Məhkəmə qərarları › İş №2(067)-733/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-733/2021

16.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-733/2021 16.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı barədə çıxarışın ləğvi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh məxsus xx xxxxx 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdeh onlara qarşı Xaçmaz Rayon Məhkəməsində “əmlakın özgənin qanunsuz sahibliyindən geri alınması tələbi”nə dair iddia ərizəsi ilə müraciət etmiş və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-51/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, xx xxxxx 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən iddiaçı Cavabdeh mülkiyyətinə aid Xaçmaz rayonunun Hacıəhməd-oba kəndi ərazisində yerləşən 1,05 ha pay torpaq sahəsinin cavabdehlər İddiaçı2 və İddiaçı1 tərəfindən istifadə olunan 0,30 ha hissəsi cavabdehlər İddiaçı2 və İddiaçı1 qanunsuz istifadəsindən alınaraq iddiaçı Cavabdeh istifadəsinə qaytarılmaqla iddiaçının mülkiyyətinə aid 1,05 ha torpaq sahəsinin tamlığı həmin torpaq sahəsinin texniki göstəricilərini müəyyən edən sənədində olan plan və cizgilər daxilində bərpa edilmişdir. Həmin qətnamədən narazı qaldıqları üçün qətnamədən apelyasiya şikayəti vermişlər və iş hal-hazırda Sumqayıt Apelyasiya Məhkəməsinin icraatındadır. Məhkəmədə onlara tövsiyə olunmuşdur ki, cavabdehin çıxarışının ləğvi ilə bağlı birinci instansiya məhkəməsində iddia qaldırsınlar. Ona görə də məhkəmədə iddia qaldırmışlar. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1998-ci il tarixli 16 saylı qərarı JN- 117G, KOD 30205028 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iddiaçılardan İddiaçı2 və ailə üzvlərinə Xaçmaz rayonu, Hacıəhməd-oba kəndi ərazisindən fardi yaşayış evinin tikilməsi üçün 0,23 ha torpaq sahəsi və Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 1998-ci il tarixli 16 saylı qərarı ilə JN-053B, KOD 30205028 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iddiaçılardan İddiaçı1 və ailə üzvlərinə Xaçmaz rayonu, Hacıəhməd-oba kəndi ərazisindən fərdi yaşayış evinin tikilməsi üçün 0,25 ha torpaq sahəsi ayrılmışdır. 20 ildən çoxdur ki, onlar həmin torpağı almışlar, ərazidə bağ salmışlar, vaxtlı-vaxtında rüsumları ödəmişlər, heç bir qonşu ilə, eləcə də cavabdehə məxsus torpaq sahəsinin alqı-satqı yolu ilə aldığı kənd sakini Zümrüdlə də aralarında torpaq mübahisəsi olmamışdır. Cavabdeh isə Sumqayıt şəhərində anadan olmaqla orada yaşayır. O, 2018-ci ildə kənd sakini Zümrüd adında qadından (özünün baldızı) ona məxsus 1,05 ha pay torpaq sahəsini alqı-satqı yolu ilə almışdır. Xaçmaz Rayon Məhkəməsində cavabdehin iddiası ilə bağlı işə baxılarkən məhkəmə tərəfindən iki dəfə mütəxəssis rəyi alınmışdır. X2 verdiyi rəydən görünür ki, məhkəmə tərəfindən araşdırılan işlə bağlı elektron uçot xəritələrinin hazırlanmasından sonra məhkəmədə baxılan işlə bağlı cavab vermək mümkün olacaqdır. Eləcə də xxxx MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin rəisi Aydın İbadovun və mühəndis İlkin Abduləzimovun verdikləri rəydən də görünür ki, iddiaçı Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə ona DƏDRX tərəfindən verilmiş **********22 reyestr nömrəli Çıxarışın koordinatları arasında kəskin fərq olduğundan Cavabdeh mülkiyyətinə aid 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər olan, yəni onlar tərəfindən hansısa formada zəbt olunub-olunmamasını, eləcə də iddiaçının torpaq sahəsi ilə onların torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə Ekspertizası Mərkəzinin (ekspert X1) xx xxxxx 2020-ci il tarixli, 32007 saylı ekspert rəyində isə göstərilir: “xxxx” MMC-nin mühəndisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, AR-sı ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin 23.04ə2018-ci il tarixli, AN № 260285 saylı Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan əsas döngə nöqtələrinin koordinatları elektron xəritə üzərində yoxlanılmış, qeyd olunan koordinatların faktiki sahədən sürüşdüyü müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq sənəd üzrə göstərilən konfiqurasiya xəritədə görülən yolun konturlarına əsasən otuzdurulmuşdur. Eyni zamanda iddiaçı Cavabdeh mülkiyyətinə aid 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə cavabdehlər, yəni onların torpaq sahələri ilə tam olaraq üst-üstə düşdüyündən onların sənədlərində qeyd olunan ölçü daxilində iddiaçının torpaq sahəsi onlar tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Necə ola bilər ki, 20 ildən yuxarı həyətyanı torpaq sahəsini alasan, bağ salasan, torpağın bütün sənədləri mövcud ola, bütün vergi və rüsumları da ödəyəsən və bir gün də gəlib sənə deyirlər ki, bu yer sənin deyil. Ekspert və mütəxəssislər özləri də qeyd edirlər ki, elektron uçot xəritələri hələ hazır deyil, sonra da reydə yazılır ki, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları elektron xəritə üzərində yoxlanılmış, qeyd olunan koordinatların faktiki sahədən sürüşdüyü müşahidə edilmişdir. Ona görə də iddiaçıya məxsus 1,05 ha torpaq sahəsi ilə onların həyətyanı torpaq sahələri tam olaraq üst-üstə düşmüşdür, guya iddiaçının torpağını onlar zəbt edərək istifadə edirlər. Burada onların günahları nədədir? Bəlkə elə iddiaçı onların torpaqlarını zəbt edərək istifadə edir? İddiaçının bir üstünlüyü var ki, onun əlində torpaq sahəsinə hansı yollasa aldığı çıxarışı vardır. Ancaq onlar imkansızlıqdan çıxarış ala bilməmişlər, almaq istəyəndə də onlara tezliklə elektron xəritənin hazırlandığı, onda çıxarış ala biləcəklərini demişlər. Nəticə də göz qabağındadır. 2018-ci ildə AR-sı ƏMDK-nin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin yazdığı cavab məktubundan da görünür ki, onların müraciətlərinə baxılmış və “Tədbirlər Planına əsasən 2018-2019-cu illərdə Xaçmaz rayonu Hacıəhməd-oba kənd ərazisində qeyd olunan kadastr və yerquruluşu üzrə çöltədqiqat işləri aparıldığından müraciətlərində qaldırılan məsələyə bir daha baxılacaqdır. Onlara cavab xx xxxxxxx 2018-ci il tarixdə verilmişdir. Cavabdehə isə mübahisəli əraziyə çıxarış xx xxxxx 2018-ci il tarixdə verilmişdir. Bu bir daha sübut edir ki, cavabdehə verilən çıxarış şübhəlidir. Bundan əlavə, onların torpaqlarının hesabına hal-hazırkı cizgilər daxilində cavabdehin torpağı 1,05 ha deyil, 1,30 ha-dır. Bunu torpaq sahəsinə yerində baxış keçirərək ölçüləri qeyd edən ekspert də qeyd edib. Qeyd olunanlarla əlaqədar onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, işə baxılmasının təxirə salınması barədə məhkəməyə teleqramlar göndərmişlər. Məhkəmə iddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakı olmadan işə baxılmasnı mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh izahatında iddiaçıların tələbinə Xaçmaz Rayon Məhkəməsində deyil, İnzibati Məhkəmədə baxılmalı olduğunu göstərərək, hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçılara aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, iş materiallarında olan JN-117G, KOD 30205028 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədən müəyyən olunur ki, İddiaçı2 və ailə üzvlərinə Xaçmaz rayonu, Hacıəhməd-oba kəndi ərazisindən fardi yaşayış evinin tikilməsi üşün 0,23 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-053B, KOD 30205028 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədən müəyyən olunur ki, İddiaçı1 və ailə üzvlərinə Xaçmaz rayonu, Hacıəhməd-oba kəndi ərazisindən fərdi yaşayış evinin tikilməsi üçün 0,25 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx xxxxx 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonunun Hacıəhməd-oba kəndi ərazisində yerləşən 1,05 ha pay torpaq sahəsinin hüquq sahibi Cavabdehdur. İş materiallarında olan X2 verdiyi rəydən görünür ki, məhkəmə tərəfindən araşdırılan işlə bağlı elektron uçot xəritələrinin hazırlanmasından sonra məhkəmədə baxılan işlə bağlı cavab vermək mümkün olacaqdır. İş materiallarında olan xxxx MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin rəisi Aydın İbadovun və mühəndis İlkin Abduləzimovun verdikləri xx.xx.2019-cu il tarixli rəydən də görünür ki, iddiaçı Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə ona DƏDRX tərəfindən verilmiş **********22 reyestr nömrəli Çıxarışın koordinatları arasında kəskin fərq olduğundan Cavabdeh mülkiyyətinə aid 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər olan, yəni İddiaçı2 və İddiaçı1 tərəfindən hansısa formada zəbt olunub-olunmamasını, eləcə də iddiaçının torpaq sahəsi ilə onların torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)- 51/2020 saylı qətnaməsi ilə Cavabdeh “əmlakın özgənin qanunsuz sahibliyindən geri alınması tələbi qismən təmin olunaraq, xx xxxxx 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı Cavabdeh mülkiyyətinə aid Xaçmaz rayonunun Hacıəhməd-oba kəndi ərazisində yerləşən 1,05 ha pay torpaq sahəsinin cavabdehlər İddiaçı2 və İddiaçı1 tərəfindən istifadə olunan 0,30 ha hissəsi cavabdehlər İddiaçı2 və İddiaçı1 qanunsuz istifadəsindən alınaraq iddiaçı Cavabdeh istifadəsinə qaytarılmaqla iddiaçının mülkiyyətinə aid 1,05 ha torpaq sahəsinin tamlığı həmin torpaq sahəsinin texniki göstəricilərini müəyyən edən sənədində olan plan və cizgilər daxilində bərpa edilməsi qət edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin (ekspert X1) xx xxxxx 2020ci il tarixli, 32007 saylı ekspert rəyindən müəyyən olunur ki, “xxxx” MMC-nin mühəndisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, AR-sı ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, AN № 260285 saylı Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan əsas döngə nöqtələrinin koordinatları elektron xəritə üzərində yoxlanılmış, qeyd olunan koordinatların faktiki sahədən sürüşdüyü müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq sənəd üzrə göstərilən konfiqurasiya xəritədə görülən yolun konturlarına əsasən otuzdurulmuşdur. Eyni zamanda Cavabdeh mülkiyyətinə aid 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə İddiaçı2 və İddiaçı1 torpaq sahələri ilə tam olaraq üst-üstə düşdüyündən onların sənədlərində qeyd olunan ölçü daxilində iddiaçının torpaq sahəsi İddiaçı2 və İddiaçı1 tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiada göstərilmiş Cavabdeh məxsus xx xxxxx 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın düzgün olmaması tələbi mahiyyəti üzrə həmin çıxarışı vermiş inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində, düzgün mərzçəkmə işlərinin və düzgün qeydiyyatın aparılmaması barədə mübahisə olmaqla, həmin qeydiyyatı aparan orqana qarşı yönəlməli olan, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələbdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı xx.xx.2015-ci il tarixli qərarının Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə yeni redaksiyada verilən 17-ci bəndinə əsasən müəyyənedilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Bununla əlaqədar, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci il tarixli; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” x xxxxx 2012-ci il tarixli qərarları). Göstərilənlərə əsasən, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı barədə çıxarışın ləğvi tələbinə dair qətnamə məhkəmə aidiyyəti qaydalarının pozulmasına görə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı xx.xx.2015-ci il tarixli qərarının 15.4-cü bəndində qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPMin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Ona görə də iş üzrə icraatıa xitam verilməli, iddiaçıya müvafiq inzibati orqana qarşı iddia ilə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı barədə çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya aidiyyəti üzrə çıxarışı verən inzibati orqana qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin . Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar