Məhkəmə qərarları › İş №2(067)-768/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-768/2023

19.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-768/2023 19.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, İddiaçı Cavabdeh ASC-yə qarşı zaminliyə xitam verilməsi tələbinə dair iddia ərizəsinə baxaraq,məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh ASC-yə qarşı zaminliyə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi araşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh ASC-nin baş ofisi Nəsimi rayonu Füzuli küçəsində yerləşir. Ona görə də mülki işə Nəsimi Rayon Məhkəməsi baxmalıdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsi əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən, Cavabdeh ASC-nin baş ofisi Nəsimi rayonu Füzuli küçəsində yerləşdiyindən İddiaçı Cavabdeh ASC-yə qarşı zaminliyə xitam verilməsi tələbinə dair iddia ərizəsi Nəsimi Rayon Məhkəməsinə verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq Qəraraaldım: İddiaçı Cavabdeh ASC-yə qarşı zaminliyə xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsi ilə aidiyyatı üzrə Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Ödənilmiş 100 manat (Qəbz №-si **********, ödəniş tarixi xx.xx.2023) məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar