Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-843/2025 29.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh xx.xx.2024-cü il tarixdə törətdiyi avtoqəza nəticəsində avtomaşınına dəymiş ziyana görə 210 manat pulun, müalicələrinə xərclədiyi 90 manat pulun, iki ay işləmədiyinə görə qazana biləcəyi 2000 manat pulun, mənəvi ziyana görə isə 2000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, özünə məxsus “QAZ 3110” markalı ** NO *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə axşam saatlarında X1 iş yerindən çıxıb evinə gedərkən Xaçmaz şəhəri, N.Ələsgərov və M.Rəsulzadə küçələrinin kəsişməsində M.Rəsulzadə küçəsi ilə hərəkətdə olan “Volkswagen” markalı ** ED *** dövlət qeydiyyat nişanlı avtoməbili idarə edən Cavabdeh yolun “STOP” işarəsinə məhəl qoymayaraq onun hərəkət yoluna çıxaraq idarə etdiyi avtomobili vurmuşdur. Nəticədə avtomaşına ziyan dəymiş, özü isə xəsarət almışdır. Faktla bağlı Xaçmaz rayon X4 X5 araşdırma aparılmış, materiallar baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Xaçmaz rayon məhkəməsinin 3(067)-1673/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Qərardan da göründüyü kimi avtomaşına 2430 manat məbləğində maddi ziyan dəymişdir. Sığorta orqanı 2220 manat məbləğində sığorta ödənişi etmişdir. Qalan 210 manatı cavabdeh ödəməlidir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı sol diz oynağımdan və sağ çiyin nahiyəmdən xəsarət almaqla bərabər qapalı kəllə-beyin travması, baş-be\in silkələnməsi nəticəsində xeyli müddət işləyə bilməmişdir. Aldığı xəsarətlər xəstənin tibi kartasından çıxarışla təsdiq olunur. Dava-dərmana 90 manat civarında xərcimçıxmışdır. X6 Mərkəzində işləməklə əsasən pəhləvanlıq edir və qazancı oradan çıxır. Hər həftə orta hesabla 300 manat gəliri olurdu ki, işləmədiyinə görə həmin məbləğdən məhrum olunmuşdur. Hadisənin baş verdiyi vaxtdan bu vaxta qədər iki ay ərzində ən azından 2000 manat pul qazana bilərdi. Cavabdehin təqsiri üzündən, yəni onun avtonəqliyyat hadisəsi törətməsi nəticəsində iki ay ərzində işə gedə bilməmiş, qazanacağı məbləğ əlindən çıxmışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, cavabdeh avtomaşınla qəza törədib, onun avtomaşınını vurub xəsarət yetirmişdir. Avtomaşını vuranda cavabdeh xahiş etmişdir ki, qəza törədən kimi atası yazılsın, o da buna razılaşmışdır. O, demişdir ki, 4000 manatlıq avtomaşın alıv versin, ondan artıq məbləğ olsa özü verər. Onlar vaxt istəmişlər. Ayın 7-də gəlib demişlər ki, sığortanı da verər, avtomaşını təmir etdirmək istəyirlər. 90 manat müalicə xərclərini tələb etmir. 210 manat avtomaşına dəyən ziyanı, 2000 manat qazana biləcəyi pulu, 2000 manat da mənəvi ziyanı tələb edir. Həmçinin bildirmişdir ki, 28 noyabrdan sonra konsert vermiş, o vaxta qədər konsertlərdə onun tələbələri iştirak etmiş, o çıxış etməmiş, rəhbərlik etmişdir. Diskdəki səs yazısı 2023-cü ildə telekanal tərəfindən çəkilmiş süjetin səs yazısıdır, çəkiliş isə xx.xx.2025-ci ildə Xaçmaz rayonunun Sayad kənd orta məktəbində keçirilmiş tədbirdə qeydə alınmışdır. Sığorta şirkəti 2220 manat avtomaşına dəymiş ziyanı ödəmiş, ödəniş qəbzini və arayışı polis şöbəsinə təhvil vermişdir. Məhkəmə iclasında cavabdeh tərəf iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, şagirdlərlə araşdırma aparmış, iddiaçı hadisə baş verəndən sonra Xaçmaz şəhər 1,6 və 9 saylı orta məktəblərdə, xx.xx.2025-ci ildə Xaçmaz rayonunun Sayad kənd orta məktəbində, Qusarda konsertlər vermişdir. Əgər xəsarət alıbsa, işləməyibsə, necə konsertlər verib? Ona görə vəsatət vermişlər ki, xx.xx.2024-cü il tarixdən hazırkı vaxtadək iddiaçının Xaçmaz rayonunda yerləşən məktəblərdə pəhləvan kimi çıxış edib-etməməsi barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayon Təhsil sektoruna sorğu verilsin. Həmçinin iddiaçının xx.xx.2025-ci il tarixdə Xaçmaz rayonunun Sayad kənd orta məktəbində verdiyi konsertin videoyazısı olan diski məhkəməyə sübut kimi təqdim edir. Avtomaşının heç 2000 manat dəyəri yoxdur. Ümumiyyətlə iddiaçı avtomaşına dəyən ziyanı sığorta şirkətindən alıbsa, deməli ziyanın məbləği ilə razılaşmışdır. Belə olan halda iddiaçı onlardan yenidən ziyan tələb edə bilməz. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş üzrə sübutları araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ziyan aktından görünür ki, İddiaçı məxsus “QAZ 3110” markalı ** NO *** dövlət qeydiyyat nişanlı avtomobillə 2430 manat ziyan dəymişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(067)- 1673/24 nömrəli qərardan müəyyən olunur ki, Cavabdeh AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Cavabdeh 500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Cavabdeh etiraz ərizəsində göstərmişdir ki, iddia tələbini qəbul etmir. İş üzrə İddiaçı onun hesabına varlanmaq istəyir. Özü də iddia ərizəsində qeyd edir ki, sığorta tərəfindən ona 2220 manat ödəniş edilmişdir. Qəzanın şəkillərinə baxdıqda tam aydın olur ki, avtomobilə dəyən ziyan məbləği şişirdilmişdir, real ziyan məbləği deyildir. Belə ki, yüngül qəza olan avtomobil üçün 2430 manat təmir xərcinin hesablanması, bundan başqa guya təmir xərcinin ödənilməmiş 210 manat məbləğinin pul kimi yenidən ondan istənilməsi absurddur və ədalətsizdir. "QAZ 3110" markalı avtonəqliyyat vasitəsinin detalları çox ucuzdur. Bir sözlə hesablanmış ziyan ağlabatan deyildir. Bu hallar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilsə üzə çıxacaqdır. Həmçinin qəza nəticəsində iddiaçının güclü xəsarət alması, ona görə 90 manat müalicə xərcinin çıxması, 2 ay işləməməsi nəticəsində 2000 manat qazancından məhrum olması, 2000 manat mənəvi ziyan hissəsi heç bir sübutla təsdiq olunmur. Mülki prosesdə isə sübutetmə yükü iddiaçının üzərinə düşməkdədir. İddiaçı dediyi faktları sübut etməlidir. Əgər iddiaçı dediyi kimi qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi nəticəsində ağır xəsarət alsaydı, o, həmin zaman inizbati qaydada deyil, cinayət qaydasında məsuliyyət daşıyaraq cəzalanardı. İddiaçı tələb etdiyi mənəvi ziyanın hansı psixi, mənəvi sarsıntalara görə olmasını da əsaslandırmamışdır. İş materiallarında olan Cavabdeh əlavə etiraz ərizəsində göstərmişdir ki, iddiaçının onun atası Ehtiram Bayramovla və onunla danışığı zamanı olan səsdən də tam olur ki o kifayət qədər sağlam olmuş, ona söyüş söyərək, hədə-qorxu gələrək bildirmişdir ki, “məni yaxşı tanımırsan, sənin belinə gündəlik 200 manat pul qoyaram”. Bundan başqa səs yazıda qeyd edir ki, Quba rayonu, Barlı və Sovxoz 12-də (Zərdabi) kəndində konsertləri qalıb. Bu fakt təsdiq edir ki, Xəliiulla Süleymanov pəhləvan kimi işləmiş və gəlir əldə etmişdir. İddiaçı qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi nəticəsində ağır xəsarət almamışdır. İş materiallarında olan Xaçmaz rayon Mədəniyyət Mərkəzinin xx.xx.2025-ci il tarixli 07 nömrəli arayışından görünür ki, Xaçmaz rayon Mədəniyyət Mərkəzinin xormeystri, güc pəhləvanı İddiaçı Ələmir oğlu həqiqətən pullu xidmətlərin göstərilməsi üzrə xüsusi vəsait fonduna mütəmadi olaraq ödənişlər edir. Hal-hazırda İddiaçı Ələmir oğlu həmin müəssisədə xormeystr vəzifəsində çalışır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və s. istifadə edilməsi, tikinti fəaliyyətinin və onun bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşmaları və i.a) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı müəyyən edilərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü. Peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətə layiq halları nəzərə alınmalıdır. Göstərilən Qərarın 4-cü bəndinə əsasən, “Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və istirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmənin iddiaçının iddia tələbi ilə bağlı mövqeyi ondan ibarətdir ki, iddiaçı müalicələrinə xərclədiyi 90 manat, iki ay işləmədiyinə görə qazana biləcəyi 2000 manat pul ilə bağlı məhkəməyə ümumiyyətlə heç bir sübut təqdim edilməmişdir. İddiaçı bu tələblərini heç bir dəlil ilə əsaslandıra bilməmişdir. Avtomaşına dəymiş ziyanla bağlı məhkəmə onu qeyd edir ki, iddiaçı sığorta məbləğini aldığından, əlavə pulun tələb etməsi əsassızdır. Ona görə ki, icbari sığorta məbləği 5000 manata qədər ödənilir, iddiaçının sığortadan aldığı məbləğ isə 2220 manat təşkil etmişdir. Yəni iddiaçı sığorta məbləğini qəbul edərkən, 2220 manatla razılaşmış və hazırda əlavə pulu tələb etməsi əsassızdır. Mənəvi ziyanla bağlı isə məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qisminə təmin edilə bilər. Ona görə ki, iddiaçı cavabdehin təqsiri üzündən yol nəqliyyat hadisəsinə düşmüş, bununla bağlı müəyyən sarsıntılar keçirmiş, ona görə də onun şəxsiyyətini, həyat şəraitini, məşğuliyyətini və cəmiyyətdə olan ictimai mövqeyini nəzərə alıb hesab edir ki, iddia tələbinin mənəvi zərərin hissəsi məhz 500 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsində göstərilir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Elektron məhkəmə portalında yaradılmış kalkulyator vasitəsilə aparılmış hesablama nəticəsində müəyyən olunur ki, iddia tələbinin predmetini təşkil edən 500 manata görə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Belə olan halda, iddia tələbi təmin olunduğundan, Cavabdeh iddia tələbinə uyğun dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh mənəvi ziyana görə 500 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-843/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-843/2025
29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver