Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-750/2021 11.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, İddiaçı cavabdehlər Cavabdeh, maraqlı şəxslər DƏDRX 5 saylı Ərazi İdarəsinə və Xaçmaz rayon 1 saylı Notariat Kontoruna qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı cavabdehlər Cavabdeh, maraqlı şəxslər DƏDRX 5 saylı Ərazi İdarəsinə və Xaçmaz rayon 1 saylı Notariat Kontoruna qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikasında qeydiyyatda deyil, onun yaşayış yeri İsveç krallığının Stokholm şəhəridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36-cı maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla yanaşı iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununa riayət edilməmişdir. Belə ki, iddia ərizəsində DƏDRX 5 saylı Ərazi İdarəsi və Xaçmaz rayon 1 saylı Notariat Kontoru maraqlı şəxslər kimi göstərilmişdir. Lakin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən maraqlı şəxslər xüsusi icraat işləri üzrə tərəf kimi çıxış edə bilərlər, ümumi iddia icraatı qaydasında baxılan işlərdə maraqlı şəxslər tərəf ola bilməzlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlarla əlaqədar iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya göstərilən nöqsanları aradan qaldırmaqla cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddia ərizəsi geri qaytarıldığına görə iddiaçının xx.xx.2021-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinə ödədiyi 20 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı cavabdehlər Cavabdeh, maraqlı şəxslər DƏDRX 5 saylı Ərazi İdarəsinə və Xaçmaz rayon 1 saylı Notariat Kontoruna qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, göstərilən nöqsanları aradan qaldırmaqla cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət etmək hüququ vardır. İddia ərizəsi geri qaytarıldığına görə iddiaçının xx.xx.2021-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinə ödədiyi 20 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov. İş № 2(067)-750/2021 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə protokol xx xxxxxx 2021-ci il Xaçmaz şəhəri Mən Xaçmaz Rayon məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlu Tərəflərin iştirakı olmadan İddiaçı cavabdehlər Cavabdeh, maraqlı şəxslər DƏDRX 5 saylı Ərazi İdarəsinə və Xaçmaz rayon 1 saylı Notariat Kontoruna qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət 09:10-da başladı Məhkəmə iddiaçı İddiaçı cavabdehlər Cavabdeh, maraqlı şəxslər DƏDRX 5 saylı Ərazi İdarəsinə və Xaçmaz rayon 1 saylı Notariat Kontoruna qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etdi. Prosessual hərəkət 09:12-də qurtardı. Hakim: İlkin Xəlilov
Məhkəmə qərarları › İş №2(067)-750/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-750/2021
11.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver