Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-768/2024 12.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, iddiaçı, eyni zamanda digər iddiaçı X6 qanuni nümayəndəsi İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçılar İddiaçı1 və X9 məhkəmədə iddia qaldıraraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********66-10301 nömrəli çıxarışa əsasən onun qəyyumluğunda olan qardaşı İddiaçı2 və cavabdehlərin mülkiyyətində olan 0.05 ha torpaq sahəsindən paylarının torpaq sahəsinin texniki pasportda göstərilən yaşayış evinin Səid Qurbanov küçəsi istiqamətində olan hissəsindən ayrılıb verilməsi, qalan hissələrin cavabdehlərin istifadəsində qalması şərti ilə yuxarıda göstərilən qaydada naturada ayrılması barəsində qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddianı onunla əsaslandırmışlar ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********66-10301 nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən yaşayış evi və evin yerləşdiyi 0.05 ha torpaq sahəsinin 1/5 hissəsi ona, 1/5 hissəsi qəyyumluğunda olan İddiaçı2 məxsusdur və qalan 3/5 hissəsi isə mərhum ataları X7 adına qeydiyyata alınmışdır. Belə ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X8 notariat orqanına müraciət etməmiş və vərəsəlik haqqında şəhadətnamə almamışlar. Bununla belə mərhum ataları X7 adına olan ümumi 3/5 hissə cavabdehlərə çatan hissədir və həmin hissədə də onların hərəsinin 1/5 hissədə payları vardır. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 48 saylı sərəncamı ilə ikinci İddiaçı2 üzərində qəyyum təyin edilmiş və onu da təmsil edir. Cavabdehlərə təklif etmişdir ki, torpaq sahəsini texniki pasportda göstərilən yaşayış evinin Səid Qurbanov küçəsi istiqamətində olan hissəsindən ayrılıb ona verilsin, bu halda yaşayış evindən ümumiyyətlə pay tələb etmir. Cavabdehlər təklifinə heç bir münasibət bildirməmişlər. Təklif etdiyi qaydada bölgü aparılarsa, yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi zəbt olunmuş sahə ilə birlikdə cavabdehlərin istifadəsində qalar. O isə özünə və qəyyumluğunda olan İddiaçı2 məxsus hissə ilə birlikdə öz paylarını ayırıb hasara almaqla istifadə edə bilərlər. Məhkəmə iclasında iddiaçı, eyni zamanda digər iddiaçı X6 qanuni nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək göstərmişdir ki, o, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2024-cü il tarixli ekspert rəyi ilə razı deyil və iş üzrə təkrar ekspertiza təyin edilməsini xahiş edir. Ona görə ki, ərazinin 2 çıxışı var, bölgü aparılması mümkündür. Lakin ekspert rəyində qeyd etmişdir ki, bölgünün aparılması mümkün deyil. Təkrar ekspertiza keçirilməsinə dair vəsatətini məhkəməyə təqdim etmişdir. İddiaçı məhkəmə iclasında təkrar ekspertizanın keçirilməsini xahiş edərkən, bu dəfə “ekspertlə müvafiq razılıq” əldə edəcəyini bildirmişdir. Məhkəmə iddiaçının bu ifadəsinə tənqidi yanaşaraq, iddiaçının ekspertlə qeyri-prosessual münasibətlərə daxil olacağında dair şübhələr olmasını, həmçinin keçirilmiş ekspertiza üzrə rəyin tam dolğun və kifayət olmasını, təkrar ekspertizanın keçirilməsinə heç bir ehtiyacın olmamasını hesab edərək, vəsatəti rədd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişlər ki, iddiaçının öz evi var. Payı var, payına etiraz etmirlər. Hazırda evdə onlar birlikdə yaşayırlar. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən yaşayış evi və evin yerləşdiyi 0.05 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə 1/5 hissə İddiaçı1, 1/5 hissə İddiaçı2, 3/5 hissə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, Xaçmaz şəhəri, Bəhram Məcidov küçəsi ev 2 ünvnında yerləşən 0.05 ha torpaq sahəsindən İddiaçı1, X6 Cavabdeh1, Cavabdeh2 və X2 1/5 hissədə paylarının naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.2.-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, bu qəbildən olan (daşınmaz əmlakın naturada ayrılması) mülki işlər yalnız müvafiq ekspertizanın keçirilməsi və ekspert tərəfindən verilmiş rəyə uyğun həll edilməlidir. Hazırki iş üzrə keçirilmiş məhkəmə mühəndis texniki-ekspertizasının rəyinə uyğun isə, mübahisəli daşınmaz əmlakın naturada ayrılması mümkün deyildir. Belə olan halda, iddiaçı AR Mülki Məcəlləsinin 220.3-cü maddəsində göstərilən tələblərə riayət etməklə (Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir) hüquqlarından istifadə edə bilər. Yuxarıda qeyd olunanlara əsasən və ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş məhkəmə xərcləri iddiaçılara aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı1n və X5 alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-768/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-768/2024
12.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver