Məhkəmə qərarları › İş №2(067)-77/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-77/2023

22.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-77/2023 22.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi və ondan payın ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********77 reyestr nömrəli çıxarışlar xüsusi mülkiyyət hüququ tanınan Xaçmaz rayonu Ağaverdioba kəndində yerləşən paylı mülkiyyət olan 1,5750 ha torpaq sahəsindən pay hüququ ilə ona məxsus 1/3 hissəsinin naturada ayrılaraq Cavabdeh1 və Cavabdeh2 paylara münasibətdə alınaraq, ona verilməsi, torpaq bölgüsünün aparılması üçün ödədiyi 20,40 manat xidmət haqqının, iddia ərizəsinin tərtib edilməsində hüquqi xidmətlər göstərmiş "xxxx" MMC-yə ödədiyim 100 manat xidmət haqqının, eləcə də 100 manat dövlət rüsumunun, cəmi - 220,40 manat pulun - yəni işə baxılması ilə əlaqədar məhkəmə məsrəflərinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu Ağaverdi-oba kəndində ümumi sahəsi 1,5750 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında ona, qardaşı Cavabdeh2 və qardaşı oğlu Cavabdeh1 mənsubdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli və **********77 Daşmmaz Əmlakın Reyestr nömrəli çıxarışına əsasən adı çəkilən torpaq sahəsinin 1/3 hissəsi ona digər 1/3 hissəsi cavabdehlərə məxsus olmaqla qeydə alınmışdır. Cavabdehlər 2019-cu ildən bu vaxta kimi ona məxsus torpaq payından istifadə etməyə ona imkan vermirlər və onun mülkiyyət hüquqlarını pozurlar. Hər il torpaqda olan fındıq bağını yığıb məhsulu satırlar. Ona düşən payı isə vermirlər. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək bildirmişdir ki, torpağın bölgü sxemini hazırlayıb, ona düşən payı ayırsınlar. Lakin cavabdehlər bölgü prosesində iştirak etməkdən imtina etdikləri üçün bu mümkün olmamışdır. xx.xx.2022-ci il tarixli 5 saylı Xaçmaz Ərazi İdarəsi ərizəsinin icrasından imtina olunması barədə məlumat göndərmişdir Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o torpaq payının bölünüb verilməsini istəyir. Mütəxəssis gəlib yeri ölçüb onun payını göstərmişdir. Ekspert rəyi ilə razıdır, ekspert rəyinə uyğun payının ayrılmasına, bölgü zamanı yol verilməklə ona boş torpaq sahəsinin verilməsinə, həmçinin ümumi paylı mülkiyyətlərində olan torpaq sahəsindən 0,46 ha payının ayrılıb ona verilməsinə etiraz etmir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək göstərmişdir ki, paylarının bölünməsinə razıdır. Ancaq onların torpaq sahəsi zəbt olunub, tam deyil. Bunun nəzərə alınmasını xahiş edir. Həm də ərazidə yarım hektaradək fındıq bağı salmışdır, qalan ərazi boş torpaqdır. Bölgü aparılarkən fındıq bağının onda qalmasını istəyir. Ümumi paylı mülkiyyətlərində olan torpaq sahəsindən 0,46 ha payın ayrılıb iddiaçıya verilməsinə razıdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində digər Cavabdeh1 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********77 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonunun Ağaverdioba kəndində 1,5750 ha torpaq sahəsi birgə mülkiyyət hüququ üzrə 1/3 hissə İddiaçı, 1/3 hissə Cavabdeh1, 1/3 hissə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 100 manat pul ödənilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən torpaq bölgüsünün aparılması üçün 20,40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan qəbzdən müəyyən edilir ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bununla yanaşı məhkəmə hesab edir ki, hüquqi yardıma görə cavabdehdən 100 manat məbləğində pulun alınması məqsədə müvafiqdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3172 nömrəli ekspert rəyindən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli, **********77 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən paylı mülkiyyət olan 1,5750 torpaq sahəsinin paylı mülkiyyətçilər arasında naturada bölgüsü mümkündür. xx.xx.2019-cu il tarixli, **********77 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən paylı mülkiyyət olan 1,5750 torpaq sahəsinin paylı mülkiyyətçilər arasında naturada faktiki istifadəsində olan 1,40 ha torpaq sahəsinin bölgüsü mümkündür. Həmin bölgü hansı variantlarda olması sxemdə əks olunur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.2.-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsuslu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, ekspert və mütəxəssis rəylərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin olunsun. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********77 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Xaçmaz rayonunun Ağaverdioba kəndində yerləşən birgə mülkiyyətdə olan 1,5750 ha torpaq sahəsinin pay hüququ ilə İddiaçı məxsus 1/3 hissəsi, yəni 0,467 ha hissəsi ümumi torpaq sahəsinin boş hissəsindən naturada ayrılaraq, İddiaçı verilsin. Torpaq bölgüsünün aparılması üçün ödənilən 20,40 manat xidmət haqqı, hüquqi yardıma görə ödənilmiş 100 manat xidmət haqqı, ödənilmiş 100 manat dövlət rüsumu, cəmi 220,40 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. İddia qalan hissədə təmin edlməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar