Məhkəmə qərarları › İş №2(067)-781/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-781/2022

31.01.2022 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-781/2022 31.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, Ərizəçi ölüm şəhadətnaməsində dəyişiklik edilməsinə dair ərizəsinin mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : Ərizəçi 01.08.1994-cü il təvəllüdlü oğlu X1 27.05.2020-ci il tarixdə ölməsi və ölümə səbəb kimi “heroinlə zəhərlənmə” göstərilmiş, 05.11.2021-ci il tarixli, 788 №-li ölüm haqqında şəhadətnamədə dəyişiklik olunaraq ölümün səbəbi “Ağır qapalı kəllə-beyin travması. Baş-beyinin əzilməsi. Komatoz vəziyyət. Alnın sol nahiyyəsinin sol tərəfdən əzilməsi və qançırı. Sağ saidin sıyrılmış yarası” diaqnozu ilə vəfat etməsini ölüm haqqında şəhadətnamədə qeyd edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsinin 05.11.2021-ci il tarixli arayışından müəyyən olunur ki, Aydəmirov Mir-Əli İsmayıl oğlu 27.05.2020-ci il tarixdə “heroinlə zəhərlənmə” nəticəsində vəfat etmişdir. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 8.1-ci bəndinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Həmin qərarın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Həmin Qərarın 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası İPM-nin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunanlara əsasən müəyyən olunur ki, ərizəçi ölüm haqqında qeyddə oğlunun ölüm səbəbinə düzəlişin edilməsi ilə bağlı ilk növbədə qeyd olunan qeydi aparmış Xaçmaz rayon Qeydiyyat şöbəsinə müraciət etməli, qeydiyyat orqanı düzəlişin edilməsindən imtina etdiyi halda, həmin orqanın qərarı, hərəkət və ya hərəkətsizliyi ilə bağlı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılması üçün İnzibati Məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : Ərizəçi ölüm şəhadətnaməsində dəyişiklik edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar