Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-784/2021 19.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi lə, iddiaçı Babayeva (Kəlbəliyeva) Könül Məmmədağa qızının, cavabdehlər Cavabdeh5, Saruxanova (Kəlbəliyeva) Elnurə Məmmədağa qızı, Babayeva (Kəlbəliyeva) Aynurə Məmmədağa qızı və Fərzəliyeva (Kəlbəliyeva) Şəkər Məmmədağa qızının iştirakları ilə, iddiaçı Babayeva (Kəlbəliyeva) Könül Məmmədağa qızının cavabdehlər Cavabdeh5, Saruxanova (Kəlbəliyeva) Elnurə Məmmədağa qızı, Babayeva (Kəlbəliyeva) Aynurə Məmmədağa qızı, Fərzəliyeva (Kəlbəliyeva) Şəkər Məmmədağa qızı və Cavabdeh4 qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən olunması və ayrılması tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Babayeva (Kəlbəliyeva) Könül Məmmədağa qızının cavabdehlər Cavabdeh5, Saruxanova (Kəlbəliyeva) Elnurə Məmmədağa qızı, Babayeva (Kəlbəliyeva) Aynurə Məmmədağa qızı, Fərzəliyeva (Kəlbəliyeva) Şəkər Məmmədağa qızı və Cavabdeh4 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN-129, KOD 30210058 saylı Dövlət Aktı ilə birgə mülkiyyətlərinə verilmiş Xaçmaz rayonu, Sayad kəndi ərazisində yerləşən 6.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payını müəyyən etməklə ayrılaraq istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Babayeva (Kəlbəliyeva) Könül Məmmədağa qızı iddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 2 saylı qərarı ilə ailə başçısı mərhum atası X2 rayonunun Sayad kəndi ərazisində cəmi 6,15 ha pay torpaq sahəsi verilmişdir. Torpaq sahəsindən hər birinin payı 0,878 ha təşkil edir. O, torpaq sahəsindən payımın müəyyən edilməsini və ayrılmasını istəyir, lakin torpaq sahəsinin hansı hissədən ayrılması barədə razılığa gələ bilmirlər.Məhkəmə qaydasında torpaq sahəsi ayrılaraq istifadələrinə veriləcəyi halda cavabdehlərin buna etiraz etməyəcəklərinə ümid edir. Məhkəmə iclasında iddiaçı Babayeva (Kəlbəliyeva) Könül Məmmədağa qızı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq sosial yardım almaq üçün torpaq sahəsindən payımın müəyyən edilməsini və ayrılıb ona verilməsini istədiyini bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh4 iştirakı olmadan baxımasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh5, Saruxanova (Kəlbəliyeva) Elnurə Məmmədağa qızı, Babayeva (Kəlbəliyeva) Aynurə Məmmədağa qızı və Fərzəliyeva (Kəlbəliyeva) X3 rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onlara və mərhum X2 rayonunun Sayad kəndi ərazisində cəmi 6,15 ha pay torpaq sahəsi verildiyini, torpaq sahəsindən hər birinin payının 0,878 ha təşkil etdiyini, iddiaçının payının müəyyən edilməsinə və torpaq sahəsinin istənilən yerindən ayrılıb ona verilməsinə etiraz etmədiklərini bildirərək, iddianın təmin edilməsinə etiraz etməmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-129, KOD 30210058 saylı Dövlət Aktından müəyyən olunur ki, X1, Babayeva (Kəlbəliyeva) Könül Məmmədağa qızı, Cavabdeh5, Saruxanova (Kəlbəliyeva) Elnurə Məmmədağa qızı, Babayeva (Kəlbəliyeva) Aynurə Məmmədağa qızı, Fərzəliyeva (Kəlbəliyeva) Şəkər Məmmədağa qızı və Cavabdeh4 birgə mülkiyyətlərinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 2 saylı qərarı ilə Xaçmaz rayonunun Sayad kəndi ərazisində cəmi 6,15 ha pay torpaq sahəsi verilmişdir. AZ-İ seriyalı, 751566 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X1 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissəsinin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Azərbaycan Respublikası MM-nin 220.1.-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin məcəllənin 220.2.-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin məcəllənin 220.3.-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə işin hallarını araşdırıb, cavabdehlərin də iddianın təmin edilməsinə etiraz etməmələrini və payın torpaq sahəsinin hansı hissəsindən ayrılması barədə tərəflər arasında mübahisə olmamasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, torpağa mülkiyyət hüququna dair JN-129, KOD 30210058 saylı Dövlət Aktı ilə iddiaçının və cavabdehlərin birgə mülkiyyətlərinə verilmiş Xaçmaz rayonu, Sayad kəndi ərazisində yerləşən 6.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçı Babayeva (Kəlbəliyeva) Könül Məmmədağa qızının payı 0.87 ha müəyyən edilməklə naturada ayrılmalıdır. Məhkəmə nəzərə alır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Babayeva (Kəlbəliyeva) Könül Məmmədağa qızının cavabdehlər Cavabdeh5, Saruxanova (Kəlbəliyeva) Elnurə Məmmədağa qızı, Babayeva (Kəlbəliyeva) Aynurə Məmmədağa qızı, Fərzəliyeva (Kəlbəliyeva) Şəkər Məmmədağa qızı və Cavabdeh4 qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən olunması və ayrılması tələbinə dair iddiası təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-129, KOD 30210058 saylı Dövlət Aktı ilə iddiaçının və cavabdehlərin birgə mülkiyyətlərinə verilmiş Xaçmaz rayonu, Sayad kəndi ərazisində yerləşən 6.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçı Babayeva (Kəlbəliyeva) Könül Məmmədağa qızının payı 0.87 ha müəyyən edilsin və həmin pay naturada ayrılsın. İddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehlər Cavabdeh5, Saruxanova (Kəlbəliyeva) Elnurə Məmmədağa qızı, Babayeva (Kəlbəliyeva) Aynurə Məmmədağa qızı, Fərzəliyeva (Kəlbəliyeva) Şəkər Məmmədağa qızı və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçı Babayeva (Kəlbəliyeva) Könül Məmmədağa qızına ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-784/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-784/2021
19.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver