Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-81/2020 17.03.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X15, İddiaçı, Cavabdeh X9, Müstəqil tələb irəi sürməyən üçüncü şəxs X10 iştirakları ilə İddiaçı cavabdeh X11 qarşı «Mirasın qəbulu faktının müəyyən edilməsi və miras əmlakdan payların ayrılması tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X4 miras qalmış ünvan 1 saylı ünvanda yerləşən 0,04 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 62,0 kv.m yaşayış sahəsi, 164,0 kv.m köməkçi sahəsi, 226,0 ümumi sahəsi olan fərdi yaşayış evindən ¼ hissədə payının müəyyən edilməsi, payın naturada bölünməklə 24,0 kv.m olan alt-üst otaqların onun istifadəsində saxlanılması, həyətyanı torpaq sahəsindən otaqlardan açdığı giriş-çıxış qapısı istiqamətində payına düşən 0,01 ha həyətyanı torpaq sahəsinin naturada istifadəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmşdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə digər proses iştirakçılarının fikrini dinləyərək müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mərhum atası X5 vəfatından sonra ondan miras qalmış ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən payına münasibətdə mirasın tərəfindən qəbul edildiyinin müəyyən edilməsi, həmçinin həmin yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən ¼ hissədə payının müəyyən edilməsi, fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən payına düşən ¼ hissə, yaşayış evinin 24,0 kv.m olan alt-üst otaqlarının, həyətyanı torpaq sahəsinin isə 0,01 ha hissəsinin istifadə etdiyi otaqlardan giriş-çıxış qapısı açdığı istiqamətdə naturada bölünməklə istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını hazırki həcmdə müdafiə edərək izahatında göstərmişdir ki, onun atası X12, anası isə Abasova Böyükxanım Əli qızı olmuşlar. Anası Abasova Böyükxanım Əli qızı xx.xx.2007-ci il tarixdə, atası X12 isə xx xxxx 2013-cü il tarixdə vəfat etmişdir. Valideynləri birgə yaşadıqları dövrdə 0,04 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən ünvan 1 saylı yaşayış evini tikmişlər. Yaşayış evi və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi mərhum atası X5 adına qeydə alınmışdır. Atasının ölümündən sonra ev və torpaq sahəsi miras qalmışdır. Onun vəfatından sonra həmin evdə o, cavabdeh olan qardaşı Cavabdeh və üçüncü şəxslərdən bacısı Kəmalə Mahmudova yaşayırlar. Ev 3 otaqdan, 1 eyvandan və giriş qəfəsindən ibarətdir. Yaşayış evi 2 mərtəbəlidir. Evin 3 otağı cavabdehin istifadəsində, 2 otağı isə üçüncü şəxs Kəmalə Mahmudovanın istifadəsindədir. O, evin birinci mərtəbədə olan 24,0 kv.m olan otağından istifadə edir. Həmin otaqdan özünə ayrı giriş-çıxış açmışdır. Cavabdeh isə özünə aid hissədən istifadə edir. Həmçinin bacısı Kəmalə də özünün yaşayış sahəsini ayırmışdır. O, evin həyətyanı torpaq sahəsindən payına düşən 0,01 ha hissəni istifadəsində olan otağın istiqamətində istifadə edir və bu torpaq sahəsindən otaqa giriş-çıxış qapısı açmışdır, hətta həmin hissədə yardımçı tikililər də tikmişdir. Onun istifadə etdiyi 24.0 kv.m olan otaq darısqal olduğundan o, həmin otağın üstündə yerləşən 24,0 kv.m-lik otağın da ona verilməsini cavabdehdən istəmişdir ki, alt-üst 24,0 kv.m 2 otaq onun istifadəsində olsun. Həmin otaqların birindən digərinə giriş-çıxış açmaq mümkündür. Lakin cavabdeh bundan imtina etmişdir. Hal-hazırda istəyir ki, miras əmlakdan paylar sənəd üzrə müəyyən edilsin və əmlaklar istifadələrinə uyğun olaraq naturada bölünsün. Lakin cavabdeh qarşılıqlı razılaşmadan imtina edir və vərəsələliklə bağlı bölgüyə razılaşmır. İş mübahisə xarakterli olduğundan notarius tərəfindən vərəsəlik işinin aparılması mümkün olmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddiasının hazırki həcmdə təmin edilməsini, mərhum atası X5 vəfatından sonra ondan miras qalmış ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən payına münasibətdə mirasın tərəfindən qəbul edildiyinin müəyyən edilməsi, həmçinin həmin yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən ¼ hissədə payının müəyyən edilməsi, fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən payına düşən ¼ hissə, yaşayış evinin 24,0 kv.m olan alt-üst otaqlarının, həyətyanı torpaq sahəsinin isə 0,01 ha hissəsinin istifadə etdiyi otaqlardan giriş-çıxış qapısı açdığı istiqamətdə naturada bölünməklə istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iş üzrə İddiaçı onun doğma bacısıdır. İddiaçı olan bacısı iddia ərizəsində qanunla nəzərdə tutulmuş qaydada və müddətdə mirasın tərəfindən qəbul edilməsini əsaslandıra bilməmiş və o, əslində mirası qəbul etməmişdir. Belə ki, onların valideynləri X12 və Abasova (Quliyeva) Böyükxanım Əli qızı xx xxxxxx 1971-ci ildə rəsmi nikah əsasında evlənmişlər. Birgə nikah dövründə, yəni 1984-cü ildə mübahisə predmeti olan yaşayış evini inşa etmişlər. Evin texniki pasportunda evin tikilmə tarixi 1984-cü il göstərilmişdir. Həmin əmlak xx xxxxxx 2003-cü il tarixdə 5351 reyestr nömrə ilə X5 adına qeydiyyata alınmış və adına qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Mübahisə predmeti olan əmlak valideynlərinin birgə nikahları dövründə əldə edildiyindən həmin əmlak onların ümumi əmlakı sayılır və qanuna görə payları bərabərbir. Valideynlərinin birgə nikahlarından 1973cü ildə o, 1976-cı ildə Kəmalə, 1978-ci ildə Samir və 1983-cü ildə Pərvanə adlı dörd uşaqları doğulmuşdur. Anaları Böyükxanım Abasova xx xxxxxxxx 2007-ci ildə, ataları Əsədulla Abasov xx xxxx 2013-cü ildə vəfat etmişlər. Valideynlərinin vəfatı ilə mübahisə predmeti olan əmlaka vərəsəlik açılmışdır. Analarına məxsus ½ hissəyə vərəsəlik açılan zaman İddiaçı ər evində yaşamış, yəni 2001-ci ildə X13 ilə ailə quraraq ər evinə köçmüşdür. Dgər bacısı X6isə 1995-ci ildə X14 ilə ailə quraraq ər evinə köçmüşdür. Anaları vəfat edərkən evdə ataları Əsədulla, o və qardaşı Samir yaşamaqla mirası faktiki surətdə qəbul etmişlər. Ataları X12 isə xx xxxx 2013-cü ildə vəfat edərkən, evdə yalnız o və ailə üzvləri yaşamışlar, qanunda nəzərdə tutulmuş müddətdə o, həmin evdə yaşamaqla, əmlakı idarə etməklə mirası faktiki surətdə qəbul etmişdir. Başqa sözlə atasına aid hissə bütövlükdə miras əmlak olaraq tərəfindən qəbul edilmişdir. 2015-ci ildə iddiaçı olan bacısı İddiaçı onun yanına gələrək xahiş etmişdir ki, evin birinci mərtəbəsindəki 24 kv.m sahəsi olan otağı ona versin, özü öz vəsaiti hesabına təmir edib qayıdıb yaşamaq istəyir. Beləliklə 2015-ci ildən etibarən Pərvanə bir övladı ilə birlikdə evə qayıtmış və həmin otağı təmir edərək otağın qarşısında əlavə bir otaq inşa etmiş, həmin hissədə sanitar qovşağı, hamam və saxlanc yeri tikdirərək, faktiki olaraq bu qaydada naturada bölgü aparılmışdır. Pərvanə evə qayıtmamışdan bir neçə ay əvvəl bacısı Kəmalə də evə qayıdaraq, evin birinci mərtəbəsindəki balkon və digər otaqlarda üç övladı ilə birgə yaşamağa başlamışdır. Qardaşı Samir 2008-ci ildə ailə quraraq ata evindən çıxmış və sonradan özünə ev tikərək ailəsi ilə birlikdə özünə məxsus evdə yaşayır. İddiaçı iddia tələbində evin 2-ci mərtəbəsindəki 24 kv.m ümumi sahəsi olan otağında istifadəsində olduğunu göstərərək alt-üst iki otağın ona verilməsini tələb edir. Halbuki, iddiaçının evin 2ci mərtəbəsində heç bir əmlakı yoxdur və olmamışdır. Məhkəmənin təşəbbüsü ilə keçirilmiş tikinti-texniki ekspertizanın xx xxxxxx 2019-cu il tarixli, 21341 saylı ekspert rəyinin təsviri hissəsində də göstərilmişdir ki, baxış zamanı yaşayış evinin birinci mərtəbəsinin 1,2,4 saylı otaqlardan X2, 3 saylı otaqdan İddiaçı, 1-ci mərtəbənin 5-ci və 2ci mərtəbənin bütün otaqlarının onun istifadəsində olduğu müəyyən olunmuşdur. Göründüyü kimi ekspert rəyində də 2-ci mərtəbənin tam onun istifdəsində olması təsdiqlənmişdir. İddiaçı qanunla nəzərdə tutulmuş müddətdə və qaydada mirası qəbul etməsə də, faktiki bölgü əsasında evin 1-ci mərtəbəsindəki 24 kv.m otağın, habelə özünün tikdirdiyi otağın və köməkçi vasitələrin yerləşdiyi hissənin (torpaq sahəsinin) iddiaçının istifadəsinə verilməsinə etirazı yoxdur. Əlavə olaraq bildirir ki, həm İddiaçı, həm də digər bacısı Kəmalə Mahmudova yuxarıda göstərilən faktiki olaraq naturada öz paylarını ayırmış, bütün kommunikasiya xətlərini ayıraraq öz hissələrinə əlavə giriş-çıxış qapısı qoyaraq istifadə edirlər. Onun və ailə üzvlərinin giriş-çıxış qapısı tamamilə ayrıdır. Beləliklə də bacısı İddiaçı ər evindən qayıtdıqdan sonra ona ata evində istənilən şəraiti yaratmışdır. Hazırda onun əlavə tələblərini əsassız hesab edir və iş üzrə qanuni qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 izahatında göstərmişdir ki, iş üzrə İddiaçı onun doğma bacısı, Cavabdeh və müstəqil tələb irəli surməyən üçüncü şəxs X16 isə onun doğma qardaşlarıdır. O da ünvan 2 saylı evdə yaşayır və evin 3 otağı onun istifadəsindədir. Hazırda iddiaçı olan bacısı İddiaçı məhkəmədə iddia qaldıraraq mərhum atası X4 miras qalmış ünvan 2 saylı ünvanda yerləşən 0,04 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 62,0 kv.m yaşayış sahəsi, 164,0 kv.m köməkçi sahəsi, 226,0 ümumi sahəsi olan fərdi yaşayış evindən ¼ hissədə payının müəyyən edilməsi, payın naturada bölünməklə 24,0 kv.m olan alt-üst otaqların onun istifadəsində saxlanılması, həyətyanı torpaq sahəsindən otaqlardan açdığı giriş-çıxış qapısı istiqamətində payına düşən 0,01 ha həyətyanı torpaq sahəsinin naturada istifadəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Həqiqətən də iddiaçı olan bacısı İddiaçı ataları X3 ikən və vəfat etdikdən sonra ondan miras qalmış Xaçmaz şəhəri M.Ə.Sabir küçəsi 59 saylı evdə yaşamış, evin və həyətyanı torpaq sahəsinin bir hissəsi Pərvanənin istifadəsindədir. O, iş üzrə qanuni qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasıda dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 göstərmişdir ki, onun atası X12, anası isə Abasova Böyükxanım Əli qızı olmuşlar. Anası Abasova Böyükxanım Əli qızı xx.xx.2007-ci il tarixdə, atası X12 isə xx xxxx 2013-cü il tarixdə vəfat etmişdir. ünvan 2 saylı ünvanda yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi mərhum atası X5 adına qeydə alınmışdır. Atasının ölümündən sonra ev və torpaq sahəsi miras qalmışdır. Onun vəfatından sonra həmin evdə hazırda bacısı İddiaçı, qardaşı Cavabdeh və digər bacısı Kəmalə Mahmudova yaşayırlar. Həqiqətən də iddiaçı olan bacısı İddiaçı ataları X3 ikən və vəfat etdikdən sonra ondan miras qalmış Xaçmaz şəhəri M.Ə.Sabir küçəsi 59 saylı evdə yaşamış, evin və həyətyanı torpaq sahəsinin bir hissəsi Pərvanənin istifadəsindədir. O, həmin miras evdən çıxmış və hazırda başqa ünvanda yaşayır. Həmin əmlakdan payların qanuna müvafiq qaydada ayrılmasına heç bir etirazı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyb, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə həmin qənaətə aşağıdakı sübutların məcmusuna əsasən gəlir: Belə ki, iş materiallarında olan xx xxxxxx 1971-ci il tarixli, AZ seriyalı, 217811 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin valideynləri X12 və Abasova Böyükxanım Əli qızı xx xxxxxx 1971-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər İş materiallarında olan xx xxxxxx 20183-cü il tarixli, İX-JQ seriyalı, 403553 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1983-cu il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur, onun valideynləri X12 və Abasova Böyükxanım Əli qızı olmuşlar. İş materiallarında olan xx xxxxx 1972-ci il tarixli, İİ-JQ seriyalı, 258392 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxx 1973-cü ildə Xaçmaz şəhərində anadan olmuş, onun valideynləri X12 və Abasova Böyükxanım Əli qızı olmuşlar. İş materiallarında olan xx xxx 1978-ci il tarixli M-JQ seriyalı, 467743 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, müstəqil tələb irəli surməyən üçüncü şəxs X16 xx xxxx 1978-ci ildə Xaçmaz şəhərində anadan olmuş, onun valideynləri X12 və Abasova Böyükxanım Əli qızı olmuşlar. İş materiallarında olan xx xxxx 1976-cı il tarixli, İX-JQ seriyalı, 350315 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, müstəqil tələb irəli surməyən üçüncü şəxs Mahmudova (Abasova) Kəmalə Əsədulla qızı xx xxx 1976-cı ildə Xaçmaz şəhərində anadan olmuşdur, onun valideynləri X12 və Abasova Böyükxanım Əli qızı olmuşlar. İş materiallarında olan xx xxxxxx 2003-cü il tarixli, 5351 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X5 adına qeydə alınmışdır. İş materiallarında olan fərdi yaşayış evinə dair 6512 ünventar nömrəli texniki pasportun surətindən görünür ki, ünvan 1 saylı yaşayış evi X5 adına qeydə alınmışdır. Yaşayış evi iki mərtədən, 226,0 kv.m ümumi sahədən, 62,0 kv.m yaşayış sahəsindən, 164, 0 kv.m köməkçi sahədən ibarətdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X22 xx xxxxx 2019-cu il tarixli, **********35 nömrəli mətkbundan və həmin məktuba əlavə edilmiş Xaçmaz rayon X23 İcraiyyə Komitəsinin xx xxxx 1984-cü il tarixli iclasının 11 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, X7 ünvan 2 saylı ünvandan 400 kvöm fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılmış və həmin ünvanda yerləşən fərdi yaşayış evi Xaçmaz rayon Tİ və MHQ İdarəsi tərəfindən 5351 reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında mərhum X5 adına qeydə alınmışdır. İş materiallarında olan xx xxx 2019-cu il tarixli, AZ-İİ seriyalı, 011756 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Abasova Böyükxanım Əli qızı xx xxxxxxxx 2007-ci il tarixdə Xaçmaz şəhərində vəfat etmişdir. İş materiallarında olan xx xxxxx 2018-ci il tarixli, AZ-İİ seriyalı, 011692 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxx 2013-cü il tarixdə Xaçmaz şəhərində vəfat etmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər X25 üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 62 nömrəli arayışdan görünür ki, mərhum X12 həqiqətən ünvan 1 saylı ünvanda yaşamış və xx xxxx 2013-cü il tarixdə vəfat etmişdir. X25 üzrə nümayəndəlikdə olan məlumata əsasən onun vərəsələri olaraq qızları Mahmudova (Abasova) Kəmalə Əsədulla qızı və İddiaçı, oğlanları Cavabdeh və X17 qalmışlar. Ölümündən sonra evi və təsərrüfatı vərəsələrindən Cavabdeh və İddiaçı idarə edir. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin xx xxxxxx 2019-cu il tarixli, 21341 saylı rəyindən görünür ki, aparılmış tədqiqat zamanı rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1 saylı ünvanda yerləşən 0,04 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 62,0 kv.m yaşayış sahəsi, 164,0 kv.m köməkçi sahəsi, 226,0 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin 4 (dörd) hissəyə təcrid mənzillər şəklində bölünməsi, İnşaat Norma və Qaydalarının 2.08.0189*-nun 1.1., 2.2., 2.4, 2.9-cu bəndlərinin və Məhkəmə X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. ünvan 1 saylı ünvanda yerləşən yaşayış evinin 24,4 kv.m olan alt-üst otaqlarının naturada bölünməklə iddiaçının istifadəsində saxlanılması və 0,04 ha həyətyanı torpaq sahəsindən, həmin evin 24,0 kv.m olan alt-üst otaqlarından açılmış giriş-çıxış qapısı istiqamətindən iddiaçının payına düşə biləcək 100,0 kv.m torpaq sahəsindən istifadəsində olan 60,0 kv.m torpaq sahəsinin həmin hissədən naturada bölünərək iddiaçının istifadəsinə verilməsi texniki cəhətdən mümkündür. Bunun üçün hansı işlərin görülməsi rəyin tədqiqat hissəsində göstərilənlərə və rəyə əlavə olunmuş plan sxemdə ətraflı göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflərin, müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının atası X12, anası isə Abasova Böyükxanım Əli qızı olmuşlar. Onlar xx xxxxxx 1971-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Əsədulla ilə Böyükxanımın birgə nikahlarından Kəmalə, Pərvanə, Mais və Samir adlı dörd nəfər uşaqları anadan olmuşdur. İddiaçının valideynləri birgə nikah dövründə 1984-cü ildə ünvan 1 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsi alaraq həmin torpaq sahəsində 1984-cü ildə fərdi yaşayış evi tikmişlər. Fərdi yaşayış evi X5 adına qeydə alınmışdır. İddiaçının anası Abasova Böyükxanım Əli qızı xx.xx.2007-ci il tarixdə, atası X12 isə xx xxxx 2013-cü il tarixdə vəfat etmişdir. Əsədulla Abasovun ölümündən sonra ünvan 1 saylı ünvanda yerləşən yaşayış evi və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi ondan miras qalmışdır. Əsədulla Abasov vəfat etdiyi günədək miras əmlaklara dair vəsiyyətnamə qoymamışdır. Sonuncunun vəfatından sonra həmin evdə İddiaçı, cavabdeh qardaşı Cavabdeh və üçüncü şəxslərdən Kəmalə Mahmudova yaşamışlar və hal-hazırda da həmin ünvanda yaşayırlar. Miras qalmış ev və torpaq sahəsi İddiaçı, Cavabdeh və üçüncü şəxs Kəmalə Mahmudova tərəfindən faktiki olaraq natura şəklində aralarında bölünməklə istifadə olunur. Yaşayış evi 2 mərtəbəli olmaqla hər mərtəbə 3 otaqdan, 1 eyvandan və giriş qəfəsindən ibarətdir. İddiaçı evin birinci mərtəbəsində yerləşən 24,0 kv.m olan 1 otağından istifadə edir. Bundan başqa Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kəmalə Abasova da miras evdən özlərinə yaşayış sahəsi ayırmışlar. İddiaçı evin həyətyanı torpaq sahəsinin 0,01 ha hissəndən istifadə edir və bu torpaq sahəsi iddiaçının istifadə etdiyi otağın istiqamətinə uyğundur. İddiaçı evə giriş-çıxış qapısını istifadə etdiyi otağın isiqamətində istifadəsində olan torpaq sahəsindən açmış, hətta həmin hissədə yardımçı tikililər də tikmişdir. İddiaçı miras əmlakdan payların sənəd üzrə müəyyən edilməsini və əmlakların istifadələrinə uyğun olaraq naturada bölünməsini istəyir. Lakin cavabdeh qarşılıqlı razılaşmadan imtina etdiyindən və vərəsələliklə bağlı bölgüyə razılaşmdığından notarius tərəfindən vərəsəlik işinin aparılması mümkün olmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. xx xxxx 1996-cı ildə qəbul edilmiş «Torpaq islahatı haqqında» 155-İQ nömrəli (xx xxxxxx 2000-ci il tarixdən xx xxxxxx 2008-ci il tarixədək olan əlavə və dəyişikliklərlə) Azərbaycan Respublikası Qanununun 9-10-cu maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş «vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlarının onların mülkiyyətinə verilməsi haqqında» (xx xxxx 2001-ci il, xx xxxxxx 2001ci il və xx xxx 2006-cı il tarixli əlavələr və dəyişikliklərlə) «əsasnamə»yə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin həyətyanı torpaq sahələri qanunvericilikdə müəyyən olunmuş qaydada qanuni istifadədə olduğu ölçülər daxilində əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilir. Məhkəmə hesab edir ki, ünvan 1 saylı ünvanda yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi 1984-cü ildə mərhum X5 qanuni istifadəsinə ayrılmaqla həmin ildən onun daimi istifadəsində olan torpaq sahəsi olduğundan o, həmin torpaq sahəsinə torpaq islahatı haqqında qanunvericiliyə müvafiq olaraq mülkiyyət hüququ əldə etmiş və ona görə də qeyd olunan torpaq sahəsi Əsədulla Abasovundan miras qalmış əmlakın kütləsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edildiyi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. İş materiallarından göründüyü kimi miras qoyan X5 xx xxxx 2013-cü il tarixdə vəfat etməsi ilə miras qalmış ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsinə vərəsəlik açılmışdır. Miras qoyan Əsədulla Abasovdan miras qalmış əmlakın kütləsinə məhz həmin əmlak aiddir. İş materiallarından göründüyü kimi miras qoyan X12 vəfat etdiyi günədək hər hansı vərəsəsinin və ya digər şəxsin adına vəsiyyətnamə qoymadığı üçün miras qalmış ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsinə dair vərəsəliyin aparılması qanun üzrə vərəsəlik qaydasında həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaqlar, arvad (ər), valideynlər (övladlığa götürülənlər) qanun üzrə birinci növbə vərəsə hesab edilirlər. İş materiallarından müəyyən olunurki, miras qoyan X5 vəfatından sonra onun birinci növbəli vərəsələri olaraq qızları- Mahmudova (Abasova) Kəmalə Əsədulla qızı, İddiaçı, oğlanları- Cavabdeh və X16 qalmışdır. Azərbaycan Respbulikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirasın qəbulundan imtina edəbilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, miras qoyan X5 vəfatından sonra ondan miras qalmış ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsinə İddiaçı, Cavabdeh və müstəqil tələb irəli surməyən üçüncü şəxs X6 mirasa sahiblik etməklə və mirası faktik surətdə idarə etməklə qəbul etmiş və hal-hazırda da həmin miras onların istifadəsindədir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdiur ki, mübahisəli ev 2 mərtəbədən, hər mərtəbədə 3 otaqdan, 1 eyvandan və 1 giriş qəfəsindən ibarətdir. Beləliklə mübahisəli evdə 6 yaşayış otağı mövcuddur, mirası qəbul etmiş 3 vərəsə arasında mövcud 6 yaşayış otağı bərabər şəkildə bölündüyü halda hər vərəsəyə 2 yaşayış otağı düşməlidir və ekspert rəyində 24,0 kv.m olan alt-üst iki otağın iddiaçının istifadəsinə verilməsi məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinadetdiyihallarısübutetməlidir. İş üzrə Cavabdeh iddia tələbinə etrazının əsası kimi iddiaçının miras əmlakı hər hansı əsasla qəbul etmədiyini göstərsə də bunun əsasını təşkil edən sənədi və sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məjəllənin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia hazırki həсmdə təmin edilməklə miras qoyan X5 xx xxxx 2013-cü il tarixdə vəfatından sonra ondan miras qalmış ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsinə münasibətdə miras qoyanın birinci növbəli vərəsələri olaraq İddiaçı, Cavabdeh və müstəqil tələb irəli surməyən üçüncü şəxs X6 mirasa sahiblik etməklə və mirası faktik surətdə idarə etməklə mirası qəbul etdikləri məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapdığından miras əmlakdan İddiaçı ¼ hissədə payı müəyyən edilməli, ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən iddiaçının payına düşən ¼ hissə naturada bölünməklə, yaşayış evinin 24,0 kv.m olan alt-üst otaqları, həyətyanı torpaq sahəsinin isə 0,01 ha hissəsi istifadə etdiyi otaqlardan giriş-çıxış qapısı açdığı istiqamətdə naturada bölünməklə iddiaçının istifaldəsinə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1, 307.2.9, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X5 miras qalmış ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən payına münasibətdə mirasın İddiaçı tərəfindən qəbul edildiyi müəyyən edilsin. ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən İddiaçı ¼ hissədə payı müəyyən edilsin. ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən iddiaçının payına düşən ¼ hissə, yaşayış evinin 24,0 kv.m olan alt-üst otaqları, həyətyanı torpaq sahəsinin isə 0,01 ha hissəsi istifadə etdiyi otaqlardan giriş-çıxış qapısı açdığı istiqamətdə naturada bölünməklə İddiaçı istifaldəsinə verilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №2(067)-81/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-81/2020
17.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver