Məhkəmə qərarları › İş №2(067)-72/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-72/2021

24.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-72/2021 24.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və zərərin əvəzinin ödənilməsi tələbi”nə dair ilk iddia tələbi, Cavabdeh2 İddiaçı qarşı “Torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi tələbi”nə dair qarşılıqlı iddia tələbi”nə dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhköməyə müraciət etmişdir. Cavabdeh2 İddiaçı qarşı torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-72/2021 saylı, 08 fevral 2021-ci il tarixli qərardadı ilə mülki iş rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və mülki işin icraatı dayandırılmışdır. 09.08.2021-ci il tarixdə qeyd olunan mülki iş 10/3000 saylı, 26 iyul 2021-ci il tarixli rəy ilə birlikdə məhkəməyə daxil olmuş və iş üzrə üzrə icraat təzələnərək məhkəmə baxış iclası 24 avqust 2021-ci il tarixə saat 12:00-a təyin edilmişdir.. Lakin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə ilk iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və zərərin əvəzinin ödənilməsi tələbi”nə dair ilk iddia ərizəsi və Cavabdeh2 İddiaçı qarşı “Torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar