Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-759/2021 20.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11, İddiaçı və onun vəkili XN iştirakı ilə İddiaçı Cavabdeh Qeybalı qızına qarşı pul tələbinə dair iddiası üzrə mülki işə N0 avqust N0N1-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 80000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, o, 01.1N.N009-cu il ildə rəsmi nikah bağlamaqla XN3 ilə ailə həyatı qurmuş və həmin tarixdə də ərimin valideynlərinə məxsus Xudat şəhəri N-ci şöbə ünvanında yerləşən evə gəlin köçmüşdür. Birgə nikahdan N uşaqları vardır. XN0 -08.11.N010-cu il təvəllüdlü, XN4 13.07.N01N-ci il təvəllüdlü. X14 N001-ci ildə Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətdə olarkən N003-cü ilin fevral ayında Azərbaycan Respublikasının TTM-də gizir hazırlıq məktəbinə daxil olmuş, aprel N003-cü ildə xüsusi təyinatlı qüvvəllər kursunu keçmək üçün N saylı hərbi hissəyə ezam olunmuş, avqust N003-cü il tarixdə TTM-ni tağım komandirinin müavini ixtisası üzrə bitirmişdir. Oktyabr N003-cü ildə XTQ-kursunu bitirdikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirinin N1.11.N003-cü il tarixli əmrinə əsasən N saylı hərbi hissədə kəşfiyyatçı vəzifəsində xidmətə başlamış və N7.09.N0N0-ci il tarixdə X10 şəhid olmuşdur. N009-cu ildə ərinin valideynlərinə məxsus evə gəlin köçəndə həmin evdə qaynatası Tahir, cavabdeh olan qaynanası Gülşənəm, baldızları Həlimə və Tahirə, subay qaynı Mənsur yaşayırdılar. Ailədə belə razılaşmışlar ki, 1993-cü ildə cavabdeh qaynanası Gülşənəm Rəşidovanın adma alınmış və yaşadıqları evlə üzbə-üz yerləşən 0.08 ha torpaq sahəsində ərim İlhamla birlikdə özlərinə yaşayış evi tikib həmin evə köçsünlər. O, ərə köçməzdən əvvəl Xudat şəhəri 1 saylı orta məktəmində müəllimə işləyir, ərə köçəndən sonra da işini davam etdirmişdir. Bundan da əlavə o, 3-cü qrup əlilliyə görə hər ay pensiya alır. Əmək haqqı ilə pensiya üst-üstə 700 manat təşkil edir. X14 da ayda təxminən 3000 manat məvacib almışdır. N010-cu ilin əvvəllərindən başlayaraq onlar həmin 0,08 ha torpaq sahəsində yaşayış evi tikməyə başlamışlar və N016-cı ildə evi tam tikib qurtardıqdan sonra ailə həmin evə köçərək yaşamağa başlamış, hazırki gündə də o N uşağı ilə birlikdə həmin evdə yaşayır. Cavabdeh olan qaynanası Gülşanəmlə belə razılaşmışlar ki, ev tikdikləri torpaq sahəsi onun adına olduğundan evi tikib qurtardıqdan sonra o, evi adına rəsmiləşdirib, sonradan əri İlhamın, yaxud da onun adına keçirəcəkdir. X9 N7.09.N0N0-ci il tarixdə X10 şəhid olmuşdur. O, cavabdehdən xahiş etmişdir ki, evi onun adıma keçirsin, lakin cavabdeh heç bir səbəb göstərmədən bunu etməkdən imtina edir. Beləliklə, cavabdeh olan qaynanası Gülşənəm ərilə birlikdə öz vəsaitləri ilə tikdikləri evi adına rəsmiləşdirməklə əsassız varlanmışdır. O, əri şəhid olandan sonra N uşaqla tək qalmış, bundan sonra onun ev tikməyə nə gücü, nə də imkanı var. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən XN8 ifadəsində göstərmişdir ki, o, tikinti materialları mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İddiaçının əri mərhum İlham N016-N018-ci illərdə ondan tikinti materialları alıb, pulunu da özü ödəyib. İlhamın aldığı tikinti materiallarının ümumilikdə dəyəri təxminən N5000-30000 manat olub. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində göstərmişdir ki, o, döşəmə ustasıdır, usta kimi iddiaçının yaşadığı evdə işləmişdir. İddiaçının mərhum əri İlhamın tikdirdiyi həmin evdə döşəmə vurmuşdur. Ona zəhmət haqqı olaraq 700 manat pulu İlham vermişdir. İlham şəhid olandan sonra da həmin evdə laminat döşəməsi vurmuşdur, zəhmət haqqını İlhamın qardaşı vermişdir. Həmin evdə usta kimi işləyəndə tikinti zamanı İlhamdan başqa heç kim gəlib tikinti ilə maraqlanmamışdır. İşlədiyim iş üzrə mübahisəli evdə N016-cı ildə işləmiş, həmin ev Xudat şəhəri N-ci şöbədə yerləşir, ikimərtəbəli evdir. Məhkəmə iclasında şahid qismində ifadə verən XN1 ifadəsində göstərmişdir ki, iddiaçının mərhum əri İlham qardaşı olmuşdur, cavabdeh Gülsənəm anasıdır. O, uşaqlıqdan ayrı ailədə yaşamışdır. Qardaşı İlham ailə qurandan sonra atası özünə aid olan torpaq sahəsindən İlhama torpaq sahəsi ayırmışdır ki, İlham özünə həmin torpaq sahəsində ev tiksin. İlham həmin evi öz vəsaiti hesabına tikdi. Lakin valideynləri həmin evi öz adlarına qeydə aldırıblar. Məhkəmə iclasında şahid qismində ifadə verən X15 ifadəsində göstərmişdir ki, tərəflərlə qohumluq münasibəti yoxdur. O, dəfələrlə Amidin mağazasından İlhamın evinə sürücü kimi tikinti materialları daşımışdır. Pulu İlham ödəyirdi, özü evdə olmayanda pulu mağazadan verirdilər. İş materiallarında olan ********** qeydiyyat nömrəli, qeydiyyat tarixi 01.03.N019-cu il olan **********30-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Xudat şəhəri Nci şöbə ünvanında 0.08 ha torpaq sahəsində yerləşən 101,8 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh Qeybalı qızının, torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X1N, X16, X13, X6, X7 və X8 adına daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan N1.1N.N0N0-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X38 şəxsin N saylı regional ərazi filialından 3-cü dərəcə əlilliyə görə ömürlük N33,N0 manat əmək pensiyası alır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi N saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin N1.1N.N0N0-ci il tarixli 155 nömrəli arayışından müəyyən olunur ki, İddiaçı Xudat şəhəri 1 saylı tam orta məktəbində N004-cü ildən müəllim işləyir. DSMF və vergi xərcləri çıxıldıqdan sonra onun aylıq əmək haqqı 476.56 manat məbləğində vəzifə maaşından ibarətdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, XN3 ilə X17 arasında nikah 01.1N.N009-cu ildə bağlanmışdır. Nikahdan sonra qadın ərinin soyadı olan Rəşidova soyadını qəbul etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, XN3 ilə X3 birgə nikahlarından 08.11.N010-cu il təvəllüdlü XN0 və 13.07.N01N-ci il təvəllüdlü XN4 anadan olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, XN3 hərbi əməliyyatlar nəticəsində N7.09.N0N0-ci ildə ölmüşdür. İş materiallarında olan məhkəmə ekspertiza mərkəzinin N1 iyun N0N1-ci il tarixli 10/1N85 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Xaçmaz rayonu Xudat şəhəri N-ci şöbə ünvanında yerləşən fərdi yaşayış evində aparılmış tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 730N7.6 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15N.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.N-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsəsən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümümi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.N və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; N) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.N-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni recimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 3N-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi ilə əlaqədar mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin NN5.1.-ci maddəsinə əsasən ərləarvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.N.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1.-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin N17.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin N17.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin N16-NN0-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin olunsun. Xaçmaz rayonu Xudat şəhəri N-ci şöbə ünvanında yerləşən 0,08 ha torpaq sahəsində inşa edilmiş yaşayış evinin tikintisinə çəkilmiş xərcin (vəsaitin) yarısı, yəni 36513,80 manat məbləğində pul Cavabdeh Qeybalı qızından alınaraq Rəşidova (Əzizova) Samirə Gülbala qızına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-759/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-759/2021
20.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver