Məhkəmə qərarları › İş №2(067)-765/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-765/2022

28.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-765/2022 28.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Güləli qızının və İddiaçı4 Güləli qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Güləli qızı və İddiaçı4 Güləli qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçılar tərəfindən dövlət rüsumu müəyyən olunmuş məbləğdə ödənilməmiş, həmçinin məhkəməyə qədər ilkin mediasiya prosesinə əməl etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 108.3.-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsi ilə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 (yüz) manat dövlət rüsumu ödənilməlidir. İş materiallarında olan 11.01.2022-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçılardan yalnız İddiaçı1 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hazırki iddia tələbi ilə əlaqədar Dövlət rüsumu haqqında Qanununun 8.2-ci maddəsinə əsasən 100 (yüz) manat dövlət rüsumu ödənilməlidir. İddiaçılardan yalnız İddiaçı1 dövlət rüsumunu ödəmişdir. İş üzrə digər iddiaçılar müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəmədiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 152.1.5.-ci maddəsinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçılara izah olunmalıdır ki, göstərilən nöqsanları aradan qaldırmaqla iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüquqları vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Güləli qızının və İddiaçı4 Güləli qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara göstərilən nöqsanları aradan qaldırmaqla iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar