq sahəsinin məhz onun Faizat Hacıyeva adlı qadından satın aldığı torpaq sahəsi olmasını sübut etmə yükü düşür. Məhkəmə tərəflərin məhkəmə iclasında verdikləri izahatlara hüquqi qiymət verərkən, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli qərannın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasnın iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasnın məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə isnad etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Eyni zamanda. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§93). İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmüşdür ki, iddiaçının mülkiyyətinə aid həyətyanı torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkilinin izahatı və iş materialları ilə Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus Xaçmaz rayonunun Şollar kəndi ərazisində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsindən bütövlükdə qanunsuz istifadə etməklə könüllü olaraq geri qaytarmaması və iddiaçıya mülkiyyətinə aid torpaq sahəsi üzərində öz mülkiyyət hüquqlarını həyata keçirməyə maneəçilik törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə tədqiqatı zamanı Cavabdeh İddiaçı məxsus torpaq sahəsini hər hansı ölçüdə tutmadığını, iddiaçının iddia etdiyi mülkiyyətinə aid 0,07 ha torpaq sahəsinin məhz onun Faizat Hacıyeva adlı qadından satın aldığı torpaq sahəsi olduğunu göstərsə də öz etirazının əsası kimi istinad etdiyi halları sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və həmin hallar aparılmış məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarından görünür ki, 07 oktyabğr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonunun Şollar kəndi ərazisində yerləşən 0,07 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla həmin torpaq sahəsinin planı və sərhədləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia hazırki həcmdə təmin edilməklə **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Xaçmaz rayonunun Şollar kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq İddiaçı istifadəsinə qaytarılmaqla iddiaçının mülkiyyətinə aid 0,07 ha həyətyanı torpaq sahəsinin tamlığı həmin torpaq sahəsinin texniki göstəricilərini müəyyən edən sənədində olan plan və cizgilər daxilində bərpa edilməli, İddiaçı xüsusi mülkiyyətinə aid əmlak olan Xaçmaz rayonunun Şollar kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinin hasarlanmasına Cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab «AZ34CTRE ******************** nömrəli hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Xaçmaz rayonunun Şollar kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq İddiaçı istifadəsinə qaytarılmaqla iddiaçının mülkiyyətinə aid 0,07 ha həyətyanı torpaq sahəsinin tamlığı həmin torpaq sahəsinin texniki göstəricilərini müəyyən edən sənədində olan plan və cizgilər daxilində bərpa edilsin. İddiaçı xüsusi mülkiyyətinə aid əmlak olan Xaçmaz rayonunun Şollar kəndi ərazisində yerləşən 0,07 ha torpaq sahəsinin hasarlanmasına Cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul Cavabdeh tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbirhesabAZ 41 NABZ ******************** SWİFTBİKCTREAZ 22, hesab «AZ34CTRE ******************** nömrəli hesabına keçirilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Xıdır Quliyev